Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-331/2024 03.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Ələhi kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1500/013/000527 nömrəli raportdan görünür ki, 28 fevral 2024-cü il Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Naxçıvan Muxtar Respublikası-Bakı şəhəri marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gəlmiş Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq əl yüklərinin qarışıq ərzaq məhsullarından və "3 qutu siqaretdən ibarət olduğunu bildirmiş və 10 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan siqareti gömrük nəzarətinə təqdim etmişdir. Daha sonra onun əl yükləri sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən əl yüklərinə daxil olan 1 ədəd qara sellofan torbanın və 1 ədəd diyircəkli gemodanın içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi-sorğu sual aparılmışdır. Onun təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Sonra hal şahidlərinin iştirakı ilə Şəxs məxsus əl yükləri yoxlanılmışdır.Yoxlama zamanı Şəxs əl yüklərinə daxil olan 1 ədəd qara sellofan torbanın və 1 ədəd diyircəkli çemodanın içərisində yerləşən müxtəlif ərzaq məhsullarının arasından malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 30 qutu üzərində “KENT NANOTEK 2.0 markalanma yazısı olan, 20 qutu üzərində “MİLANO LONDON” markalanma yazısı olan, 40 qutu üzərində “MİLANO NEW YORK” markalanma yazısı siqaretlər aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-istintaq baş İdarəsinin 08 aprel 2024-cü il tarixli 01200-00173/24 EP № ******* inzibati xəta haqqında Protokoluna əsasən Azərbaycan Respublikası vətəndaşı Şəxs 28 fevral 2024-cü il Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Naxçıvan Muxtar Respublikası-Bakı şəhəri marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gəlmiş Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olarag əl yüklərinin qarışıq ərzag məhsullarından və 10 qutu siqaretdən ibarət olduğunu bildirmiş və 10 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan siqareti gömrük nəzarətinə təqdim etmişdir. Daha sonra onun əl yükləri sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən əl yüklərinə daxil olan 1 ədəd qara sellofan torbanın və 1 ədəd diyircəkli çemodanın içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi-sorğu sual aparılmışdır. Onun təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Sonra hal şahidlərinin iştirakı ilə Şəxs məxsus əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı Şəxs əl yüklərinə daxil olan 1 ədəd qara sellofan torbanın və 1 ədəd diyircəkli çemodanın içərisində yerləşən müxtəlif ərzaq məhsullarının arasından malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 30 gutu üzərində “KENT NANOTEK 2.0” markalanma yazısı olan, 20 qutu üzərində “MİLANO LONDON” markalanma yazısı olan, 40 qutu üzərində “MİLANO NEW YORK” markalanma yazısı siqaretlər aşkar edilmişdir. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 saylı qərarına əsasən gömrük nəzarətinə təqdim edilən 10 qutu “KENT NANOTEK 2.0” markalı siqaretlər Azərbaycan Respublikasının vətəndaşı Şəxs verilmişdir.Şəxs barəsində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnikleytenantı X2 tərəfindən 08 aprel 2024-cü il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 19 mart 2024-cü il tarixli 3-16-16/2-7/367-9/1813 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqata təqdim edilmiş tütün məmulatlarının (siqaretlərin) xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 255,00 manat müəyyən edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 255.00 (iki yüz əlli beş) manat dəyərində ümumilikdə 30 gutu üzərində “KENT NANOTEK 2.0” markalanma yazısı olan, 20 qutu üzərində “MİLANO LONDON” markalanma yazısı olan və 40 qutu üzərində “MİLANO NEW YORK” markalanma yazısı olan siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-331/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-331/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver