Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-404/2025 30.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 26143227saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 26143227 saylı qərarının ləğv edilməsi və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 26143227 saylı inzibati xəta haqqında qərarı əsasında "xxxx" MMC-nin mülkiyyətində olan və “DAF XF105.460 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir.Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə saat 23:49:31-də "xxxx" MMC-nin mülkiyyətində olan və etibarnamə ilə idarə edilən “DAF XF 105.460 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şabran rayonu Mollakamallı kəndindən Bakl istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir.Belə ki, “DAF XF 105.460 Yük" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ”CEŞMƏ" MMC-yə məxsusdur və o, həmin müəssisəsdə sürücü kimi işləyir. Yükün daşınması və çatıdırlmasına cavabdehlik onların "xxxx" MMC -ə daşıyır. Yük avtomobilə yükləyərkən onu serfıkatı olan tərəzidə çəkdirilir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük serfikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki, yük 39650 kq olmuşdur. Avtomobilin maksimum 40000 kq- yük aparılmasına limit vardır. Lakin onun avtomobilində 42830 kq yük olması barədə protokol tərtib edilmişdir. Həmin vaxt paralel istiqamətdə başqa avtomobillər də keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərilməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, X5 barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26143227 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xəta hadisəsəi Şabran rayonunda baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əssasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanları, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, X5 barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26143227 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 şikayəti aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Mərkəzi Məlumat Xidmətinin X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26143227 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. X8
Məhkəmə qərarları › İş №3(022)-404/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-404/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver