Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-358/2024 22.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 25 oktyabr 1983-cü il tarixdə Biləsuvar rayonu, Dərvişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, İİİ dərəcəli əlil, heç yerdə işləməyən, boşanmış, himayəsində 2 uşağı və 1-ci dərəcə əlil olan qardaşı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Dərvişli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs Şəxs ilə birgə nikahından 14 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə günü, saat 10:00-dan, uşaqlar gecə iddiaçının yanında qalmaqla, bazar günü, saat 18:00dək görüşməklə ünsiyyət hüququ Şəxs tərəfindən təmin edilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 22 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.B.Bəhmənov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsininnin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs Şəxs ilə birgə nikahından 14 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə günü, saat 10:00-dan, uşaqlar gecə iddiaçının yanında qalmaqla, bazar günü, saat 18:00dək görüşməklə ünsiyyət hüququ Şəxs tərəfindən təmin edilməlidir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmış və sonuncunun iştirakı ilə uşaqların anaları ilə ünsiyyət qurmasına cəhd edilmişdir. Lakin Şəxs həmin məhkəmə qətnaməsini icra etməkdən faktiki boyun qaçırmış və uşaqların anası ilə ünsiyyətdə olmasına şərait yaratmamışdır. Belə ki, Şəxs həmin icra sənədinin icrasından boyun qaçırmasına ana Zərərçəkmiş şəxs uşaqlarına qarşı psixi və fiziki şiddət göstərdiyi üçün uşaqların həmin şəxslə görüşmək istəmədiklərini və həmin uşaqların analarından qorxduqlarını səbəb kimi göstərmişdir. Buna görə də icra sənədi icraata daxil olduqdan hazırki tarixədək uşaqların anası ilə ünsiyyətdə olmaq hüququnu təmin etmək demək olar ki, mümkün olmamışdır. Həmçinin Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın 11 mart 2024-cü il tarixdə onun və Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın üzvlərinin iştirakı ilə tələbkar və borclu ilə görüş təşkil edilmişdir. Onun və komissiya üzvlərinin səyi nəticəsində cəhddə uşaqlarların iştirakı ilə Şəxs və Zərərçəkmiş şəxs ilə profilaktik söhbətlər aparılmış və həmin vaxt uşaqlar analarının yanında oturmuşlar. Tərəflərin birgə nikahından doğulmuş Məhəmməd adlı uşağa anası ilə getmək istəyib-istəmədiyi soruşulduğu vaxt həmin uşaq anası ilə getmək istədiyini bildirmişdir. Lakin Şəxs həmin vaxt dərhal yerindən qalxaraq, uşağın yanına getmiş və onun üzərinə bağırmışdır, buna görə də Məhəmməd ağlamağa başlamışdır. Daha sonra isə Şəxs və sonuncunun valideynləri komissiya üzvlərinə hədəqorxu gələrək, prosesin davam etməsinə imkan verməmişlər. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın 11 mart 2024-cü il tarixli rəyi ilə Biləsuvar rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı icra sənədi üzrə tələbkarın uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsinin ünsiyyətə mane olan hallar aradan qaldırılanadək, uşaqların hazırki psixoloji durumunda mümkün olmaması və uşaqların mənafeyinə zidd olduğu qənaətinə gəlinmişdir. Hazırda borclu uşaqlara psixoloji təsir göstərməklə, faktiki olaraq icra sənədini icra etməkdən imtina edir. Sonda, N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikah pozulduqdan sonra həmin nikahdan doğulmuş uşaqlarının hər ikisinin analarının yanında saxlanmaları məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Lakin həmin uşaqlar anaları ilə qalmaqdan imtina etmiş və onun yanında yaşamağa davam etmişlər. Belə ki, Zərərçəkmiş şəxs onun uşaqlarına fiziki və psixi təzyiq göstərmiş və uşaqları dəfələrlə döymüşdür. Buna görə də uşaqlar analaları ilə ünsiyyətdən imtina edirlər. Hətta uşaqların oxuduğu məktəbə tələbkar bir neçə dəfə gəlmiş və məktəb müdiriyyətinin vasitəçiliyi ilə uşaqlarla gizli şəkildə görüşmüşdür. Həmin görüşdən sonra uşaqları qorxaraq onun yanına gəlmiş və məktəbə bir daha getmək istəmədiklərini bildirmişlər. Hazırda uşaqların anaları ilə görüşməkdən qəti olaraq imtina edirlər. Buna görə də o, uşaqlarının psixoloji vəziyyətinin sağlamlığını və təhlükəsizliyini fikirləşdiyi üçün anaları ilə görüşmələrini istəmir. Sonda, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Biləsuvar rayon Məhkəməsininnin 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ona uşaqları ilə hər həftənin şənbə günü, saat 10:00-dan, uşaqlar gecə iddiaçının yanında qalmaqla, bazar günü, saat 18:00-dək görüşmə hüququ verilsə də, keçmiş əri onun bu hüququnu təmin etmir. Belə ki, Şəxs onun uşaqlara işgəncə verdiyini bəhanə edərək, onunla uşaqlarını görüşdürmür. Şəxs və həmin şəxsin valideynləri onun uşaqlarına həmin fiziki, həm də psixi şiddət göstərir və uşaqların onunla görüşməkdən imtina etməyə məcbur edirlər. Onun bir ana kimi uşaqları ilə görüşmək ən zəruri ehtiyacıdır. Lakin hər dəfə borclu tərəfindən bu hüququ kobud şəkildə pozulur. Sonda, Zərərçəkmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsin məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, işdə olan Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)- 297/2021 saylı qətnaməsinin surətindən görünür ki, 14 dekabr 2013-cü il tarixdə doğulmuş X4 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X1 ataları Şəxs yanında saxlanmaları müəyyən edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı icra sənədinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə birgə nikahından 14 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə günü, saat 10:00-dan, uşaqlar gecə iddiaçının yanında qalmaqla, bazar günü, saat 18:00-dək görüşməklə ünsiyyət hüququ Şəxs tərəfindən təmin edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 18 dekabr 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Himayəsində 2 uşağının və 1 dərəcəli əlil olan qardaşının olmasını, özünün də 3-cü dərəcəli əlil olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə həmin Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından da görünür ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-297/2021 saylı qətnaməsi ilə 14 dekabr 2013-cü il tarixdə doğulmuş X4 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X1 ataları Şəxs yanında saxlanmaları müəyyən edilmiş, hazırda da həmin uşaqlar borclu ilə birlikdə yaşayırlar və heç biri 14 yaşına çatmamışlar. İşin hallarını və Şəxs şəxsiyyətini, İİİ dərəcəli əlil olmasını, habelə həmin şəxsin on dörd yaşına çatmamış uşaqlarını təkbaşına böyütməsini, habelə Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsini tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati həbs tətbiq oluna bilməz və həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-358/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-358/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver