Məhkəmə qərarları › İş №3(022)-328/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-328/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-328/2025 14.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs, ünvan Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov ev 195, mənzil 8-də qeydiyyatda olan (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏM ETDİM : Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci Bölməsindən daxil olmuş 11 fevral 2025-ci il tarixli 3-33-1500/012/000375 saylı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına 20EO277/20ZB277 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan “Ehtiyat Hissələri” yükü üçün **********3493 saylı qısa idxal bəyannaməsi xx.xx.2024-ci ildə saat 17:35-da tərtib olunmuş, lakin nəqliyyat vasitəsi X4 ərazisinə xx.xx.2024-cü il tarixdə saat 18:02-də daxil omuşdur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Rusiya Federasiyanda fəaliyyət göstərən “Lada eksport” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən “ehtiyat hissələri” adlı yük hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində **********8831 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı müəyyən edilmişdir ki, şirkət tərəfindən **********8831 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar üçün qısa idxal bəyannaməsi gömrük organına ganunvericiliklə müəyyən edilmiş müddətdə təgdim edilməmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haggında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına “ehtiyat hissələri” yükünə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qanunvericiliklə müəyyən edilmiş müddətdə elektron formada gısa idxal bəyannaməsi verilməmişdir. Qeyd olunan faktla bağlı Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-in barəsində 01200-00172/25 nömrəli inzibati xəta haggında iş üzrə icraat başlanılmışdır. Buna görə də Şəxs barəsində Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2025-ci il tarixdə İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında № 01200-00172/25 EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta hqında protokol tərtib edilmiş şəxsə və protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla “Azərmaş Group " Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyanaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar ilə ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı qərarına görə fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmilşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Azərmaş Group " MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar