Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-405/2023 14.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 X3-patrul xidməti inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1996-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikah münasibətlərində olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri, A.Qasımov küçəsi, 8A saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 27 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan «Mercedes Benz E220» markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunmaqla idarə etmiş, həmin hərəkətləri ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş S.V.Qasımzadə göstərdi ki, o, Biləsuvar Rayon Polis X5 X3 Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. 7 fevral 2023-cü tarixdə, saat 17 radələrində, Şəxs, nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi «Mercedes Benz E220» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin Biləsuvar şəhəri, H.Əliyev küçəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq əl əyləci ilə sərt tormozlarla dönmə əməliyyatını təhlükəli manevrlərlə aparmış və daha sonra avtomobili ziqzaqvari idarə etmiş, daha sonra bu görüntüləri “Tik tok” sosial şəbəkəsində yerləşdirmişdir. Bununla əlaqədar onun tərəfindən aparılmış araşdırma zamanı qeyd edilən avtoxuliqanlıq hadisəsinin Şəxs tərəfindən törədildiyi, həmin şəxsin nəqiliyyat vasitəsini idarə etmək hüququnun olmadığı və qeyd edilən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etdiyi da aşkar edilmiş, bununla əlaqədar Biləsuvar Rayon Polis X5 Polis Bölməsinə dəvət edilmişdir. İnzibati araşdırma zamanı əraziyə baxış keçirilmiş və avtomobil təkərinin şin izlərinin asfalt örtükdə qalması müəyyən edilmiş və inzibati xəta üzrə araşdırma ilə digər sübutlar əldə olunmuşdur. Aparılmış inzibati xəta haqqında iş üzrə araşdırma zamanı Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ və «Mercedes Benz E220» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etməklə avtoxuliqanlıq etdiyi, beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələrinin tərkibi olduğu müəyyən edilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar Rayon Məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda S.V.Qasımzadə bildirdi ki, Şəxs əvvəllər dəfələrlə və müxtəlif nəqliyyat vasitələri ilə Biləsuvar şəhərinin müxtəlif yerlərində bu cür avtoxuliqanlıq hadisələri törətməsi barədə Biləsuvar Rayon Polis X5 Polis Bölməsinə çoxsaylı şikayətlər daxil olsa da, müvafiq sübutlar olmadığına görə əvvəllər həmin şəxs barədə inzibati tənbeh tədbirləri görmək mümkün olmamışdır. Bununla belə, Şəxs və həmin şəxsi anası ilə dəfələrlə profilaktik söhbətlər aparılsa da, heç bir nəticə olmamış və Şəxs ictimai qaydanı pozan hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur və «Mercedes Benz E220» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi avtomobili idarə etmək üçün ona etibarnamə verməmişdir. 27 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Vahid adlı tanışı «Mercedes Benz E220» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili avtotəmir sexinə təmir olunması üçün gətirmişdir. O, həmin gün avtomobili götürərək dostları ilə görüşərək yemək yeməyə getmiş və o, dostları ilə görüşüb evə geri qayıdan zaman tələsdiyi üçün Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən dairəvi yolda idarə etdiyi avtomobili yüksən sürətlə idarə etmişdir. Buna görə avtomobilin təkərinin şinləri asfalt örtüyə sürtülüb səs etmiş və həmçinin asfalt örtükdə şin izləri qalmışdır. Onun avtoxuliqanlı hərəkətləri etmək və ictimai qaydanı pozmaq məqsədi olmamışdır. Lakin naməlum şəxslər həmin hadisənin görüntülərini çəkərək, ondan xəbərsiz “Tik tok” sosial şəbəkəsində yerləşdirmişlər. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha qanun pozuntusuna və ictimai qaydanın pozulmasına səbəb olan əməllərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs cavanlığını və törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 511.1.3-cü maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə Şəxs barəsində, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar, inzibati həbsin tətbiq olunması hissəsində, dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-405/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-405/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver