Məhkəmə qərarları › İş №3(022)-381/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-381/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-381/2025 29.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X29 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X11 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X11, 19 dekabr 1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 uşağı olan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 idarəsinin rəisi vəzifəsində işləyən, Bakı şəhəri , Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində yerləşən 29 nömrəli evin 65 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 04 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisin birinci müavini X10 tərəfindən X6 idarəsinin rəisi X11 barəsində, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbini pozduğuna görə, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisi X18 inzibati xəta haqqında iş üzrə 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarı ilə X11 barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 22 aprel 2025-ci il tarixdə X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X19 şikayətini müdafiə edərək, göstərdi ki, o, 2 ildir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 idarəsinin rəisi vəzifəsində işləyir. Onun rəhbərlik etdiyi orqanın müstəqil büdcəsi yoxdur və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş büdcə vəsaiti hesabına maliyyələşir. Belə ki, hər ilin dekabr ayının sonlarında bütün əməkdaşların növbəti il üzrə əməkhaqqıları və X6 idarəsinin tabeliyindəki qurumların digər xərclərinin smetası müəyyənləşdirildikdən sonra, o, həmin maliyyə sənədlərini təsdiq edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə göndərir. Həmin smeta təsdiq edildikdən sonra pul vəsaitləri onun rəhbərlik etdiyi qurumun bank hesabına köçürülür. O, məsul şəxs olaraq rəhbərlik etdiyi orqanın və tabeliyindəki digər qurumların əməkdaşlarının məvacibini və digər xərcləri vaxtaşırı olaraq həmin vəsaitdən ödəyir. Həmin maliyyə vəsaitində hər bir ehtiyac üçün vəsaitlər müvafiq qaydada ayrılmışdır və onun həmin kateqoriyadan kənara çıxıb, hər hansı əlavə ödəniş icra etmək səlahiyyəti yoxdur. Bir il üçün müəyyən edilmiş X6 idarəsinin xərc smetası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən idarənin adına olan hesaba köçürülsə də, həmin hesab yalnız hər ayın son günləri onlar tərəfindən sifariş verildikdən sonra həmin orqan tərəfindən açılır və o da müvafiq öhdəlik sənədlərini hazırladıqdan sonra işçilərin əməkhaqılarının ödənilməsi üçün müvafiq tapşırığı regional maliyyə şöbəsinə göndərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həmin hesab hər ayın 25-26-sı açılır və həmin hesab açılmadığı təqdirdə hesabdakı pul vəsaitləri dondurulmuş vəziyyətdə olur və o, həmin vasaitlərdən istifadə edə bilməz. Onun rəis kimi səlahiyyətləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məsul şəxsləri tərəfindən ona verilmiş icrası məcburi olan göstərişləri icra etməkdir. Onun rəhbərlik etdiyi qurumun tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktoru X12 18 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən həmin məktəbdə müəllim işləyən X7 əmək müqaviləsinə xitam vermişdir. N.V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsinə səbəb isə sonuncunun dərs saatlarının sinifdə təhsil alan uşaqların sayının azalması səbəbi ilə 4 saat azaldılması və buna müfaviq olaraq da əmək müqaviləsinin dəyişdirilərək, əməkhaqqının miqdarının azaldılması olmuşdur. Bu barədə 1 ay əvvəlcədən N.V.Abdullayevə xəbərdarlıq edilsə də, sonuncu həmin müddət ərzində əmək müqaviləsini imzalamaqdan imtina etmişdir. Həmçinin həmin müddətdə müsiqi məktəbinin direktoru M.A.Rzayev N.V.Abdullayevlə sonuncunun əmək müqaviləsini imzalaması məqsədi ilə danışıqlar aparsa da, həmin şəxs müqaviləni imzalamaqdan imtina etmişdir. Buna görə də işəgötürən M.A.Rzayev 18 fevral 2025-ci il tarixdə N.V.Abdullayevlə əmək müqaviləsinə xitam verilməsi haqqında əmr vermişdir. Belə ki, onun rəhbərlik etdiyi idarənin tabeliyində xeyli sayda qurum, təxminən 1.600 nəfər işçi mövcuddur və onun hansı qurumda hansı işçinin işə götürüldüyü və ya işdən çıxarıldığını bilmək imkanı yoxdur. Buna görə də işəgötürən M.A.Rzayev N.V.Abdullayevlə olan əmək müqaviləsinə xitam verdikdən sonra həmin xitam əmrini X6 idarəsinə əmr verildiyi gün, yəni 18 fevral 2025-ci il tarixdə, iş vaxtından sonra göndərmişdir. Belə ki, həmin əmr idarəyə onlayn qaydada göndərilmiş və həmin gün N.V.Abdullayevin son haqq-hesabı ilə bağlı sənədlər hazırlanmışdır. Həmin gün Azərbaycan Respublikası əmək qanunvereiciliyinin tələblərinə uyğun olaraq, işçi ilə son haqq-hesab aparılmış və N.V.Abdullayevə işlədiyi günlərin sayına uyğun olaraq əmək haqqı və istifadə etmədiyi 28 gün üçün məzuniyyət haqqı, cəmi 792 manat 90 qəpik məbləğində pul vəsaitinin verilməli olduğu müəyyən edilmiş, buna müvafiq olaraq idarənin mühasibatlıq şöbəsi tərəfindən tabel cədvəli hazırlanmış və o, həmin cədvəli təsdiq etmişdir. Həmin sənədlər isə növbəti gün səhər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə göndərilmişdir. Onun N.V.Abdullayevlə hər hansı qərəzçiliyi və ya ədavəti olmamışdır. Onun rəhbərliyi etdiyi qurum mərkəzləşdirilmiş büdcəyə malikdir və həmin orqan vasitəsilə tabelikdə olan digər qurumlarının əməkdaşlarının məvacibləri ödənilir. Lakin N.V.Abdullayevin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən xitam verilməsi gözlənilməz olduğuna, habelə əvvəllər belə bir əsasla heç bir əməkdaşın əmək müqaviləsinə xitam verilmədiyinə görə həmin Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, işçiyə ödənilməli olan orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət N.V.Abdullayevə ödənilməmişdir. Belə ki, həmin vəsaitin ödənilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən miqdarı və bölgüsü təsdiq edilmiş xərc smetasında ayrıca kateqoriya mövcud olmamışdır. Onun isə digər kateqoriyaya aid edilmiş maliyyə vəsaitlərindən təyinatından kənar qaydada istifadə etmək səlahiyyəti yoxdur və istifadə etmək istədiyi halda bu barədə müvafiq sifariş versə də, Mədəniyyət Nazirliyinin mühasibatlıq şöbəsi sənədləri idarəyə geri qaytarır. N.V.Abdullayevin işdən çıxarıldığı gün ayın ortaları olduğuna görə idarənin hesabında artıq vəsait mövcud olmamışdır. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mühasibatlıq şöbəsinin əməkdaşları ilə N.V.Abdullayevə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət ödənilməsi barədə təxminən 2 həftə şifahi danışıqlar aparmışdır. 2025-ci ilin mart ayının əvvəllərində o, məzuniyyətə çıxmış və onun vəzifəsini müvəqqəti olaraq onun müqavini Emin Mustafayev icra etmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mühasibatlıq şöbəsinin əməkdaşları Emin Mustafayevə N.V.Abdullayevə orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət ödənilməsi barədə müraciətlərini rəsmi qaydada nazirliyə yönləndirmələri bildirilmişdir. Buna görə də 05 mart 2025-ci il tarixdə Emin Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə xidməti məruzə ünvanlayaraq, N.V.Abdullayevə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, əməkhaqqının 2 misli miqdarında müavinət ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 26 fevral 2025-ci il tarixdə bank hesabı aktiv edilmiş və o, həmin gün müvafiq ödəniş tapşırığını, yəni N.V.Abdullayevə ödənilməli olan müavinətlə bağlı tapşırığı hazırlayıb, imzlamış və regional maliyyə şöbəsinə göndərmişdir. 27 fevral 2025-ci il tarixdə həmin ödəniş tapşırığı regional maliyyə şöbəsi tərəfindən təsdiq edilmiş və 7-8 təqvim günü və yaxud 3-4 iş günü ərzində müavinət qismində 1.250 manat məbləğində pul vəsaitinin N.V.Abdullayevə ödənilməsi təmin edilmişdir. Bundan başqa, 07 mart 2025-ci il tarixdə isə nazirlik tərəfindən müavinət qismində 1.250 manat məbləğində pul vəsaiti N.V.Abdullayevin hesabına köçürülmüşdür. Həmin prosedurun 7-8 təqvim günü müddətində gecikdirilməsi onun təqsiri səbəbindən baş verməmişdir. Onun yeganə vəzifəsi ödəniş tapşırığı hazırlamaq olmuş və o, maliyyə vəsaiti açılan kimi tapşırığı dərhal hazırlayaraq, imzalamış və regional maliyyə şöbəsinə göndərmişdir. N.V.Abdullayevin son haqq-hesabın ona gec ödənilməsi ilə bağlı işləmiş olduğu məktəbin direktoruna və ya regional idarəyə hər hansı şikayəti daxil olmamışdır. Lakin sonradan N.V.Abdullayev işə bərpa edilməsi məqsədi ilə X21 Xidmətinə müraciət etmişdir. Həmin şəxs şikayətində onun barəsində və ya ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsi ilə müəyyən edilmiş müavinətin gec ödənilməsi barədə şikayət ünvanlamamışdır. X21 Xidməti tərəfindən N.V.Abdullayevin şikayəti təmin edilməsə də, həmin şəxsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsi ilə müəyyən edilmiş müavinətin gec ödənildiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarı ilə 700 manat cərimə edilmişdir. O hesab edir ki, həmin qərar X21 Xidməti tərəfindən işin halları hərtərəfli və tam şəkildə araşdırılmadan qəbul edilmişdir. Onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, N.V.Abdullayevə orta aylıq əməkhaqqının 2 misli miqdarında ödənilməli olan müavinətin gec ödənilməsində heç bir təqsiri yoxdur. Çünki onun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş və kateqoriyalaşdırılmış büdcə vəsaitindən təyinatından kənar istifadə etmək səlahiyyəti yoxdur. N.V.Abdullayevə işdən çıxarıldığı gün ödənilməli olan müavinətin daha gec ödənilməsi və nəticədə həmin şəxsin əmək hüququnun pozulması onun iradəsindən kənar baş vermişdir. Əgər onun X6 idarəsinin büdcəsindən təsnifləşdirilmiş kateqoriyalardan kənar istifadə etmək səlahiyyəti olsa idi, o, N.V.Abdullayevə ödənilməli olan müavinəti həmin şəxs işdən azad edildiyi gün ödəyərdi. Həmçinin N.V.Abdullayevi işəgötürən və işdən çıxaran şəxs də Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktoru M.A.Rzayev olmuşdur. Sonda, Ş.Y.Şahbazov bildirdi ki, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin məhkəmədə araşdırılması zamanı ona məlum olmuşdur ki, inzibati xətanın baş verməsində onun və tabeçiliyində olan vəzifəli şəxslərin də təqsiri olmuşdur və onlar N.V.Abdullayevə, həmin şəxsin işdən çıxdığı gün, son haqqhesabın tam şəkildə ödənilməsi üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri vaxtında görməmişlər. Buna görə də Ş.Y.Şahbazov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarından verdiyi şikayəti hazırda müdafiə etmədiyini bildirdi və iş üzrə qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmədə şikayətdə göstərilən dəlilləri qəbul etməyərək göstərdi ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun baş hüquqşünasıdır. X21 Xidmətinin bilavasitə iş yerlərində reyd aparmaq səlahiyyəti ləğv edilmişdir. Onlar yalnız şikayət olduqda və ya iş yerində hər hansı bədbəxt hadisə baş verdiyi zaman iş yerlərində reyd apara bilirlər. N.V.Abdullayev X21 Xidmətinə qanunsuz olaraq işdən çıxarılması barədə məlumat vermiş və bu məsələ barədə onlar tərəfindən müvafiq araşdırılma aparılmağa başlanılmışdır. Belə ki, araşdırma zamanı N.V.Abdullayevin əmək müqaviləsinə Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktoru X12 tərəfindən xitam verildiyi müəyyən edilmişdir. Onlar M.A.Rzayevdən araşdırma aparmaq üçün zəruri olan bütün sənədləri tələb etmişlər. Araşdırma nəticəsində N.V.Abdullayevə son haqq-hesabın həmin şəxsin işdən çıxarıldığı gün verilmədiyi müəyyən edilmişdir. Belə ki, son haqq-hesaba şəxsin əmək müqaviləsi xitam verildiyi vaxta qədər işlədiyi günlərə görə əməkhaqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyət haqqı, həmçinin N.V.Abdullayevin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən xitam verildiyinə görə həmin Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsi ilə müəyyən edilmiş müavinət daxil olmuşdur. N.V.Abdullayevə işlədiyi günlərə görə əməkhaqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyət haqqı 28 fevral 2025ci il tarixdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsi ilə müəyyən edilmiş müavinət isə 10 mart 2025-ci il tarixdə N.V.Abdullayevin istifadəsində olan bank hesabına kömürülmüşdür. Bu hal isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin və Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə görə işçiyə son haqqhesab işdən çıxarıldığı gün ödənilməlidir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, bir çox dövlət orqanlarında olduğu kimi N.V.Abdullayevi işəgötürən şəxs qismində Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktoru M.A.Rzayev çıxış etsə də, həmin məktəbi maliyyələşdirən qurum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 idarəsi olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsində son haqq-hesabın ödənilməsi vəzifəsinin mütləq işəgötürənin üzərinə qoyulmalı olduğu barədə hər hansı qeyd mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin dispozisiyasında da əmək hüquqularının pozulmasında məsul şəxs kimi sadəcə olaraq işəgötürən müəyyən edilməmiş, ümumi olaraq vəzifəli şəxs anlayışından istifadə edilmişdir. Buna görə də müvafiq araşdırma nəticəsində işəgötürən məktəb direktoru M.A.Rzayevin rəhbərlik etdiyi məktəbin müstəqil maliyyə vəsaitinə malik olmadığı, həmin məktəbin bütün xərc smetasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 idarəsi tərəfindən müəyyənləşdirildiyi və ödənildiyi müəyyən edilmişdir. Buna görə də N.V.Abdullayevə işdən çıxarıldığı gün ödənilməli olan son haqq-hesabın gecikdirilməsində və Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsində X6 idarəsinin rəisi Ş.Y.Şahbazovun təqsirkar olduğu müəyyən edilmişdir. Belə ki, Ş.Y.Şahbazov tərəfindən N.V.Abdullayevin işdən çıxarılması ilə bağlı vaxtında müvafiq sənədlər hazırlanmalı, tabel təsdiq edilməli və müvəkkil banka ödəniş tapşırığı verilməli idi. Çünki N.V.Abdullayevlə bağlanmışəmək müqaviləsinə xitam verilməsi barədə 18 fevral 2025-ci il tarixli əmr həmin gün, günün ikinci yarısında elektron poçt vasitəsilə X6 idarəsinə göndərilmişdir. Lakin Ş.Y.Şahbazov real vaxt rejimində direktor M.A.Rzayev tərəfindən ona göndərilmiş N.V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi barədə əmri həmin gün, yəni 18 fevral 2025-ci il tarixdə alsa da, müvafiq tədbirlər görməmiş, 20 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ödəniş tapşırığı göndərmişdir. Həmin vaxta kimi isə nazirliyin əməkdaşları ilə məsləhətləşmələr aparmışdır. X6 idarəsinin əməkdaşlarının əmək qanunvericiliyinin tələbindən məlumatsızlığı nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsi pozulmuş olsa da, qanunu bilməmək həmin şəxsləri məsuliyyətdən azad etmir. Çünki Ş.Y.Şahbazov hərəkətsizlik edərək, N.V.Abdullayevin son haqq-hesab ödənişləri ilə bağlı müvafiq tapşırığı həmin gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, habelə müvafiq hesablaşmaların aparıldığı müvəkkil banka göndərməmişdir. Həmçinin əgər Ş.Y.Şahbazov 18 fevral 2025-ci il tarixli xitam əmrinin tərtib edildiyi gün müvafiq müvəkkil banka ödəniş tapşırığı göndərmiş olsa idi, bank tərəfindən N.V.Abdullayevə ödənilməli olan son haqqhesabla bağlı müvafiq ödənişlər həmin şəxs işdən çıxdığı gün deyil, gec aparılmış olsa idisə də, Ş.Y.Şahbazov məsuliyyətdən azad edilərdi. Həmçinin Mədəniyyət Nazirliyinin daxili qaydaları ilə tənzimlənən maliyyə və digər texniki prosedur qaydaları həmin orqanın daxili işidir və əmək qanunvericiliyinin tələbi hər bir daxili qaydadadan və prosedurdan hüquqi olaraq üstündür. Həmçinin X21 Xidməti tərəfindən yuxarıda göstərilən hallar nəzərə alınaraq, Ş.Y.Şahbazov barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş ən aşağı məbləğdə inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa, X6 idarəsinin gözlənilməz hallar hesab etdiyi hazırki hallar üçün büdcəsində ehtiyyatda pul vəsaitləri saxlaması daha məqsədəmüvafiqdir. Sonda, Nümayəndə şikayətin rədd olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi, qərarından şiakyət verilmiş orqanın nümayəndəsini və şahidi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X20 izahatında göstərdi ki, o, X6 idarəsinin mühasibatlıq şöbəsində baş mühasibin müavini vəzifəsində çalışır. N.V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi barədə əmr 18 fevral 2025-ci il tarixdə, günün ikinci yarısında – saat 17-18 radələrində idarənin ümumi şöbəsinə daxil olmuş, daha sonra isə kağız formatda mühasibatlıq şöbəsinə təhvil verilmişdir. Belə ki, regional idarənin tabeliyində olan qurumlar tərəfindən daxil olmuş tabel cədvəlləri ilk olaraq mühasibatlıq şöbəsinə təhvil verilir, həmin cədvəllərin mühasibatlıq şöbəsinin əməkdaşları tərəfindən düzgün tərtib edilib-edilmədiyi yoxlanılır və doğru olduqda, rəis tərəfindən dərkənar qoyulmaqla, maliyyə şöbəsi tərəfindən icra edilir. O, 18 fevral 2025-ci il tarixdə N.V.Abdullayevə verilməli olan son haqq-hesabla bağlı hesablamalar aparmış və müvafiq sənədləri hazırlamışdır. Həmin vaxt ayın ortaları olduğuna və buna görə də regional mədəniyyət idarəsinin büdcəsində qalıq vəsait olmadığına görə həmin gün N.V.Abdullayevə son haqq-hesabla bağlı ödənişlər icra edilməmişdir. Belə ki, X6 idarəsinin əməkdaşlarının əməkhaqlarının ödənildiyi hesab yalnız ayın 20-25-i arasındakı dövr ərzində Mədəniyyət Nazirliyi açılır və həmin hesabda olan pul vasaiti vasitəsilə işçilərin məvacibləri ödənilir. N.V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi planlaşdırılmamış olduğuna görə regional idarə tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, həmin qurum da Maliyyə Nazirliyinə əlavə maliyyə vəsaitinin açılması üçün müraciət edilməli, müvafiq əsaslar göstərilməli və həmin səbəblər əsaslı olduğu təqdirdə isə sonuncu qurum tərəfindən regional mədəniyyət idarəsi üçün əlavə maliyyə vəsaiti açılmalı idi. O, hər ayın 10-u və 12-si arası müddətdə müvafiq hesabın əvvəlcədən müəyyənləşdirilmiş məbləğdə açılması barədə Azərbaycan Respublikası Mədniyyə Nazirliyinə sifariş göndərir və hər ayın 20-22-si müvafiq hesab açıldıqdan sonra əməkhaqları ödənilir. O, N.V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq son haqq-hesabla bağlı sənədləri 18 fevral 2025-ci il tarixdə hazırlamış və vəsait açıldıqdan sonra, yəni 26 fevral 2025-ci il tarixdə elektron portala yükləmişdir. O, 18 fevral 2025-ci il tarixdə nazirliyə vəsaitin açılması barədə hər hansı sifariş verməmiş və 25 fevral 2025-ci il tarixədək hesabın açılmasını gözləmişdir. Əgər ona N.V.Abdullayevin əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmiş olsa idi, o, öncədən vəsaitin açılması barədə nazirliyə sifariş göndərərdi. O, 20 fevral 2025-ci il tarixdə N.V.Abdullayevə ödənilməli olan son-haqq hesabla bağlı sənədləri nazirliyə göndərmişdir. Həmin vaxta kimi isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əməkdaşları ilə məsləhətləşmələr aparmışdır. O, 18 fevral 2025-ci il tarixdə N.V.Abdullayevə son haqqhesabın ödənilməsi üçün əlavə vəsaitin açılması barədə nazirliyə sifariş göndərmiş olsa idisə də, əlavə vəsaitin açılması ilə bağlı prosedurlar təxminən 10 gün çəkəcək və bununla da əməkhaqlarının verilməsi 3-4 iş günü gecikəcəkdi. Həmçinin o bildirdi ki, regional mədəniyyət idarəsinin hesabında qalıq vəsait qalmır və qalıq vəsait qalmış olsa, o, Maliyyə Nazirliyinə həmin vəsaitinin qalıq kimi hesabda qalmasının səbəbi barədə hesabat verməlidir. İşdə olan 15 may 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, N.V.X2 tərəfindən Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində tar müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixi aktdan görünür ki, X13 ilə bağlanmış əməkmüqaviləsində əmək qanunvericiliyinə uyğun olaraq, əmək şəraitinin şərtlərində əməkhaqqı ilə bağlı dəyişiklik edilərək, 13 fevral 2025-ci il tarixdə elektron qaydada təsdiq etmək üçün həmin şəxsə göndərilmiş, lakin N.V.Abdullayev əmək müqaviləsini “SİMA” elektron imza vasitəsilə imzlamaqdan imtina etmişdir. İnzibati xəta haqında iş materiallarına əlavə edilmiş Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktor müavini Azər Hətəmovun 13 yanvar 2025-ci il tarixli, 28 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktor müavini Azər X4 13 fevral 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin ikinci hissəsinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə (əmək haqqı ilə bağlı) dəyişiklik ediləcəyi barədə məlumat vermişdir. İşdə olan Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktoru X8 əmək müqaviləsinə xitam verilməsi haqqında 18 fevral 2025-ci il tarixli, 11 nömrəli əmrinin surətindən görünür ki, əmək müqaviləsini imzalamaqdan imtina etdiyinə görə və məktəbdə vakant dərs yükü olmadığı üçün dərs saatlarıını bərpa etmək mümkün olmadığına görə həmin məktəbin tar müəllimi X13 ilə bağlanmış 5BFTALS000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən 18 fevral 2025-ci il tarixdə xitam verilmişdir. İnzibati xəta haqında iş materiallarına əlavə edilmiş göndərişin surətindən görünür ki, X13 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 18 fevral 2025-ci il tarixli, 11 nömrəli əmr 18 fevral 2025-ci il tarixdə X6 idarəsinə elektron poçt vasitəsilə göndərilmişdir. İşdə olan Biləsuvar rayon Uşaq İncəsənət Məktəbinin direktoru X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan- Salyan regional şöbəsinə təqdim etdiyi 03 mart 2025-ci il tarixli, 41 nömrəli arayışının surətindən görünür ki, N.V.Abdullayev ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 18 fevral 2025-ci il tarixli, 11 nömrəli əmr həmin şəxsə istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin verilməsi üçün elektron poçt və kağız daşıyıcı vasitəsilə X6 idarəsinin mühadibatlığına xitam əmri verildiyi gün, yəni 18 fevral 2025-ci il tarixdə, saat 16:55-də təqdim edilmişdir. İnzibati xəta haqında iş materiallarına əlavə edilmiş 2025-ci ilin fevral ayı üzrə Biləsuvar rayon Uşaq İncəsənət Məktəbinin texniki işçilərinin əmək haqlarının hesablanması cədvəlindən görünür ki, X9 işlədiyi günlərin sayına uyğun olaraq əmək haqqı və istifadə etmədiyi 28 gün üçün məzuniyyət haqqı qismində yəni 792 manat 90 qəpik məbləğində pul vəsaiti ödənilməlidir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli, 3-24-17/3-4-XMR-39/2025 nömrəli xidməti məruzədən görünür ki, X6 idarəsinin rəis müavini Emin Mustafayev tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə xidməti məruzə ünvanlayaraq, N.V.Abdullayevə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, orta aylıq əməkhaqqının 2 misli miqdarında – 1.250 manat məbləğində müavinət ödənilməsini xahiş etmişdir. İnzibati xəta haqında iş materiallarında olan 07 mart 2025-ci il tarixli, ********** nömrəli ödəniş sənədinin surətindən görünür ki, X6 idarəsi tərəfindən 1.250 manat məbləğində pul vəsaiti 07 mart 2025-ci il tarixdə N.V.Abdullayevin bank kartı hesabına köçürülməlidir. İşdə olan N.V.Abdullayevə məxsus ödəniş kartı üzrə 17 aprel 2025-ci il tarixli çıxarışın surətindən görünür ki, həmin karta 28 fevral 2025-ci il tarixdə 792 manat 90 qəpik (əməkhaqqı və məzuniyyət haqqı) məbləğində pul vəsaiti, 10 mart 2025-ci il tarixdə isə 1.250 manat (orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət) məbləğində pul vəsaiti köçürülmüşdür. İnzibati xəta haqında iş materiallarına əlavə edilmiş 04 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan- Salyan regional şöbəsinin rəisin birinci müavini X10 tərəfindən X6 idarəsinin rəisi X11 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin inzibati xəta haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarından görünür ki, 04 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq, X11 barəsində N.V.Abdullayevin əmək müqaviləsinə xitam verildiyi zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq, son haqq-hesab tam şəkildə həmin şəxsə ödənilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16 may 2025-ci il tarixli, 3-24/2-1570/xx-xx/2025 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət orqanlarında çalışan işçilərə verilən bütün növ müavinətlər büdcə xərclərinin iqtisadi təsnifatı üzrə 211900 “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” paraqrafında nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Lakin X6 İdarəsinin Nazirlik tərəfindən təsdiq edilmiş xərclər smetasında təhsil müəssisələri üzrə sözügedən xərc paraqrafında vəsait nəzərdə tutulmadığından, əmək müqaviləsinə xitam verilmiş işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müavinətin vaxtında ödənilməsi mümkün olmamışdır. Mövcud vəziyyətdə X6 İdarəsinin rəisi X1 müvafiq vəsaitin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə aidiyyəti üzrə 05 mart 2025-ci il tarixli, 3-24-17/3-4-XMR-39/2025 nömrəli sorğu ilə müraciət etmişdir. Nazirlik tərəfindən müvafiq tapşırıq verildikdən sonra işçiyə 2 aylıq müavinət ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin müəllimi X13 ilə əmək müqaviləsinə 18 fevral 2025-ci il tarixdə əmək şəratinin şərtlərinin dəyişməsi əsasında, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən, həmin məktəbin direktoru X12 tərəfindən xitam verilmişdir. N.V.Abdullayevə son haqq-hesab qismində işlədiyi günlərin sayına uyğun əməkhaqqı və istifadə etmədiyi 28 gün əmək məzuniyyət haqqı qismində, cəmi 792 manat 90 qəpik məbləğində pul vəsaiti 28 fevral 2025-ci il tarixdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinin tələbinə uyğun olaraq, orta aylıq əmək haqqının iki misli miqdarında müavinət isə 10 mart 2025-ci il tarixdə ödənilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbi pozulmuş və X6 idarəsinin rəisi Ş.Y.Şahbazovun barəsində 04 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol əsasında həmin şəxs 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə görə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydada əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 77.7-ci madəsinə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə görə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin dispozisiyasından və sanksiyasından görünür ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 12 yanvar 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüququi mövqeyə görə inzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli X16 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarına əsasən inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli 1ərarında müəyyən etdiyi hüquqi mövqeyə görə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə Azərbaycan Respublikası İXM-i ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin məzmununa görə son haqq-hesab dedikdə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin dispozisiyası ilə müəyyən edilir ki, həmin inzibati xətanın obyekti Azərbaycan Respublikası Əmək Məcəlləsinin işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən normalarıdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin məzmununa görə son haqq-hesab dedikdə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr nəzərdə tutulur. Həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlər, yəni işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pountularına yol verilməsi əməli obyektiv tərəfini təşkil edir. Hazırki inzibati xəta haqqında iş materiallarından görünür ki, N.V.Abdullayevlə bağlanmış əmək müqaviləsinə Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin direktoru X12 tərəfindən 18 fevral 2025-ci il tarixdə xitam verilsə də, həmin şəxsə son haqq-hesabı təşkil edən işlədiyi günlərə görə əmək haqqı və istifadə edilməmiş günlərə görə məzuniyyət haqqı 28 fevral 2025-ci il tarixdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsi ilə nəzərdə tutulmuş müavinət isə 10 mart 2025-ci il tarixdə ödənilmişdir. Bununla da Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Həmçinin inzibati xəta tərkibinin digər elementləri əməlin subyekti və subyektiv tərəfidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində inzibati xətanın subyekti qismində ümumi olaraq vəzifəli şəxs nəzərdə tutulmuşdur. İnizbati xatə haqqında iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs əməlin subyekti qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 idarəsinin rəisi X14 məsuliyyətə cəlb etmişdir. Belə ki, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 02 iyun 2023-cü il tarixli, 3-24/3-1-f-122/2023 nömrəli əmri ilə təsdiq edilmiş X6 İdarəsi haqqında” Əsasnamənin 5.5.2-ci bəndinə görə rəis müavinin və digər işçilərin vəzifə bölgüsünü aparır, regiondakı mədəniyyət müəssisələrinin rəhbərlərinin və digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və onların koordinasiyasını təmin edir. Həmin Əsasnamənin 5.5.7-ci bəndinə əsasən Regional İdarənin rəisi müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində regiondakı mədəniyyət müəssisələrinin strukturunu, işçilərinin say həddini, əməkhaqqı fondunu və xərclər smetalarını Nazirliklə razılaşdırmaqla təsdiq edir. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsi haqqında” Əsasnamənin 6.1-ci bəndinə əsasən Regional İdarənin əmlakı ona təhkim edilmiş dövlət əmlakından, dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsi haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə Regional İdarənin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən və ya qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Həmin Əsasnamənin 1.6-cı bəndin əsasən Regional İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsi haqqında” Əsasnamənin 4.1.10-cu bəndinə görə Regional İdarə mədəniyyət müəssisələri üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar gəlirin sərəncamçısı olaraq səlahiyyətləri daxilində maliyyə vəsaitini “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nın tələbləri gözlənilməklə bölüşdürmək, ştat və tarifləşmə cədvəllərini təsdiq etmək, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların, eləcə də digər zəruri saxlanma xərclərinin ödənilməsini təmin etmək hüquqlarına malikdir. Həmin Əsasnamənin 4.2.10-cu bəndinə əsasən mədəniyyət müəssisələri üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar gəlirin sərəncamçısı olaraq səlahiyyətləri daxilində maliyyə vəsaitini “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nın tələbləri gözlənilməklə bölüşdürmək, ştat və tarifləşmə cədvəllərini təsdiq etmək, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların, eləcə də digər zəruri saxlanma xərclərinin ödənilməsini təmin etmək Regional İdarənin hüququdur. İnzibati xəta haqqında işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs X11 rəhbərlik etdiyi qurum - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X6 idarəsinin müstəqil balansı mövcud deyil. Həmin qurum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsnifləşdirilmiş və təsdiq edilmiş büdcə hesabına fəaliyyət göstərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Ş.Y.Şahbazov N.V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin regional mədəniyyət idarəsinə iş vaxtından sonra göndərildiyini, buna görə də səhəri gün son haqq-hesabla bağlı hesablamalar aparılmaqla, müvafiq sənədlərin tərtib edildiyini və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə göndərildiyini, həmçinin N.V.Abdullayevinin gözlnilməz vaxtda və əsasla işdən çıxdığına görə yalnız Mədəniyyət Nazirliyinin məsul şəxsləri ilə müvafiq şifahi məsləhətləşmələr (danışıqlar) aparıldıqdan və rəis müavini Emin Mustafayev tərəfindən 05 mart 2025-ci il tarixdə 3-24-17/3-4-XMR- 39/2025 nömrəli xidməti məruzə nazirliyə göndərildikdən sonra sonuncu tərəfindən vəsait açılmış və həmin müavinətin N.V.Abdullayevə ödənilməsi üçün müvəkkil banka tapşırıq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Regional Mədəniyyət İdarəsinin mühasibatlıq şöbəsinin mühasibatçısı E.F.Mənsimli isə öz izahatında V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 18 fevral 2025-ci il tarixdə, günün ikinci yarısında, saat 17-18 radələrində ona təhvil verildiyini, həmin gün son haqq-hesablaşmalara dair hesabalmalar apardığını və sənədləri hazırladığını, lakin əməkhaqlarının ödənilməsinin gecikdirlməsinə səbəb olacağını hesab etdiyinə görə həmin gün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə əlavə vəsaitin açılması üçün müraciət etmədiyini, yalnız 20 fevral 2025-ci il tarixdə əlavə vəsaitin açılması üçün tarixdə Mədəniyyət nazirliyinə müraciət etdiyini bildirmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə həmin Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsinə görə həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Həmin Məcəllənin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsi haqqında” Əsasnamənin 3.1.39-cu bəndinə görə Regional İdarə mədəniyyət müəssisələri tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına, əmək müqaviləsi üzrə elektron bildirişlərin bir iş günü ərzində elektron informasiya sistemində qeydiyyata alınmasına nəzarəti təmin etməlidir. Həmin Əsasnamənin 5.3-cü bəndinə görə rəis Regional İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının mədəniyyət naziri (bundan sonra – nazir) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. X28 həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Beləliklə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Regional Mədəniyyət İdarəsinin rəisi Ş.Y.Şahbazov “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 02 iyun 2023-cü il tarixli, 3-24/3-1-f- 122/2023 nömrəli əmri ilə təsdiq edilmiş X6 İdarəsi haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən rəhbərlik etdiyi X6 İdarəsinə həvalə edilmiş bütün vəzifələrin, o cümlədən həmin Əsasnamənin 3.1.39-cu bəndində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı vəzifələrin icrası üçün şəxsən cavabdehdir. Həmçinin Ş.Y.Şahbazov və onun rəhbərlik etdiyi idarənin mühasibatlıq işləri üzrə məsul şəxsləri tərəfindən N.V.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi barədə 18 fevral 2025-ci il tarixli əmrinin vaxtında alınmasına baxmayaraq, həmin əmr alındığı gün və ya həmin gündən 24 saat müddətində müvafiq vəsaitinin verilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və ya əlavə vəsaitinin açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməmiş, yalnız şifahi qaydada hər iki nazirliyin məsul şəxsləri ilə müvafiq danışıqlar aparmışlar. Bununla da Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri tərəfindən maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması və həmin şəxslərin hərəkətsizliyi nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş .şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin gösəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin qərarın surəti İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-132.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyllarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyatı üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş halları nəzərə alaraq, hesab edirəm ki, Ş.Y.Şahbazovun şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan- Salyan regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə tətbiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında 11 aprel 2025-ci il tarixli, MN nömrəli, ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar