Məhkəmə qərarları › İş №3(022)-400/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-400/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-400/2024 21.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin X1 sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1958-ci il tarixdə Biləsuvar rayonu, Ovçubərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, təqaüdçü, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon polis şöbəsinin X1 sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, 30 aprel 2024-cü il tarixdə, saat 13:00da radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Biləsuvar rayon polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş və həmin şöbənin normal fəaliyyətini pozmuşdur. Həmin inzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Biləsuvar rayon Məhkəməsinin hakiminin 01 may 2024-cü il tarixli, 3(022)-400/2024 saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin X1 sahə rəisi vəzifəsində işləyir. 30 aprel 2024-cü il tarixdə, saat 13:30-da Şəxs Biləsuvar şəhəri, M.ibrahimov küçəsində yerləşən Biləsuvar rayon polis şöbəsinin inzibati binasının qarşısında uca səslə söyüşlər söymüş və nalayiq ifadələr işlətmişdir. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə heç bir məhəl qoymaraq etdiyi qanun pozuntusuna davam etmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsi məcburi surətdə Biləsuvar rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verdikdən sonra, həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 maddəsinin tərkibinin olmasını müəyyən etmiş və buna görə də o, Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək, göstərdi ki, o, 2011-ci ildə Şirvan şəhərində olarkən Rübail adlı həmyerlisi tərəfindən təhdid olunduğuna görə həmin şəxs barəsində 2011-ci ildə Biləsuvar rayon Polis Şöbəsinə və həmin vaxt mövcud olmuş Milli Təhlükəsizlik Nazirliyinin Biləsuvar rayon Şöbəsinin rəisinə şikayətlər ünvanlamışdır. 2018-ci ildə o, Biləsuvar rayonunu tərk etmiş və uzun müddət burada yaşamamışdır. Buna görə də o, iki ay bundan əvvəl Biləsuvar rayon Polis Şöbəsinə müraciət edərək, 2011-ci ildə ona qarşı baş vermiş qanunsuzluq barədə etdiyi şikayətin araşdırılması nəticəsi ona məlumat verilməsini xahiş etsə də, Biləsuvar rayon Polis Şöbəsi onun şikayəti araşdırmamışdır. Buna görə də o, 30 aprel 2024-cü il tarixdə, saat 13 radələrində, onun şikayəti üzrə araşdırmanın aparılmamasına etirazını bildirmək üçün Biləsuvar rayon polis şöbəsinə getmişdir. Lakin onun şikayətinə baxan təhqiqatçı ona şikayətində cinayət tərkibinin əlamətləri olmadığını və bununla bağlı məhkəməyə müraciət etməsini ona izah etmişdir. O isə aldığı cavabdan narazı qalaraq, Biləsuvar rayon polis şöbəsinin inzibati binasını tərk etmişdir. O, həmin binanın qarşısında olduğu zaman özündən çıxaraq, ünvansız nalayiq ifadələr istifadə etməyə başlamışdır. Həmin vaxt bir neçə polis əməkdaşı ona yaxınlaşaraq, onu nizamintizama dəvət etsələr də, o, sakitləşə bilməmişdir. Buna görə də həmin polis əməkdaşları onu məcburi qaydada tutaraq, Biləsuvar rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. O, həbs olunsa belə, şikayəti üzrə ədalətli qərar qəbul edilənə qədər mübarizəsinə davam edəcəkdir. Çünki, onun Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri vardır. Məhz onun xidmətidir ki, Azərbaycan Respublikasının Milli X2 nəşi ermənilərdən alınmış və Ramil Səfərov xarici ölkədən Azərbaycana gətirilmişdir. Lakin məhkəmələrin himayə etdiyi polis əməkdaşları onun şikayətinə əhəmiyyət vermir. O, 31 noyabr 1958-ci ildə doğulmasına və indiyədək olan bütün sənədlərində doğum tarixi kimi 31 noyabr qeyd edilməsinə baxmayaraq, məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənəddə onun doğum tarixi 30 noyabr kimi qeyd edilmişdir. Bu isə polis orqanlarının ona qarşı qanunsuz münasibətinin bariz nümunəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsində post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 30 aprel 2024-cü il tarixdə, saat 13:30-da Şəxs Biləsuvar şəhəri, M.ibrahimov küçəsində yerləşən Biləsuvar rayon polis şöbəsinin inzibati binasının qarşısında uca səslə söyüşlər söymüş və nalayiq ifadələr işlətmişdir. O və həmkarı X4 Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə heç bir məhəl qoymayaraq etdiyi qanun pozuntusuna davam etmişdir. Buna görə də onlar həmin şəxsi məcburi surətdə Biləsuvar rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan stasionar məhkəmə-psixiatrik ekspertizasının 24 may 2024-cü il tarixli, 79 saylı rəyindən görünür ki, Şəxs hal-hazırda «Şizofreniya, Paranoid forma» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar (irsiyyətinin ruhi-əsəb xəstəlikləri ilə ağırlaşması, 2007-2011-ci illərdə nevroloji müalicə qəbul etməsi, antidepressant, sedaliv, sakitləşdirici dəmjan preparatlarını qəbul etməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri'- (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddəi ərzində narahat,həyəcanlı görünməsi, tibb personalına şübhə ilə yanaşması, qidalanmadan imtina edərək onu zəhərləmək istəyənlər olduğunu bildirməsi, arterial təzyiqinin yüksək olmasına baxmayaraq dərman qəbul etməkdən qəti surətdə imtina etməşi, eşitmə, hallusinasiyaların təsiri altında olduğunun müşahidə edilməsi, öz-özünə danışması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən gərgin görünməsi, ətrafa şübhəli nəzərlərlə baxması, bəzi suallara qısa və konkret cavab verdiyi halda, bəzi suallara isə lüzum olmadan detalına varması, xırdaçılıq etməsi, uzun-uzadı danışması, suallara həssas və şübhə ilə yanaşması, emosiyalarında ümumən dəyişkənlik müşahidə edilməsi, söhbət əsnasında əsəbiliyinin özünü büruzə verməsi, ona ittiham olunan cinayət əməli barəsində soruşularkən cəfəng fikirlər söyləməsi, təfokküriində qırıqlıq və paralogiyə büruzə verməsi, müayinə zamanı təqib, zəıərgömıə sayıqlama fikirləri müəyyən edilməsi, yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Şəxs barəsində hazırkı ekpsertizaya hər hansı bir tibbi sənəd, xasiyyətnamə və s. təqdim edilmədiyindən onun əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkdiyini konkret demək mümkün olmur. Lakin qeyd edilməlidir ki, Şəxs öz deməsinə görə 2007-ci ildən 2011-ci ilədək nevrotoq tərəfindən müalicə olunması onda indi müəyyən edilən «Şizofreniya, paranoid forma» psixi xəstəliyinin nevrolik əlamətlərinin - gizli (prodromal- xəstəlikönü) dövrünün, tədricən başladığını güman etmək olar. Həmçinin həmin xəstəliyin nə vaxtdan formalaşdığını, kəskinləşdiyini hazırki iş materiallarına görə təxmin etmək mümkün deyildir. Şəxs 30 aprel 2024-cü il tarixdə «Şizofreniya. paranoid forma» psixi xəstəliyindən əziyyət çəkmişdir. Şəxs əziyyət çəkdiyi «Şizofreniya, paranoid forma» psixi xəstəliyi nəticəsində ona istinad edilən əməli törədərkən onu öz hərəkətlərinə cavab vermək və inzibati xətanı törətdiyi anda onlara rəhbərlik etmək qabiliyyətindən məhrum etmişdir. Şəxs hal-hazırda «Şizofreniya, paranoid forma» psixi xəstəliyi müəyyən edilir. Y.H Həşimov ha!hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Həmin şəxs ona istinad edilən əməli törədərkən öz hərəkələrinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmamışdır. Yəni Şəxs qərarda göstərilən törətdiyi əmələ görə anlaqsız hesab edilir. Şəxs hal-hazırda da öz hərəkələrini ölçüb-biçmək və onları idarə etmək iqtidarında deyil. Həmin şəxsin inzibati xəta törətməyə görə məsuliyyət daşıya bilibbilməməsinin müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aiddir. Şəxs müəyyən edilən «Şizofreniya, paranoid forma» psixi xəstəliyi xroniki xəstəlikdir və hal-hazırda kəskinləşmə mərhələsində olduğundan onu öz hərəkətlərinə cavab verməkdən və onlara rəhbərlik etməkdən məhrum edir. Şəxs hazırkı psixi vəziyyətini nəzərə alaraq onun yaşayış yeri üzrə qeydiyyata götürülməklə ümumi əsaslarla psixiatriya xəstəxanasında stasionar qaydada müalicə olunmasına ehtiyac vardır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə görə isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 15-ci maddəsinə əsasən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən inzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli X5 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 12 yanvar 2023-cü il tarixli Qərarında tutduğu mövqeyə görə isə nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023-cü il tarixli Qərarına əsasən inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi, inzbati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün həmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Qərarında müəyyən etdiyi hüquqi mövqeyinə görə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Beləliklə, hüququn ən ali prinsiplərindən hesab edilən ədalətlilik prinsipinə görə inzibati xəta və ya cinayət əməli olub-olmamasından asılı olamayaraq, hər bir şəxsə (şübhəli şəxs, təqsirləndirilən şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs) fərdi yanaşılmalı v ədalətli məhkəmə araşdırılması təmin edilməlidir. Hər bir inzibati xəta tərkibinin vacib elementlərindən biri də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad edilən əmələ subyektiv münasibətidir. Şəxsin əməlinə subyektiv münsaibəti qəsd və ya ehtiyatsızlıq formasında özünü büruzə verir. Şəxsin öz əməlinə münasibətdə anlaqlı olması inzibati xəta tərkibini yaradan ən əsas şərtlərdən biridir. İş üzrə təyin edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 24 may 2024-cü il tarixli, 79 saylı rəyindən isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda “Şizofreniya, Paranoid forma” psixi xəstəliyindən əziyyət çəkir və həmin şəxstəlik sonuncunu 30 aprel 2024-cü il tarixdə ona istinad edilən əməli törədərkən onu öz hərəkətlərinə cavab vermək və inzibati xətanı törətdiyi anda onlara rəhbərlik etmək qabiliyyətindən məhrum etmişdir. Yəni Şəxs ona istinad edilən inzibati xətaya münasibətdə anlaqsız vəziyyətdə olmuşdur. Belə olan halda, 24 may 2024-cü il tarixli, 79 saylı stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyini əsas tutaraq, hesab edirəm ki, Şəxs törtdiyi əmələ münasibətdə anlaqsız olması baş vermiş hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün tələb olunan 4 əlamətdən birininin – subyektiv cəhətin (təqsirin) mövcud olmamasına səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinin tələbinə görə Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar