Məhkəmə qərarları › İş №3(022)-356/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-356/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-356/2024 19.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir il müddətində eyni inzibati xəta üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Bakı şəhəri Nəsimi rayonu Əli bəy Hüseynzadə küçəsi ev 71, mənzil 5-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu ərazisində saxlanılaraq üzərindən şəxsi istehlak miqdarından 0,999 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana aşkar edilmiş və buna görə də onun barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərmişdir ki, Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis kapitanı vəzifəsində işləyir. Biləsuvar Rayon Polis Şöbəsinə ünvanlanmış raporta əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar şəhərində narkotik vasitənin istehlak edilməsində şübhəli bilinərək saxlanılmış və barəsində İXM-in 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü İXM-in 206-cı maddəsi ilə tam təqsirli bilərək bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş marixuanaya bənzər narkotik maddəni Bakı şəhərində yerdən tapmış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu ərazisində saxlanılaraq üzərindən şəxsi istehlak miqdarından artıq 0,999 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana aşkar edilmişdir. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət tərkib olmadığına görə Biləsuvar Rayon Polis Şöbəsinin icraatında olan materiallar üzrə cinayət işi başlanması rədd olunmuş, Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkibi olduğuna görə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Biləsuvar Rayon Polis X3 Bölməsinə göndərilmişdir. İş materiallarında olan ünvanlı yardım haqqında elektron çıxarışdan görünür ki, Şəxs ümumi xəstəlik -1-ci qrup dərəcəsi ilə 270.0+200.0 manat pensiya alır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar