Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-357/2023 27.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 2003-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, X8 3-cü kurs tələbəsi, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri, Nizami küçəsi, 98 saylı evdə qeydiyyatda olan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 26 fevral 2023-cü il tarixdə, saat 17 radələrində, Biləsuvar şəhəri, H.Əliyev prospektində, Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısında parkda məişət tullantılarını, yanında olan yetkinlik yaşına çatmayan şəxslərin və həmin parkda istirahət edən insanların qarşısında, nümayişkaranə zibil qutudan kənara atmış və ona mane olmağa çalışan Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlətməklə, davamlı olaraq ictimai qaydanı pozan hərəkətlərə yol vermiş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Bundan başqa, Şəxs 26 fevral 2023-cü il tarixdə, saat 17 radələrində, Biləsuvar şəhəri, H.Əliyev prospektində, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 27 fevral 2023cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş S.V.Cəbili izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 26 fevral 2023-cü il tarixdə saat 17 radələrində Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları X9 və X1 şəhəri, H.Əliyev prospektində xidmət olarkən, əvvəllər tanımadıqları Şəxs Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısındakı parkda məişət tullantılarını zibil qabından kənara atdığını görmüşlər. Bundan sonra polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq məişət tullantılarını yerə atıb parkı zibilləməməsini və məişət tullantılarını yaxınlıqda olan zibil qabına atmalı olduğunu izah etmişlər. Şəxs isə bununla bağlı ona polis əməkdaşlarının irad bildirməyə hüququnun olmadığını və məişət tullantılarını istədiyi yerə atacağını bildirib, siqaret kötüyünü və çırtladığı günəbaxan tumlarını yerə tullamaqda davam etmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadlər işlətmişdir. Bu zaman Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları Şəxs parkın ictimai yer olduğunu, məişət tullantılarının yerə atılmasının və ictimai yerdə nalayiq ifadələr işlətməyin yolverilməz olduğunu və barəsində qanuni tədbir görüləcəyini bir daha izah etmişlər. Şəxs isə öz növbəsində yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onunla bağlı hər hansı bir polis əməkdaşının hər hansı tədbir görə bilməyəcəyini və tədbir görüldüyü halda sonrasının pis olacağını bildirərək ucadan nalayiq ifadələr işlətməyə başlamış, yenidən günəbaxan tumlarını çırtlayaraq yerə tullamağa davam etmişdır. Polis əməkdaşları həmin şəxsi intizama dəvət edərək onlarla birlikdə Biləsuvar rayon Polis Şöbəsinə getməsini izah etmələrinə baxmayaraq, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini dava etdirərək həmin yerdən uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları isə ərazidə avtopatrul marşrutu üzrə xidmətdə olan post patrul xidmət bölməsinin əməkdaşlarını köməyə çağıraraq həmin şəxsi Biləsuvar rayon Polis Şöbəsinə aparmaq istəyərkən, Şəxs başı ilə və yumruğu ilə post patrul xidməti avtomobilinə zərbələr endirmiş, polis əməkdaşının geyimini dartışdırmağa başlamışdır. Həmin şəxs Biləsuvar rayon Polis Şöbəsinə gətirildikdən sonra onun Biləsuvar rayon sakini, xx xxxxxxxx 2003-cü il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 26 fevral 2023-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda əlidə olan məişət tullantılarını yerə atmışdır. Bu zaman həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun bu hərəkətini görmüşlər. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq məişət tullantılarını yerə atıb parkı zibilləməməsini və məişət tullantılarını yaxınlıqda olan urnaya atmasını izah etmişlər. O, isə bununla bağlı ona polis əməkdaşlarının irad bildirməyə hüququnun olmamasını və məişət tullantılarını istədiyi yerə atacağını bildirib, nalayiq ifadlər işlədərək uzaqlaşmaq istəmişdir. Bu zaman Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq parkın ictimai yer olduğunu, məişət tullantılarının eləcədə nalayiq ifadələri işlətməyin inzibati məsuliyyət yaratdığını və barəsində qanuni tədbir görüləcəyini bildirmişlər. O, isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Əmisi daha sonra isə atası rəhmətə getdiyi üçün mənəvi problem yaşadığını, bu hərəkətləri də ona görə etdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X9 oğlu izahatında bildirdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin polis serjantı vəzifəsində işləyir. 26 fevral 2023-cü il tarixdə saat 17 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində polis əməkdaşı M.N.Balıyevlə xidmət olarkən, əvvəllər tanımadıqları Şəxs Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısındakı parkda məişət tullantılarını zibil qabından kənara atdığını, siqaret kötüyünü yerə tulladığını, günəbaxan tumlarını çırtlayaraq, yerə və oturacaqların üzərinə tüpürdüyünü görmüşlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq məişət tullantılarını yerə atıb parkı zibilləməməsini və məişət tullantılarını yaxınlıqda olan zibil qabına atmalı olduğunu izah etmişlər. Şəxs isə bununla bağlı ona irad bildirməyə hüququnun olmadığını və məişət tullantılarını istədiyi yerə atacağını bildirib, siqaret kötüyünü və çırtladığı günəbaxan tumlarını yerə tullamaqda davam etmiş və onların ünvanına nalayiq ifadlər işlətmişdir. Bu zaman onlar Şəxs parkın ictimai yer olduğunu, məişət tullantılarının yerə atılmasının və ictimai yerdə nalayiq ifadələr işlətməyin yolverilməz olduğunu və barəsində qanuni tədbir görüləcəyini bir daha izah etmişlər. Şəxs isə öz növbəsində yenidən onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onunla bağlı hər hansı bir polis əməkdaşının hər hansı tədbir görə bilməyəcəyini və tədbir görüldüyü halda sonrasının pis olacağını bildirərək ucadan söyüşlər söyməyə başlamış, yenidən günəbaxan tumlarını çırtlayaraq yerə tullamağa davam etmişdır. O və xidmət yoldaşı həmin şəxsi intizama dəvət edərək onlarla birlikdə Biləsuvar rayon Polis Şöbəsinə getməsini izah etmələrinə baxmayaraq, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməklə, həmin yerdən uzaqlaşmaq istəmişdir. Buna görə də onlar ərazidə avtopatrul marşrutu üzrə xidmətdə olan post patrul xidmət bölməsinin əməkdaşlarını köməyə çağıraraq həmin şəxsi Biləsuvar rayon Polis Şöbəsinə aparmaq istəyərkən, Şəxs başı ilə və yumruğu ilə post patrul xidməti avtomobilinə zərbələr endirmiş, post patrul xidməti əməkdaşının geyimini dartışdırmağa başlamışdır. Buna görə də onlar Şəxs çətinliklə post patrul xidməti avtomaşınına əyləşdirərək, Biləsuvar rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 şahid X5 izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs cavanlığını və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli tutulduğu vaxtdan, yəni 26 fevral 2023-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-357/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-357/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver