Məhkəmə qərarları › İş №3(022)-292/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-292/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-292/2024 09.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 1990-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 08 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Biləsuvar şəhəri ərazisində yerləşən Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək, 15-20 dəqiqə ərzində ictimai qaydanı pozmuş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmiş, xəstəxananın iş rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 08 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Kərimov X3 rayon mərkəzi xəstəxanasının inzibati binasında səs-küy salmış, ünvansız nalayiq ifadələr işlədərək, xəstəxananın əməkdaşlarına hədə-qorxu gəlmişdir. Belə ki, Şəxs sərxoş vəziyyətdə xəstəxananın müdiri direktoru ilə görüşmək istədiyini və onun əvvəlki vəzifəsi olan anbar müdiri vəzifəsinə bərpa edilməsini tələb etmişdir. Şəxs qanunsuz hərəkətlərinə son verilməsi barədə xəstəxananın dəstək xidmətləri şöbəsinin təhlükəsizlik bölməsinin bölmə rəisi Şahid1 Əlifamil oğlu və mühafizəçi X5 tərəfindən xəbərdar edilməsinə baxmayaraq, sonuncu öz qanunsuz hərəkətlərinə davam etmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsi məcburi surətdə Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasından çıxarmış və Biləsuvar rayon polis şöbəsinə gətirərək, növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxs Biləsuvar rayon Polis Şöbəsinə gətirildikdən sonra onun Biləsuvar rayon sakini, Şəxs olduğu məlum olmuşdur. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 maddəsinin tərkibinin olmasını müəyyən etmiş və buna görə də o, Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, əvvəllər 18 dekabr 2023-cü il tarixə qədər Biləsuvar rayon mərkəzi xəstəxanasında anbar müdiri vəzifəsində işləmiş, lakin məzuniyyətdən qayıtdıqdan sonra qanunsuz olaraq ona heç bir məlumat verilmədən onu işdən azad etmişlər. O, dəfələrlə xəstəxananın rəhbərliyinə işdən çıxarılma səbəbinin ona bildirilməsi ilə bağlı müraciət etsə də, xəstəxananın direktoru ümumiyyətlə onunla görüşməkdən imtina etmişdir. Buna görə də o, 18 dekabr 2023-cü il tarixdən hazırki vaxta qədər işsiz qalmışdır. O, 08 aprel 2024-cü il tarixdə spirtli içki qəbul etmiş və təkrarən xəstəxananın müdiri ilə görüşmək məqsədi ilə Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasına daxil olmuşdur. Lakin yenə də müdir onunla görüşməkdən imtina etmişdir. Buna görə də o, əsəbiləşərək, hay-küy salmağa başlamış və hazırda xatırlamadığı hazırda xatırlamadığı bir sıra ünvansız nalayiq ifadələr istifadə etmişdir. Sonradan isə polis əməkdaşları onu məcburi şəkildə xəstəxananın inzibati binasından çıxarmış və Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. O, hazırda əməlindən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, Biləsuvar rayon mərkəzi xəstəxanasında mühafizəçi vəzifəsində çalışır. Şəxs əvvəllər həmin xəstəxanada anbardar vəzifəsində çalışmış, lakin sonradan işdən çıxarılmışdır. 08 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasına gəlmiş və direktorla görüşmək istədiyini ona bildirmişdir. Həmin şəxs yuxarı mərtəbəyə çıxmış və bir müdət sonra yuxarıdan hay-küy baş vermişdir. O, 2-ci mərtəbəyə çıxdığı zaman Şəxs səsküy salaraq, digər şəxslərə mane olduğunu görmüşdür.Həmin əməlini dayandırması barədə Şəxs xəbardarlıq edilsə də, sonuncu öz hərəkətlərinə davam etmişdir. Sonradan Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs xəstəxananın inzibati binasından məcburi şəkildə çıxarılaraq, Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Şəxs 08 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Biləsuvar şəhəri ərazisində yerləşən Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək, 15-20 dəqiqə ərzində ictimai qaydanı pozduğunu təsdiq etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barəsində 08 aprel 2024-cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 70 (yetmiş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar