Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-34/2025 17.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X4 məsləhətçi (iclas katibi) X1 iclas katibliyi ilə, xx.xx.1990-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Bəydili kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Biləsuvar rayonu Zəhmətabad kəndində çayxanada qumar oyunu oynayaraq inzibati xəta törətmişdir. Buna görə də Şəxs barəsində İXM-in 525-ci maddəsi ilə Biləsuvar Rayon Polis X2 Şöbəsinin polis sahə rəisi X5 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati materiala əlavə edilmiş Biləsuvar Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis leytenantı X3 xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Biləsuvar rayonu Zəhmətabad kəndində çayxanada qumar oyunu oynayaraq inzibati xəta törətmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İXM-in 525-ci maddəsinə görə qumar oyununda iştirak etmə, yəni qumar oynamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 3000 (üç min) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut kimi Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan oyun daşları və 3 (üç) manat məbləğində pul vəsaiti müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(022)-34/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-34/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver