Məhkəmə qərarları › İş №3(022)-326/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-326/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-326/2024 01.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1998-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsillu, sürücü, məhkumluğu olmayan, Sabirabad şəhəri A.A.Bakıxanov küçəsi ev 19-da yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 26 mart 2024-cü il tarixdə saat 10:45 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 92-ci km-də Sabirabad şəhəri Bakıxanov küçəsi ev 19-da yaşayan,1998-ci il təvəllüdlü Şəxs idarə etdiyi X5 1843 markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri Rəsulzadə küçəsi ev 17-2 mənzil 28-də yaşayan 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi Chevrolet Mvalibu markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişini Şirvan şəhəri, Rəsulzadə küçəsi ev 17-2 mənzil 28-də yaşayan 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində X Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən 26 mart 2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında “X6 1843” yük yəhərli dartıcı markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili «Bodex» markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə idarə edir. 26 mart 2024-cü ildə saat 10:15 radələrində o, həmin avtomobili idarə etməklə Salyan rayonu Şorsulu qəsəbəsinin girişindən çıxıb İmişli rayonuna yola düşmüşdür. Köhnə Ələt- Astara yoluna çıxaraq Astara istiqamətində hərəkət etmişdir. Avtomobildə tək olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur, avtomobildə yükü yox idi. Saat 10:45 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 92-ci kilometrliyi ilə üzü Astara istiqamətinə 69 km/saat sürətlə hərəkət edən zaman təxminən 100 metr məsafədən eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin ani zamanda dayandığını gördükdə o, ayağını əyləcə qoyub tormoz vermişdir. Lakin avtomobil tormozda hərəkət edib və yanmqoşqu boş olduğundan kabinanı sıxmışdır. Bundan sonra avtomobilin qoşqusu kabina hissəsini sıxdıqda kabina hissəsi qayıçılanıb sola əks hərəkət zolağına çıxmışdır. Həmin anda qarşı yolla əks istiqamətdə hərəktdə olan «Chvrolet Malubi» minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 10-15 metr məsafədən gəldiyini görmüşdür.Lakin məsafə çox az olduğundan həmin avtomobil gəldiyi sürətlə qarşı yolda avtomobilinin qabaq sol buferinindən vurub toqquşmuşdur. Toqquşmadan sonra avtomobilin kabina hissəsi tam şəkildə sola qayçılanmış və həmin avtomobil isə getdiyi istiqamtdə sağ tərədən yoldan çıxaraq su hövzəsinə düşmüşdür. Nəticədə o, heç bir xəsarət almamışdır. Maşından düşüb, suya düşüb sürücü və yanında olan qadını çıxarmağa köməklik göstərmək istədikdə həmin sürucu qoymamış və özü arvadını maşından çıxarandan sonra sudan çıxarmışdır. Çox keçmədən yol polisi hadisə yerinə gəlib çıxmışdır. Onlar hər ikisi xəsarət aldığı üçün hadisə yerinə çağrılmış təcili tibbi yardım maşını ilə Biləsuvar RMX-ya aparmışlar. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında göstərdi ki, sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında «Cnevrotet Malubi» minik markalı, **-FT-*** dovlət qeydiyyat nişanlı avtomobili idarə edir. 26 mart 2024-cü ildə saat 10:10 radələrində o, həmin avtomobili idarə etməklə Biləsuvar rayonundan çıxıb Şirvan şəhərinə yola düşmüşdür. Köhnə Ətət- Astara yoluna çıxaraq Ələt qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobildə arxa oturacaqda sol tərəfədə arvadı Zərərçəkmiş şəxs2 əyləşmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə idi, avtomobildə yükü yox idi. Saat 10:45 radələrində Ətət-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 92-ci kilometrliyi ilə üzü Ələt qəsəbəsi istiqamətinə 40 km/saat sürətlə hərəkət edirmişdir. Bu zaman təxminən 60-70 metr məsafədən qarşı yolla əks istiqamətdə hərəkətdə olan iki yük maşının gəldiyini görmüşdür. Qabaqda olan yük avtomobili onu keçmiş və arxasınca qarşı yolla əks istiqamətdə hərəkətdə olan X6 markalı yük avtomobilin kabina hissəsi ani zamanda hərəkət zolağına çıxdığı üçün avtomobili ilə toqquşmuşdur. Bundan sonra avtomobili sağ tərəfdən yoldan çıxaraq yolun sağ kənarındakı ağaclara çırpılaraq su hövzəsinə düşmüşdür. Toqquşma anını tam xatırlamır, çünki toqquşma zamanı avtomobilin təhlükəsizlik yastıqları açıldığı üçün ətrafı görə bilməmişdir. Avtomobilin qapısını açdıqda suyun ortasınada olduğunu görmüşdür və su maşının içərinsinə dolmuşdur. Həmin vaxt arxada əyləşmiş arvadı qışqırmış, Türkan hamilə olduğu üçün onu sakitləşdirib arxaya keçib arxa sağ qapını təpiklə açmışdır. Sonra isə onu qucağına alıb suya düşmüş və suda olan ağaclardan tuta- tuta birtəhər sudan çölə çıxmışdır. Suyun dərinliyi təxminən boğaz nahiyəsindən olardı. Hadisə yerinə birinci FHN-in gəlmiş, daha sonra hadisə yerinə çağırlımış təcili tibbi yardım biriqadası tərəfindən yerində onlara zəruri tibbi yardım göstərilmişdir. Təcili tibbi yardım maşını ilə onları Biləsuvar RMX-na aparmışlar. Xəstəxanada həkimələr tərəfindən zəruri tibbi yardım olunmuş və müayinədən keçidikdən sonra evə buraxlmışlar. Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Biləsuvar Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı X Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən 26 mart 2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs zərərçəkmiş şəxslərə yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarına əlavə edilmiş 26 mart 2024-cü il tarixli 288 saylı tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Şəxs sərxoş olmaması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 26 mart 2024-cü il tarixli 287 saylı tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Zərərçəkmiş şəxs1 sərxoş olmaması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 163 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs1 sol bazu və sol körpücükaltı nahiyədə qançır, sol qabırğanın yerdəyişməyən sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əyşanın, (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 163 saylı ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs2 sol bazu oynağı və sağ diz oynağı nahiyyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu, hər iki baldır nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əyşanın, (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Hakim Şahbazov ərəfindən qəbul edilmiş HK-1/297 saylı 08 aprel 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və tibbi müayinə aktı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə də, işdə olan sübutlarla Şəxs təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar