Məhkəmə qərarları › İş №3(022)-327/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-327/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-327/2024 17.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, boşanmış, himayəsində 1 uşağı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(020)-1387/2019 saylı qətnaməsinə əsasən X1 Zərərçəkmiş şəxs xeyrinə 11 may 2016-cı ildə anadan olmuş Elmira adlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 17 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(020)-1387/2019 saylı qətnaməsinə əsasən X1 Zərərçəkmiş şəxs xeyrinə 11 may 2016-cı ildə anadan olmuş Elmira adlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra vərəqəsi əvvəllər Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin keçmiş icra məmuru X4 icraatında olsa da, sonradan həmin işin icrası ona həvalə edilmişdir. Əvvəllər də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar Rayon Məhkəməsinin hakiminin 11 mart 2021-ci il tarixli qərarı ilə sonuncu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 13 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəxs inzibati həbs növündə inzibati tənbeh tədbirini cəzasını çəkib qurtardıqdan sonra da dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam şəkildə ödəməyə imkanı olmadığını və işsiz olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. Hazırda həmin şəxsin 2.700 manat məbləğində tələbkara aliment borcu vardır. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclu aliment borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(020)-1387/2019 saylı qətnaməsinə əsasən X1 Zərərçəkmiş şəxs xeyrinə 11 may 2016-cı ildə anadan olmuş Elmira adlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Barəsində inzibati həbs seçildikdən sonra o, icra sənədi üzrə mütəmadi ödənişlər etsə də, sonradan avtomobil qəzasına düşdüyünə görə bir müddət heç yerdə işləmədiyi və maddi imkanı aşağı olduğu üçün məhkəməninin qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyə bilməmiş və nəticədə onun tələbkara olan aliment borcu artmışdır. Onun hazırda Zərərçəkmiş şəxs hazırda 2.700 manat məbləğində aliment borcu yaranmışdır. O, qısa müddətdə kommersiya banklarının birindən kredit götürərək, aliment borcunu tam ödəyəcəkdir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(020)-1387/2019 saylı qətnaməsinə əsasən X1 Zərərçəkmiş şəxs xeyrinə 11 may 2016-cı ildə anadan olmuş Elmira adlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(020)-1387/2019 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 08 oktyabr 2019-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Himayəsində 1 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin icra sənədi icraata qəbul edildiyi vaxtdan uzun müddət ərzində məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 17 aprel 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar