Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-377/2025 06.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, protokol tərtib etmiş şəxs X3 Yol Patrul Xidmətinin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Pöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş 15 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə, saat 00:10 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla “Traktor Belarus” markalı, T20AB535 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində spirtli içkidən istifadə edərək idarə etmişdir. Buna görə də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən törədilmiş xətalara əsasən məcəllənin 333.1-ci maddəsi üzrə işə baxmağa səlahiyyətli orqan rayon (şəhər) məhkəmələri olaraq təsbit edildiyi üçün müvafiq protokol baxılması üçün 22 aprel 2025-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: X3 Yol Patrul Xidmətinin inspektoru X4 protokolun dəlillərinə uyğun izahat verərək, Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 aprel 2025-ci il tarixdə saat 00.10 radələrində spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyi üçün, səmimi peşman olduğunu bildirmişdir.Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 15 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmətməkdə təqsirli bilinir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 16 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə törətdiyi inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğu üçün toplanmış materiallar Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müayinə etmək üçün tibbi müayinəyə göndərilmə haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan və “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 15 aprel 2025-ci il tarixli aktdan görünür ki, “Traktor Belarus” markalı, T20AB535 dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərilmiş Şəxs spirtli içkinin qəbulu nəticəsində yaranmış sərxoş vəziyyəti müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini və səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs tərəfindən inzibati xətanın sərxoş halda törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. (İXM 33.1.7) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh tətbiq edilməsini məqsədə uyğun hesab edir. Belə ki, məhkǝmǝ, Ş.Ə. Hümmǝtovun spirtli içki qǝbul edǝrǝk nǝqliyyat vasitǝsini idarǝ etmǝsini ciddi bir yol hǝrǝkǝti qaydası pozuntusu olaraq qiymǝtlǝndirir. Bu davranış yalnız onun sağlamlığı üçün deyil, eyni zamanda digǝr yol istifadǝçilǝri vǝ piyadalar üçün dǝ böyük tǝhlükǝ yaradır. Mǝhkǝmǝ həmçinin, spirtli içki qəbul etməklə nǝqliyyat vasitǝsini idarǝ etmǝyin yol-nǝqliyyat hadisǝlǝrinin baş vermǝ riskini artırdığını, bu da cǝmiyyǝtin tǝhlükǝsizlik vǝziyyǝtini pislǝşdirdiyini diqqǝtǝ çatdırır. Ş.Ə.Hümmǝtovun törǝtdiyi inzibati xǝtanı etiraf edib peşmanlıq hissini ifadǝ etmǝsi məhkəmə tərəfindən müsbǝt qiymǝtlǝndirilsǝ dǝ, onun sərxoş halda nǝqliyyat vasitǝsini idarǝ etmǝsi mǝsuliyyǝti ağırlaşdıran bir faktor kimi nǝzǝrǝ alınır. Mǝhkǝmǝnin qǝrarı, yalnız şǝxsin mǝsuliyyǝtini artırmaqla qalmır, eyni zamanda cǝmiyyǝtin tǝhlükǝsizliyini tǝmin etmǝk mǝqsǝdini güdür. Bu kontekstdǝ, məhkəmə tərəfindən Ş.Ə.Hümmǝtovun nǝqliyyat vasitǝsini idarǝ etmǝ hüququnun mǝhdudlaşdırılması, ictimai tǝhlükǝsizliyi göz önündǝ saxlayan bir addım kimi qǝbul edilir. Belǝliklǝ, bu növ inzibati tənbeh tǝdbirinin tətbiq edilməsi, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməklə, digǝr sürücülǝr vǝ piyadalar üçün daha tǝhlükǝsiz bir mühitin yaradılmasına xidmǝt edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-377/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-377/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver