Məhkəmə qərarları › İş №3(022)-374/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-374/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-374/2025 21.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 31 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı 199934 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 31 dekabr 2024-cü il tarixdə, saat 14:40 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 göstərdi ki, 31 dekabr 2024-cü il tarixdə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Bununla bağlı Biləsuvar Rayon Polis X1 təhqiqat şöbəsində araşdırma aparılmış və cinayət işinin rədd edilməsinə dair 01 aprel 2025-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Biləsuvar rayonunda yerləşən “Zirvə” şadlıq sarayında ofsiant işləyirdi. O müştərilərə qulluq etmək üçün olduqları otağa girmiş və nə istədikilərini soruşmuşdur. Bu zaman onlar Şəxs get lazım olanda biz səni çağıracayıq dedikdən sonra, o, otaqdan çıxmışdır. Şəxs ona müdiriyyətinin zəng etdiyini və qonaqların ondan şikayət etdiklərini bildirmişdir. Müştərilərdən Zərərçəkmiş şəxs şadlıq sarayının həyətində ona və ailəsinə qarşı nalayiq ifadələr işlətmiş bu zaman Şəxs aqressivlik nümayiş etdirərək onlarla mübahisə etmiş, zərərçəkmiş şəxsdən özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs baş nahiyəsinə əli ilə vurmuşdur. Şəxs sonda məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etdi. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs izahatında göstərdi ki, bayram ilə əlaqədar olaraq dostlarıyla ziyafət təşkil etmişdirlər. Bu zaman restoranda onlara göstərilən xidmətdən narazı qaldıqları üçün o, müdiriyyətə şikayət etmişdir. Bu səbəbdən də Şəxs ona hücum edərək xəsarətlər yetirmişdir. Lakin buna baxmayaraq o, barışmaq istəyir, lakin Şəxs barışıq təklifini qəbul etmir. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi” haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, qəbul edilmiş qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından, barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. 21 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, Biləsuvar Rayon Polis Şöbəsinin polis mayoru Orucov Nicat tərəfindən Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati icraat açılmış və inzibati araşdırma aparılmışdır. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 21 aprel 2025 il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” 21 aprel 2025 il tarixli MN seriyalı 199934 nömrəli protokoldan görünür ki, dekabr 2024-cü il tarixdə, saat 14:40 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” restoranının həyətində Zərərçəkmiş şəxs döyərək bədən xəsarəti yetirdiyi üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar