Məhkəmə qərarları › İş №3(022)-291/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-291/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-291/2024 10.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı «AZ 4700, Neftçala şəhəri, Kimyaçılar ev 23, mənzil 3 olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi, 2-ci bölmədən daxil olmuş 3- 33-1500/012/000502 nömrəli 26 fevral 2024-cü il tarixli raportda göstərilmişdir ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların ixrac olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən, Şəxs MMC (VÖEN **********) tərəfindən 17 avqust 2023-cü il tarixli **********8138 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7646,03 (yeddi min altı yüz gırx altı ABŞ dolları üç sent) ABŞ dolları məbləğində qalıq vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Faktla bağlı 29 fevral 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində müvafig araşdırma başlanılmışdır. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən 17 avqust 2023-cü il tarixli **********8138 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümümililikdə 7646,03 (yeddi min altı yüz gırx altı ABŞ dolları üç sent) ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet çıxarışına əsasən 7646,03 (yeddi min altı yüz qırx altı ABŞ dolları üç sent) ABŞ dolları xarici valyuta vəsaiti milli valyutaya nisbətdə 12998,251 (on iki min doqquz yüz doxsan səkkiz manat iyirmi beş ) manat təşkil edir. Qeyd olunan faktla bağlı 13 mart 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsi ilə №01200-00145/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında qəbul edilmiş qərarla razı olmadığını bildirdi. Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər Konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən qoşmada göstərilən bəyannamələr üzrə ümumilikdə 7.646,03 (yeddi min altı altı yüz qırx altı ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir.Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin ünvanına qalıq vəsaitin köçürülməsinin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəyinə dair bildiriş göndərilmiş, lakin vəsaitin köçürülməsinə dair indiyədək hüquqi şəxs tərəfindən heç bir məlumat verilməmişdir. Faktla bağlı 29 fevral 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhgigat şöbəsində müvafiq araşdırma başlanılmışdır. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən 17 avgust 2023-cü il tarixli **********8138 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 7646,03 (yeddi min altı yüz gırx altı ABŞ dolları üç sent) ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet çıxarışına əsasən 7646,03 (yeddi min altı yüz gırx altı ABŞ dolları üç sent) ABŞ dolları xarici valyutada vəsaiti milli valyutaya nisbətdə 12998,251 (on iki min dogguz yüz doxsan səkkiz manat iyirmi beş gəpik) manat təşkil edir. Qeyd olunan faktla bağlı 13 mart 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhgigat şöbəsində Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsi ilə 01200-00145/24 saylı inzibati xəta haggında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsində təqisiri sübuta yetirilmir. Belə ki, iş materiallarında olan “X9” MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “X11” MMC-nin derektoru X2 təmsil etdiyi rəhbərliyi 7646.03 (yeddi min altı yüz qırx altı ABŞ dolları üç sent) ABŞ dolları məbləğində borcun olduğunu təsdiqləyir. Hazırda “X10” MMC-nin cari hesablarında yuxarıda göstərilən borc məbləğində məbləğ yoxdur.Göndərilən malların (balıq yeməyi) ödənişini 2024-cü ilin iyun ayının sonuna kimi təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: İnzibati Xətalar Məcəlləsinin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Hesab edirəm ki, işdə olan və Şəxs MMC ilə “X10” MMC arasında bağlanmış müqavilə üzrə xarici şirkətin öz öhdəliklərini icra etməməsi halı Şəxs MMC-nin təqsirini istisna edən hallar kimi qiymətləndirilməli, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 32, 40, 43, 48-53, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar