Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-389/2023 09.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar Rayon Polis X5 Polis Bölməsinin inzibati təcrübə üzrə baş inspektrou X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iş üzrə Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1991-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, heç yerdə işləməyən, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 30 dekabr 2022-ci il tarixdə saat 12 radələrində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və həmin nəqliyyat vasitəsinin sahibi avtomobildə olmadığı halda etibarnaməsi olmadan idarə etdiyi “VAZ 21214” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Aşağlı Cürəli kəndində, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısından keçən küçədə, yolun sağ ehtiyat hissəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq, zərərçəkmişə “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bud-çanaq oynağının və bel nahiyyəsinin yumşaq toxumalarının əziyi, başın təpə nahiyyəsinin dərialtı oynağının və bel nahiyyəsinin yumşaq toxumalarının əziyi, başın təpə nahiyyəsinin hematoması və əzilmiş yarası ilə nəticələnmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül bədən xəsarəti yetirmişdir. Buna görə də Biləsuvar Rayon Polis X5 Polis Bölməsinin inzibati təcrübə üzrə baş inspektrou X3 tərəfindən 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəasi ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Biləsuvar Rayon Polis X5 Polis Bölməsinin inzibati təcrübə üzrə baş inspektrou X3 məhkəmə iclasında bildirdi ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə saat 12 radələrində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və həmin nəqliyyat vasitəsinin sahibi avtomobildə olmadığı halda etibarnaməsi olmadan idarə etdiyi “VAZ 21214” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Aşağlı Cürəli kəndində, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısından keçən küçədə, yolun sağ ehtiyat hissəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq, zərərçəkmişə “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bud-çanaq oynağının və bel nahiyyəsinin yumşaq toxumalarının əziyi, başın təpə nahiyyəsinin dərialtı oynağının və bel nahiyyəsinin yumşaq toxumalarının əziyi, başın təpə nahiyyəsinin hematoması və əzilmiş yarası ilə nəticələnmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül bədən xəsarəti yetirmişdir. Həmin xüsusatla bağlı Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılmış və Şəxs barəsində cinayət işinin başlanması rədd edilərək, inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Biləsuvar Rayon Polis X5 Polis Bölməsinə göndərilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol göstərilən xüsusatları etiraf edərək və inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayır və 30 dekabr 2022-ci il tarixdə saat 12 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “VAZ 21214” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Aşağlı Cürəli kənd icra nümayəndəliyinin qarşısında yolun sağ ehtiyat hissəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncu yüngül xəsarətlər almışdır. O, zərərçəkmiş şəxsə hadisə yerində ilki tibbi yardım göstərdikdən sonra Biləsuvar rayon Mərkəzi xəstəxanasına gətirmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış və həmin şəxsə vurulmuş maddi zərəri tam ödəmişdır. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirləri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərtib edilmiş inzibati xəta haqqında protokol göstərilən xüsusatları təsdiq etdi və izahatında göstərdi ki, 30 dekabr 2022-ci il tarixdə saat 12 radələrində sonradan tanıdığı Şəxs darə etdiyi “VAZ 21214” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Aşağlı Cürəli kənd icra nümayəndəliyinin qarşısında yolun sağ ehtiyat hissəsidə hərəkətdə olan zaman onu avtomobilin güzgüsü ilə vurmuş, nəticədə o, yüngül xəsarətlər almışdır. O, hazırda tam sağalmışdır və özünü yaxşı hiss edir. Şəxs ona vurulmuş maddi zərəri tam ödəyərək, onunla barışmışdır. Buna görə də onun Şəxs hec bir şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İşdə olan Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi X2 23 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqındakı qərarından görünür ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə saat 12 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “VAZ 21214” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Aşağlı Cürəli kənd icra nümayəndəliyinin qarşısında yolun sağ ehtiyat hissəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs Ələknbər qızını vurmuşdur, nəticədə sonuncu “QKBT. Baş beyin silkələnməsi, sağ bud-çanaq oynağının və bel nahiyyəsinin yumşaq toxyumalarının əziyi, başın təpə nahiyyəsinin dərialtı oynağının və bel nahiyyəsinin yumşaq toxumalarının əziyi, başın təpə nahiyyəsinin hematoması və əzilmiş yarası” ilə nəticələnmiş sağlamlığımım qısa müddətə pozulmasına səbəb olmuş yüngül xəsarət almışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin 07 fevral 2023-cü il tarixli 50 saylı rəyindəın görünür ki, Zərərçəkmiş şəxs “QKBT. Baş beyin silkələnməsi, sağ bud-çanaq oynağının və bel nahiyyəsinin yumşaq toxyumalarının əziyi, başın təpə nahiyyəsinin dərialtı oynağının və bel nahiyyəsinin yumşaq toxumalarının əziyi, başın təpə nahiyyəsinin hematoması və əzilmiş yarası” bərk küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir,avtoqəza nəticəsində törənə bilərdi, əmələ gəlmə müddəti qərarada qeyd olunan 30 dekabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını, himayəsində 2 uşağın olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə N.E.Əlizadənin Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 0, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilininb 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-389/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-389/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver