Məhkəmə qərarları › İş №3(022)-386/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-386/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-386/2023 06.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Patrul Bölməsinin yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1977-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış, 2-ci dərəcə əlil, “X6” ististmar idarəsində mühafizəçi işləyən, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 06 mart 2023-cü il tarixdə, saat 10:20 radələrində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi, qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçməmiş, xarici işıq cihazları nasaz vəziyyətdə olan və dövlət qeydiyyat nişanı olmayan «İJ» markalı motosikleti, Biləsuvar rayonu ərazisində alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 334.1 və 339.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş O.A.Ərzumanlı göstərdi ki, o, Biləsuvar Rayon Polis X4 X2 Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. Biləsuvar Rayon Polis Şöbəsinin daxili iş bölgüsünə əsasən o, 06 mart 2023-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində xidməti vəzifəsini icra edərkən, «İJ» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsünün həmin nəqliyyat vasitəsinin xairic işıqları nasaz vəziyyətdə idarə etdiyini aşkar etmişdir. Bununla əlaqədar həmin motosikletin sürücüsünə saxla işarəsi verilmiş və qeyd olunan motosiklet saxlatdırılmışdır. Bundan sonra keçirilmiş yoxlama zamanı «İJ» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsünün Şəxs olduğu müəyyən edilmişdir. Şəxs spirtli içkiyə aid qoxu hiss olunduğuna və Şəxs hərəkətləri qeyri-adekvat olduğuna görə Şəxs sərxoşluğu yoxlanılmışdır. Yoxlama zamanı Şəxs motosikleti yüngül dərəcəli sərxoş vəziyyətində idarə etməsi aşkar olunmuşdur. Həmçinin portala baxış zamanı müəyyən edilmişdir ki, Şəxs «İJ» markalı motosikleti nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir və həmin motosiklet qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 334.1 və 339.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş xüsusatları təsdiq edərək göstərdi ki, o, özünə məxsus «İJ» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikleti uzun müddətdir ki, almışdır, lakin maddi vəziyyəti olmadığına görə onu dövlət qeydiyyatından keçirməmişdir və ona dövlət nömrə nişanı almamışdır. 05 mart 2023-cü il tarixdə gecə saatlarında Biləsuvar rayonu ərazisində yerləşən kafelərdən birində yemək yemiş və yeməklə birlikdə bir qədər spirtli içki içmişdir. Növbəti gün, səhər saatlarında o, həmin «İJ» markalı dövlət qeydiyyat nişanı olmayan motosiklet ilə təmir sexindən çıxıb yaşadığı evə gedərkən, Biləsuvar rayonu Xırmandalı kəndinə gedən yolda, yol polis əməkdaşı ona saxla işarəsi vermişdir. Buna görə o, idarə etdiyi motosikleti saxlamış və keçirilmiş yoxlama zamanı onun motosikleti sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 334.1 və 339.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmasını, 2-ci dərəcə əlil olduğunu və himayəsində 1 uşağı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 334.1 və 339.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 329.3, 334.1 və 339.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 334.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarlarının” 3.1.2-ci maddəsinə görə xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – orqanizmin funksiyalarının 61-80 faiz həddində pozulması müəyyən edilir. Buna görə də işin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 334.1 və 339.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə Şəxs barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar