Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-32/2025 17.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X2 barəsində 15 dekabr 2024-cü il tarixli EQ 25071590 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, İnzibati tənbeh vermə haqqında 15 dekabr 2024-cü il tarixli, EQ 25071590 nömrəli qərarın qanunsuz və əsassız olduğunu hesab edərək ləğv edilməsi və 80 manat cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu İsmətli kəndində qeydiyyatda olmaqla yaşayır. 15 dekabr 2024-cü il tarixdə istifadəsində olan “Mercedes Benz C220” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin qarşısı ilə hərəkətdə olduğu vaxt ona Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə (yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində həmin maddə ilə 80 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Halbuki, o, qeyd etdiyi vaxt Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzinin qarşısı ilə hərəkətdə olmuş və ona təqdim olunmuş inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş fotoşəkillərdə də bu öz əksini tapmışdır. Ona görə də o, 15 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında EQ 25071590 nömrəli qərarı qanunsuz və əsassız hesab edir. İş materialları ilə müəyyən olunur ki, X4 barədə tərtib edilmiş 15 dekabr 2024-cü il tarixli, EQ 25071590 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xəta hadisəsəi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsidə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əssasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanları, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, X4 barədə tərtib edilmiş 15 dekabr 2024-cü il tarixli, EQ 25071590 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 şikayəti aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: X4 barədə tərtib etdiyi 15 dekabr 2024-cü il tarixli, EQ 25071590 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 şikayəti aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. X8
Məhkəmə qərarları › İş №3(022)-32/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-32/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver