Məhkəmə qərarları › İş №3(022)-362/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-362/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-362/2024 08.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx xxxx 1983-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 02 mart 2024-cü il tarixdə saat 17:42 radələrində KAMAZ 55111 yük markalı 12-Be- 486 dövlət qeydiyyat nişanlı avtomaşınla yük daşıma qaydalarını kobud şəkildə pozduğu üçün YPX-nin əməkdaşları onu saxlamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində İmişli Rayon Polis X5 xidməti inspektoru polis serjantı X2 tərəfindən İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs 02 mart 2024-cü il tarixdə idarə etdiyi KAMAZ 55111 yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX-nin əməkdaşları onu saxlamış və bu zaman onun avtomaşınla yük daşıma qaydalarını il ərizində təkrarən kobud şəkildə pozduğ müəyyən edilmişdir. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı İmişli Rayonu Yol Patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yük daşıma qaydalarını il ərizində təkrarən kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta barədə tərtib edilmiş şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1 və 353.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 327.1 və 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 327.1 və 353.5-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 353.5-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 353.5-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmə hüququ 8 (səkkiz) ay müddətə məhdudlaşdırılmaqla 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar