Məhkəmə qərarları › İş №3(022)-298/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-298/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-298/2024 29.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən ,barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 məhkəmə iclasında izahatında göstərdi ki, 3 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonu “Mahmudçala” ovçuluq ərazisində ov etmək qərarına gəlmişdir. Ona görə də özünə məxsus ov tüfəngini götürərək “Mahmudçala” ərazisinə getmiş və həmin yerdə 5 ədəd qaşqaldaq quşu ovlamışdır.Həmin vaxtı Ekalogiyanın əməkdaşları onun yanına gələrək, sənədlərini alıb yoxlamış və ov etməyə lisenziyası olmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Hazırda qanunsuz ov etdiyinə görə peşimandır.Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023cü il tarixli MN № ******* saylı qərarın qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi üçün X2 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı m: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar