Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-290/2024 03.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Biləsuvar RPŞ-nin inzibati binasında nəlayiq söyüşlər söyməklə polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərmişdir ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi vəzifəsində işləyir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Biləsuvar RPŞ-nin inzibati binasında ucadan nəlaqiy söyüşlər söyərək, onu intizama dövət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində təhqiqatçı Mahsun Kərimov tərəfindən Biləsuvar RPŞ-nə dəvət olunmuşdur. Orada əsəbi olduğundan nəlayiq söyüşlər söymüşdür.Hazırda əməlindən səmimi peşimandır barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantıdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində RPŞ-nin TB-də aparılan araşdırma ilə bağlı Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şəxs RPŞ-nin inzibati binasında yerləşən TB-də xidməti otaqda izahatı alınan zaman əsəbi halda nəlayiq söyüşlər söyməyə başlamış, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 Mahsun Tahir oğlunun izahatında göstərilən məzmunda izahat vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, 2-ci qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin hallarını və Şəxs şəxsiyyətini, ailə vəziyyətini, sağlamlığını və digər halları nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və bu inzibati tənbehin məqsədlərini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(022)-290/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-290/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver