Məhkəmə qərarları › İş №3(022)-351/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-351/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-351/2025 10.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Daxili İşlər Nazirliyinin «102» Xidməti-Zəng Mərkəzi sisteminə zəng edərək Salyan RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon Polis şöbəsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:54 radələrində ********** saylı mobil telefen nömrədən DİN-nin “102” Xidmətin-Zəng Mərkəzi sisteminə zəng edərək Salyan RPŞ-nin əməkdaşlarına nəlayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Sonradan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs qardaşı oğlu X6 barəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin 454-cü maddəsi ilə inzibati protokol tərtib edilərək 80 manat məbləğində inzibati cərimə tərtib edilmişdir. Şəxs DİN-nin “102” Xidməti-Zəng Mərkəzinə etdiyi zəngin audio yazısı əldə edilmiş, Şəxs RPŞ-nin əməkdaşları barəsində təhqiredici ifadələr işlətməsi məlum olmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı göstərmişdir ki, o, ailə üzüvləri ilə birlikdə Biləsuvar rayunu Xırmandalı kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə qardaşı oğlu X8 ilə Salyan rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğu zaman Salyan Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qardaşı oğlunun barəsində 80 (səksən) manat inzibati cərimə tətbiq edilmişdir. Bununla əlaqədar o, əlavə məlumat almaq üçün DİN-nin Zəng-Mərkəzi Xidmətinə zəng edərək əsəbi olduğu üçün Salyan RPŞ-nin ünvanın nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən səmimi peşiman oduğu üçün üzr istəyir və onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən səmimi peşiman olması və barəsində ağırlaşdıran halların müəyyən olunmamasıdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar