Məhkəmə qərarları › İş №3(022)-406/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-406/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-406/2023 27.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1986-ci il tarixdə Naxçıvan MR, Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Cənub Ərazi Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/023/000787 saylı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Biləsuvar Gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq 30 kiloqram ərzaq olduğunu bəyan edərək başqa gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra onun əl yükü sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən ona məxsus iki ədəd qara sellofan torbanın içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması olduğunun müşahidə monitorunda əks olunmuşdur.Bundan sonra Şəxs ilə sadələşdirilmiş bəyyannamənin bəndlərinə uyğun olaraq şifahi formada sorğu-sual aparılmışdır.Ona əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmaması barədə sual verilmiş, o, isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir.Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və nəticədə Şəxs əl yüklərinə daxil olan iki ədəd qara sellofan torbanın işərisində olan xiyar yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 90 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Cənub Ərazi Baş Gömrük İdarəsinin 07 mart 2023-cü il tarixli № 12000-01270/23 saylı EP № ******* inzibati xəta haqqında Protokola əsasən xx.xx.2023-cü il tarixdə Biləsuvar Gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq 30 kiloqram ərzaq olduğunu bəyan edərək başqa gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra onun əl yükü sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən ona məxsus iki ədəd qara sellofan torbanın içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması olduğunun müşahidə monitorunda əks olunmuşdur.Bundan sonra Şəxs ilə sadələşdirilmiş bəyyannamənin bəndlərinə uyğun olaraq şifahi formada sorğu-sual aparılmışdır.Ona əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmaması barədə sual verilmiş, o, isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir.Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və nəticədə Şəxs əl yüklərinə daxil olan iki ədəd qara sellofan torbanın işərisində olan xiyar yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 90 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür.Qeyd olunan faktla bağlı Şəxs barəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X2 tərəfindən 07 mart 2023-cü il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 06 mart 2023-cü il tarixli 12000-01270/23 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 90 qutu, aksiz markası olmayan “Kent Nanotek 2” markalı, ştrix koduna görə (nazik) (ilk üç rəqəmi 594) Rumuniya istehsalı olan filtrli siqaretlərin xx.xx.2023-cü il tarixə 1 (bir) qutunun orta bazar qiyməti təxminən 3,50 manat, 90 qutunun qiyməti isə 315,00 manat müəyyən edilmişdir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş üzərində “Kent Nanotek 2” markalı 90 (doxsan) qutu siqaret müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar