Məhkəmə qərarları › İş №3(022)-40/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-40/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-40/2025 22.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xətalar haqqında protokollar və onlara əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokollar və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar,o cümlədən Azərbaycan Respublikası İXM-in 53-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-ci maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində tərtib olunmuş inzibati xətalar haqqında materiallara baxılması üçün icraata qəbul edilsin. Bu inzibati xətalar haqqında işlər Biləsuvar Rayon Məhkəməsinin hakiminin icraatında olan Şəxs barəsində 3(022)-39/2025 saylı işlə birlikdə və eyni vaxtda baxılması üçün həmin işlə bir icraatda birləşdirilsin. İşlərin baxılması 22 yanvar 2025-ci il tarixə, saat 10:50-da Biləsuvar Rayon Məhkəməsinin binasında təyin edilsin İnzibati xəta haqqında iş üzrə icraatın i ştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsin. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar