Məhkəmə qərarları › İş №3(022)-288/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-288/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-288/2024 17.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Ələhi kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-istintaq baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-istintaq baş İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33/151/009080 nömrəli raportdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs 2023-cü ilin dekabr ayında İran İslam Respublikasının Culfa şəhərində olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 700 manat dəyərində 100 qutu “Marlboro gold edge” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ona məxsus bir ədəd təkərli çemodanın astarının içərisində yerləşdirməklə 28 dekabr 2023-cü il tarixdə saat 07 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-istintaq baş İdarəsinin 18 mart 2024-cü il tarixli 10000-00015/24 EP № ******* inzibati xəta haqqında Protokoluna əsasən Azərbaycan Respublikası vətəndaşı Şəxs 2023-cü ilin dekabr ayında İran İslam Respublikasının Culfa şəhərində olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 700 manat dəyərində 100 qutu “Marlboro gold edge” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ona məxsus bir ədəd təkərli çemodanın astarının içərisində yerləşdirməklə 28 dekabr 2023-cü il tarixdə saat 07 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən 18 mart 2024-cü il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/35-9/77 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və tütün məmulatlarının xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 700,00 manat (1 qutunun qiyməti 7,00 manat, 100 qutusu ümumilikdə 700,00 manat) müəyyən edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 700 manat dəyərində 100 qutu “Marlboro gold edge” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar