Məhkəmə qərarları › İş №3(022)-3/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-3/2025

02.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-3/2025 02.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, hakim köməkçisi Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətmiş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-cü il tarixdə Biləsuvar Rayonu İcra Hakimiyyətinin qarşısında polis əməkdaşları vəzifələrini icra edərkən onların qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərmişdir ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi vəzifəsində işləyir. Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu İcra Hakimiyyətinin qarşısında polis əməkdaşları vəzifələrini icra edərkən onların qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında spirtli içki içdiyi üçün sərxoş olmuş və Biləsuvar Rayonu İcra Hakimiyyətinin qarşısında olan zaman o, telefonla uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, bunu həmin vaxt orada xidmətdə olan polis əməkdaşları eşitmiş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman ona ictimai yerdə nalayiq ifadələr işlətməsinin digər vətəndaşların narhatlığına səbəb olmasını və ictimai yerdə ictimai qaydanı pozaraq etdiyi hərəkətlərin inzibati məsuliyyətə səbəb olduğunu izah etmişlər. O, əsəbi və sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq telefonla danışdığı şəxsin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə tabe olmayaraq öz əməlini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları ona fiziki güc tətbiq edərək məcburi qaydada avtopatrula əyləşdirib RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəfi polis-serjantı vəzifəsində xidmət edir. Xidmətdə olan zaman 01 yanvar 2025-ci il tarixdə Biləsuvar rayonu İcra Hakimiyyətinin qarşısında Parkda bir nəfər şəxsin parkda olan insanlara yaxılaşaraq nalayiq ifadələr işlətməklə vətəndaşları narahat etdiyini görmüşdür. O, Cavid Əhmədovla həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsə nəyə görə vətəndaşları narahat etdiyini və ictimai qaydanı pozduğunu sonruşmuşdur. Həmin şəxs onların tələblərinə məhəl qoymayaraq uca səslə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bu zaman ona ictimai yerdə nalayiq ifadələr işlətməsinin digər vətəndaşların narhatliğına səbəb olmasını və ictimai yerdə qaydanı pozaraq etdiyi hərəkətlərin inzibati məsuliyyətə səbəb olduğunu izah etmişlər. O, əsəbi və sərxoş olduğu üçün onların qanuni tələblərinə məhəl qoymayaraq telefonla danışdığı şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra polis əməkdaşları ona fiziki güc tətbiq edərək məcburi qaydada avtopatrula əyləşdirib RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Biləsuvar şəhəri X.Natəvan küçəsi ev 18-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü Şəxsdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməməişdir. Şəxs bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinin tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 yanvar 2025-ci il tarixdən, saat 16:35-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar