Məhkəmə qərarları › İş №3(022)-339/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-339/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-339/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1983-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 296 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 01 aprel 2025-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində olduğu zaman narkotik vasitə olan marixuana istehlak etmiş və “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli, 84 nömrəli akta görə 04 aprel 2025-ci il tarixdə keçirilmiş ambulator narkoloji tibbi yoxlama zamanı Şəxs aid tibbi nümunələrdə narkotik vasitə “THC” (həşiş, marixuana) aşkar edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar şəhər sakini Şəxs narkotik vasitəlrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinə daxil olmuş və buna görə də həmin şəxs şöbənin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Talıb İsayev və Sərxan Quliyev tərəfindən 03 aprel 2025-ci il tarixdə, saat 18:10-da saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şəxs istintaq orqanı tərəfindən dindirildiyi vaxt həmin vaxtdan təxminən 10 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən pul müqabilində narkotik vasitə marixuana aldığını və sonuncu dəfə həmin narkotik vasitədən 01 aprel 2025-ci il tarixdə istofadə etdiyini etiraf etmişdir. Bundan sonra şübhəli şəxs müayinə edilmək üçün Lənkəran şəhər narkoloji xəstəxanasına göndəriş əsasında aparılmışdır. Həmin xəstəxanada aparılmış narkoloji müayinə nəticəsində Şəxs məxsus sidik nümunəsində narkotik vasitə “THC” (həşiş, marixuana) aşkar edilmişdir. Bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin olması müəyyən edildiyinə görə onun tərəfindən həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 296 nömrəli evdə evlidir və himayəsində 3 uşağı var. O, hərdənbir narkotik vasitə marixuana istehlak edir. O, narkotik vasitəlrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs qismində saxlanıldığı vaxtdan təxminən 10 gün əvvəl Bakı şəhərində olduğu vaxt tanımadığı şəxsdən pul müqabilində narkotik vasitə marixuana almışdır. O, Biləsuvar rayonuna qayıtdığı zaman həmin narkotik vasitəni də özü ilə gətirmişdir. O, sonuncu dəfə həmin narkotik vasitədən 01 aprel 2025-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində olduğu zaman az miqdarda istifadə etmişdir. 03 aprel 2025-ci il tarixdə, saat 18 radələrində isə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları onu şübhəli şəxs qismində saxlayaraq, şöbəyə gətirmişlər. O, dindildiyi zaman narkotik vasitə marixuana istifadə etdiyini etiraf etmişdir. Bundan sonra o, Lənkəran şəhər narkoloji xəstəxanasına göndəriş əsasında aparılaraq, narkoloji müayinədən keçirilmiş və ona məxsus sidik nümunəsində narkotik vasitə “THC” (həşiş, marixuana) aşkar edilmişdir. O, hazırda etdiyi əmələ görə peşmandır və bir daha belə əmələ yol verməyəcəyinə söz verir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu və cavanlığını nəzərər alaraq barəsində ədalətli yüngül növdə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli, 84 nömrəli aktdan görünür ki, 04 aprel 2025-ci il tarixdə keçirilmiş ambulator narkoloji tibbi yoxlama nəticəsində Şəxs aid tibbi nümunələrdə narkotik vasitə “THC” (həşiş, marixuana) aşkar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 3 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 03 aprel 2025-ci il tarixdə, saat 19:30-də inzibati qaydada tutma tətbiq edilmiş və həmin şəxs 04 aprel 2025-ci il tarixdə azad edilmişdir. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 aprel 2025ci il traixli, 183 saylı rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və həmin şəxsin ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Buna görə də məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 aprel 2025-ci il traixli, 183 saylı rəyini nəzərə alaraq hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və həmin şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar