Məhkəmə qərarları › İş №3(022)-314/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-314/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-314/2025 12.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar şəhəri M.İbrahimov küçəsi ev 174də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:15-də Biləsuvar şəhəri M.İbrahimov küçəsində RPŞ-nin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X7 göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:15-də Biləsuvar şəhəri M.İbrahimov küçəsində RPŞ-nin qarşısında polis əməkdaşlarının ünvanına nəlayiq küçə söyüşləri söyərək iş rejimini pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs barəsində İXM-in 535.1-ci və 510-cu maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı göstərmişdir ki, 15 fevral 2025-ci il tarixdə yaşadığı evinin qarşısında olarkən Biləsuvar rayon polis əməkdaşları onu şöbəyə apararaq döymüşlər. Daha sonra onun cibinə narkotik vasitə qoyaraq, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Bununla bağlı o, sosial şəbəkələrdə cənab Prezidentə, X13 və Baş Prokurora şikayətlər etmişdir.Həmçinin rayon prokurorunun və rayon Polis Şöbəsinin rəisinin qəbulunda da olmuşdur.Belə ki, barəsində olan haqsızlıqlara dözməyərək 11 mart 2025-ci il tarixdə plastmas qaba benzin dolduraraq rayon polis şöbəsinin qarşısana gələrək, polis əməkdaşı olan Aqşinin ünvanına çağırışlar edərək üzərinə benzin töküb özünü yandıracağını bildirdikdə, polis əməkdaşları ona yaxınlaşaraq etdiyi hərəkətlərinə görə onu şöbəyə aparmışlar. Şöbədə o, heç bir polis əməkdaşına müqavimət göstərməmiş və polisə qarşı kobudluq etməmişdir. Barəsində olan araşdırmanın düzgün olmadığını, polis əməkdaşlarının onu şərləmələrini, narkotikdən istifadə etmədiyini bildirərək qanuni qərar qəbul olunmasını xahiş etdi. X1 izahat verərək bildirmişdir ki, 11 mart 2025-ci il tarixdə saat təxminən 20:15 radələrində rayon Polis Şöbəsinin inzibati binasının qarşısında polis nəfəri X8 ilə xidmətdə olarkən bir nəfər şəxs əlində butulka ilə şöbənin qarşısına yaxınlaşaraq küçə söyüşləri söyməyə başlamış və özünün üzərinə benzin tökərək yandıracağını bildirmişdir.Onlar onu sakitləşdirmək istəsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxsə qarşı fiziki güc tətbiq edərək, barəsində tədbir görülməsi üçün Biləsuvar RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Biləsuvar şəhəri M.İbrahimov küçəsi ev 174-də yşayan Şəxsdur. X2 da X1 ilə eyni məzmunda izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsiri müəyyən olunmur, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. Belə ki, İXM-in 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını və şahidləri izahatlarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməllərində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində İXM-in həmin maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. İXM-in 105.1-ci madəsinin tələbinə görə bu Məcəlllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməli və İXM-nin 535.1-ci maddəsi ilə icraata xitam verilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar