Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-349/2025 09.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X7, məsləhətçi (iclas katibi) X2 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cu ildə Salyan rayonu Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,evli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-321/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5060 manat pul tutularaq X5 ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 09 aprel 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-321/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 15 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 5.000 (beş min) manat və iş üzrə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 60 (altımış) manat məbləğində pul vəsaiti X4 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs halhazırda X5 olan borcundan cəmi 700 (yeddi yüz) manat ödəniş etmişdir. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-321/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 15 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə X5 ödənilməmiş 5.000 (beş min) manat və iş üzrə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 60 (altımış) manat, cəmi 5060 manat pul ondan tutularaq X5 verilməlidir. Hazırda ümümi borcundan tələbkara 700 (yeddi yüz) manat ödəniş etmişdir. O, özü usta işləyir, yay fəslinə keçidlə əlaqədar usta islərinə tələbat artmışdır. Ona görə də bundan sonra əldə etdiyi qazancdan hissə-hissə ödənişlər etməklə tələbkara olan borcunu tam olaraq ödəyəcəkdir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-321/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X4 xeyrinə cəmi 5060 manat pul vəsaiti ödənilməlidir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-321/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmışdır. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(022)- 499/2024 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal onun bir il ərizində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri edilməsidir. İnzibati xətanın xarakterini, Şəxs icra sənədinin icrasının təmini istiqamətində ötən müddət ərzində heç bir tədbir görməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 15:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(022)-349/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-349/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver