Məhkəmə qərarları › İş №3(022)-379/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-379/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-379/2023 14.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-nin sədri işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi ev 4a-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsi ilə Biləsuvar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Hüquqi şəxs "xxxx" ASC-nin adından qərarlar qəbul etmək, təmsil etmək səlahiyyətlərinə malik olan ASC-nin idarə heyətinin sədri Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi ev 4a-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 10-da yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs "xxxx" ASC-nin kəsim sexində avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istismarına yol verərək “istehsalat avadanlıqları, ümumi təhlükəsizlik tələbləri” 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.4 bəndinin tələblərini pozmaqla, Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən "xxxx" ASC-nin kəsim sexində 07 noyabr 2022-ci il tarixdə saat 19 radəılərində orada fəhlə işləyən Zərərçəkmiş şəxs sağ əlindəki əlcəyin kəsim aparatına keçməsi nəticəsində sonuncunun sağ əlinin İİ və İİİ barmaqların açıcı vətərlərin, sağ biləyin mil açıcılarının zədələnməsi, sağ əlin arxasının çapığı, kəsilmiş yarası, sağ əlin şişkinliyi və funksiya pozğunluğu ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağılamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur.Bununla da "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də, "xxxx" ASC-nin Şəxs barəsində Biləsuvar rayon prokuroru ədliyyə müşaviri Camal Bağırov tərəfindən 28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İnzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Biləsuvar rayon prokurorunun köməkçisi X2 "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs barəsində qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs barəsində qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Biləsuvar Rayon prokuroru, ədliyyə müşaviri X4, xx.xx.1993cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi ev 4a-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 10-da yaşayan "xxxx" ASC-nin sədri Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə ictraatın başlanması haqqında qərar qəbul etmişdir. Belə ki, İXM-in 18-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və İXM-in 18.2.1-18.2.3cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-in 18.3-cü maddəsinə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-in 18.5-ci maddəsinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və iş üzrə müəyyən edilmiş bütün halları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş "xxxx" ASC-nin sədri Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar