Məhkəmə qərarları › İş №3(022)-359/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-359/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-359/2024 22.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə X3 barəsində Azərbaycan Respublikası X6 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisi Anar Xıdırov tərəfindən 02 aprel 2024-cü İİ tarixli, MN ******* saylı qərarı ilə barəsində əsassız olaraq vəzifəli şəxs qismində inzibati xətanın törədildiyinə görə 900 (doqquz yüz) manat məbləğində cərimə cazası tətbiq edilmişdir. Belə ki, rəhbərlik etdiyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan Şirvan şəhər 16 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X7 ezamiyyə haqlarının gecikdirilməsi və düzgün ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət edərək o, 04-12 iyun 2023-cü il tarixlərində Bakı şəhərinə ezam olunmuş, lakin onun ezamiyyə haqqı gecikdirilmiş, düzgün və vaxtında ödənilmədiyini bildirmişdir. Bu səbəbdən də, Ş.Məcidovanın əmək hüquqları pozulmuş və bu barədə X6 Xidmətinin Sirvan-Salvan regional söbəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Milli Elimlər Akademiyasının Gəncəvi adına Ədəbiyyat institutu “Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələri şöbəsinin müdiri X9 məktubuna əsasən “Heydər Əliyev ili” çərçivəsində 4- 12 iyun 2023-cü il tarixlərdə Elimlər Akademiyasının bağında təşkil olunmuş “İİ X10 və Kitab Festivalı” tədbirində iştirak etmək üçün dəvət olunmuş Ş.Məcidova Şirvan şəhər B.Aslanov adına 16 nömrəli məktəbin direktor əvəzi Elçin Həsənov tərəfindən verilmiş 03 iyun 2023-cü il tarixli 73 nömrəli əmrə əsasən, 04 iyun 2023-cü il tarixdə Şirvan şəhərindən getmiş, lakin Bakı şəhərindən qayıtması barədə iki fərqli tarixli ezamiyyə vərəqələri və həmin ezamiyyə vərəqələri başqa-başqa şəxslər tərəfindən imzalanaraq möhürlənmiş şəkildə Şirvan şəhər üzrə təhsil sektorunun mərkəzləşmiş mühasibatlığına təqdim etmişdir.(surətləri əlavə olunur) Ezamiyyə vərəqinin birində Ş.Məcidov 04 iyun 2024-cü il tarixdə Şirvan şəhərindən getmiş və həmin gün Bakı şəhərindən geri qayıtmışdır. Sözügedən ezamiyyə haqqı və 2023- cü il ərzində Ş.Məcidovanın digər ezamiyyə haqları tam şəkildə ödənilmişdir. Eyni zamanda bildirmək istəyir ki, “Ezamiyyə xərclərinin normaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən müəyyən edilmişdir ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası X6 Xidməti Şirvan-Salyan Regional şöbəsinin X5 barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən inzibati xəta hadisəsəi Salyan şəhərində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əssasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanları, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası X6 Xidməti Şirvan-Salyan Regional şöbəsinin X5 barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 şikayəti aidiyyatı üzrə Salyan rayon məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: Azərbaycan Respublikası X6 Xidməti Şirvan-Salyan Regional şöbəsinin X5 barədə tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X3 şikayəti aidiyyatı üzrə Salyan rayon məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar