Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-293/2024 13.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, il ərzində inzibati tənbehi olmayan, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 12 aprel 2024-cü il tarixdə Biləsuvar şəhərində Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və Şəxs onun xırda xuliqanlıq hərəkətlərinin qarşısını alarkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərmişdir ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 12 aprel 2024-cü il tarixdə Biləsuvar şəhərində Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq törətmiş, habelə həmin vaxt Şəxs hərəkətlərinin qarşısını alarkən sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Biəlsuvar rayonunun Zəhmətabad kəndində yaşayan qızı X1 ***-***-**-** nömrəli mobil nömrəsindən ona zəng edərək İlyas adlı şəxsin onu mütəmadi olaraq narahat etdiyini, evinə hücüm etdiyini, bıçaqla hədələməsi ilə bağlı dəfələrlə Biləsuvar RPŞ-nə şikayət etməsinə baxmayaraq barəsində tədbir görülmədiyini bildirmişdir. Onun qızı Elnarənin Biləsuvar RPŞ-nə şikayəti əsasında hansı tədbirlərin görülməsinin aydınlaşdırılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng etdiyini, qanuna müvafiq tədbirlərin görülməsini tələb etsə də, həmin vaxt hər hansı qanuna zidd hərəkətə yol vermədiyini, lakin Biləsuvar RPŞ-nə dəvət edildikdən sonra ola bilsin ki, əsəbi olduğu üçün pois əməkdaşları ilə ucadan danışdığını, lakin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmədiyini bildirdi. Ona görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsində inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə görə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşdə olan 12 aprel 2024-cü il tarixli AZA 020109 nömrəli inzibati qaydada tutma haqqında Protokola əsasən Şəxs 12 aprel 2024-cü il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuş və 13 aprel 2024-ci il tarixdə azad edilmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, sağlamlığını və digər halları nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və bu inzibati tənbehin məqsədlərini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(022)-293/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-293/2024
13.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver