Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-307/2024 15.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1965-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta peşə təhsilli, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində «İJ» markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının ondan sənədləri təqdim etmək tələbini icra etməyərək, polis əməkdaşlarının xidməti fəaliyyətinin icrasına mane olmamaq barədə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin X1 sahə rəisi vəzifəsində işləyir. 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində Biləsuvar rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları X3, Şahid1, Şahid2 və X5 xidməti vəzifələrini icra etdikləri zaman kəndin mərkəzindən keçən yolda Şəxs «İJ» markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə həmin şəxsə saxla əmrini vermiş və həmin şəxs nəqliyyat vasitəsini saxladıqdan sonra sonuncudan sənədləri təqdim etməsini istəmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymayaraq, sənədləri təqdim etməkdən imtina etmiş və sonuncular ilə mübahisə etməyə başlamışdır. Daha sonra isə həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsini aşırtmış və həmin motosikleti yandırmaqla poliis əməkdaşlarına hədə-qorxu gəlmişdir. Polis əməkdaşları Şəxs məcburi qaydada Biləsuvar rayon Polis Şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. “İJ» markalı motosiklet ona məxsusdur və o, həmin nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edir. 15 aprel 2024cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olduğu vaxt Biləsuvar rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları onun idarə etdiyi motosikletə saxla işarəsi vermişlər. O da əmrə tabe olaraq nəqliyyat vasitəsini saxlamış və polis əməkdaşları motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün ona irad tutmuşlar və ondan sürücülük vəsiqəsini tələb etmişlər. O, əsəbi olduğuu üçün polis əməkdaşları ilə mübahisə etmiş və onların tələblərinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları onların qanuni göstərişlərini icra etmədiyinə görə onu məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirirək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin dövlət yol patrul bölməsinin yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir. 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində Biləsuvar rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları X3, Şahid2 və X5 ilə xidməti vəzifələrini icra etdikləri zaman kəndin mərkəzindən keçən yolda Şəxs «İJ» markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə saxla əmrini vermiş və həmin şəxs nəqliyyat vasitəsini saxladıqdan sonra sonuncudan sənədləri təqdim etməsini istəmişlər. Lakin Şəxs onların qanuni göstərişlərinə məhəl qoymayaraq, sənədləri təqdim etməkdən imtina etmiş və onlar ilə mübahisə etməyə başlamışdır. Daha sonra isə həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsini aşırtmış və həmin motosikleti yandırmaqla poliis əməkdaşlarına hədə-qorxu gəlmişdir. Onlar Şəxs məcburi qaydada Biləsuvar rayon Polis Şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə təhvil verilmişlər. Həmçinin o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.2 və 339.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsi post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Şəxs 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində «İJ» markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının ondan sənədləri təqdim etmək tələbini icra etməyərək, polis əməkdaşlarının xidməti fəaliyyətinin icrasına mane olmamaq barədə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını təsdiq etdi. İnzibati xəta haqqında iş materiallarında olan 15 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.2 və 339.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyərək, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş diskdəki videogörüntülərə baxış keçirərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs faktiki tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-307/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-307/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver