Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-375/2025 21.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iş ərzində inzibati tənbehi olmayan, Biləsuvar şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 19 aprel 2025-ci il tarixdə saat 23 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində polis əməkdaşları ilə mübahisə edərək, polisin ünvanına və ünvansız söyüşlər söyməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Bölməsinin sahə rəisi X13 göstərmişdir ki, Şəxs 19 aprel 2025-ci il tarixdə saat 23 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində sərxoş vəziyyətdə ünvansız nəlayiq söyüşlər söymüş, bu zaman Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları onu nizam intizama dəvət etmiş və sakitləşdirməyə çalışsalara da o, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşlarının ünvanına və ünvansız söyüşlər söyməkdə davam etmişdir.Polis əməkdaşları onu polis şəbəsinə gətirmək istəyərkən o, idarə etdiyi avtomaşını sürüb getmişdir. Şəxs polis əməkdaşları onu çətinliklə olsa da gətirib Növbətçi hissəyə təhvil vermişlər. Hazırkı hadisə ilə əlaqədar Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərərək özünü təqsirli bildi və barəsində yüngül cəza verilməsini xahiş etdi. X5 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində RPŞ-nin 2 №-li piyada postunda PPXB-nin polis nəfəri polis serjantı Yusif Seydizadə ilə birlikdə xidmətdə olan zaman bir nəfər tanımadıqları şəxsin Biləsuvar şəhər İcra Hakimiyyətinin parkında digər bir qadınla mübahisə etməsini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsin sərxoş olması aşkarca hiss olunurdu. Qeyd olunan şəxs Biləsuvar rayon sakini Şəxs olmasını bildirərək onlarla mübahisə etməyə başlamış, vətəndaş Şəxs dəfələrə nizam-intizama dəvət etsələr də o ictimai yerdə ünvansız nalayiq ifadələr işlədərək özünə məxsus olan mikroavtobusa əyləşib bir qədər hərəkət etdikdən sonra yenidən avtomaşından düşərək eyni hərəkətlərini davam etdirmişdir. Onlar Şəxs fiziki güc tətbiq edib RPŞ-na gətirmək istəyən zaman o yenidən avtomaşınına əyləşərək oradan uzaqlaşmışdır. Bu səbəbdəndə onlar polisin qanuni tələbinə tabe olmadığı və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün radioefır vasitəsi ilə ərazidə xidmət aparan YPXB-nün və PPXB-nin əməkdaşlarından Şəxs saxlanılaraq barəsində qanuni tədbir görülməsi üçün RPŞ-na aparılmasına köməklik göstərmələrini bildirmişlər. X1 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində Biləsuvar RPŞ-də məsul növbətçi vəzifəsində xidmət aparan zaman Biləsuvar RPŞ- PPXB-nin əməkdaşları Biləsuvar şəhər sakini Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarını söyüb-təhqir etdiyindən RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Həmin vaxt polis əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də o, nalayiq ifadələrlə polis şöbəsinin inzibati binasında polis əməkdaşlarını təhqir etməyə davam etmişdir. Bundan sonra inzibati qaydada tutma protokolu tərtib olunaraq Şəxs inzibati saxlanc yerinə yerləşdirilmişdir. Şəxs inzibati saxlanc yerində sakit qalmayaraq yenidən öz nalayiq hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarını yenidən söyüb-təhqir etmiş, inzibati saxlanc yerinin qapısını təpikləyərək səs-küy salmağa davam etmişdir. Qeyd olunan müddət ərzində təxminən 30 dəqiqə Şəxs Növbətçi Hissənin iş fəaliyyətini kobudcasına pozmuşdur. X2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin polis nəfəri polis serjantı X10 ilə birlikdə 2 №-li piyada postunda xidmətdə olduqları zaman saat 23:00 radələrində efir vasitəsi ilə sərxoş vəziyyətdə olan bir nəfər şəxsin tabeçilik göstərməyərək, özünə məxsus olan mikroavtobusla uzaqlaşdığını və həmin şəxsin saxlanılması üçün yol patrul xidmətindən və onlardan kömək istəmişlər.Bu zaman onlar qeyd olunan yerə yaxınlaşanda artıq həmin avtomaşın yol patrul xidməti tərəfindən saxlanıldığını və həmin şəxsin onlarla mübahisə etdiyini görmüşlər.Bu zaman onlar da yaxınlaşıb həmin şəxsi avtopatrula mindirmək istəyən zaman həmin şəxs qaçmağa başlamış və bir qədər getdikdən sonra dəmir çəpərə ilişərək yıxılmışdır.Yol patrul xidməti əməkdaşları həmin şəxsi fiziki güc tətbiq etməklə məcburi şəkildə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. X3 da X9 ilə eyni məzmnda izahat vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətalardan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 aprel 2025-ci il tarixdən saat 23:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(022)-375/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-375/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver