Məhkəmə qərarları › İş №3(022)-406/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-406/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-406/2025 29.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X8 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 29 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 03 aprel 2025-ci il tarixdə, Nuriyev X10 şəhəri, H.Əliyev küçəsində yerləşən Peşə litseyinin inzibati binasında Zərərçəkmiş şəxs və X2 döyərək onlara xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X14 göstərdi ki, 03 aprel 2025-ci il tarixdə, Nuriyev X10 şəhəri, H.Əliyev küçəsində yerləşən Peşə litseyinin inzibati binasında Zərərçəkmiş şəxs və X2 döyərək ona xəsarət yetirmişdir. Bununla bağlı Biləsuvar Rayon Polis X5 təhqiqat şöbəsində araşdırma aparılmış və cinayət işinin rədd edilməsinə dair 23 aprel 2025-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Biləsuvar Peşə litseyində müəllim kimi, həm də təsərrüfat işləri üzrə direktor müavini olaraq çalışır. 03 aprel 2025-ci il tarixdə, inzibati binanın 2-ci mərtəbəsinə qalxıb anbardan yuyucu vasitələri götürmək istəyərkən Yeganə onun üstünə cumaraq ona xəsarətlər yetirmişdir. Sonda Şəxs Zərərçəkmiş şəxs ilə barışmağa hazır olduğunu bildirərək, İİ Qarabağ müharibəsində iştirak etdiyi zaman qəlpə yarası aldığını nəzərə alaraq, barədsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o günahsız olmuş, qarşı tərəfə heç bir xəsarət yetirməmiş, qolu sındığı üçün özünü müdafiə etmişdir, Şəxs ilə barışmaq istəmir. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs, X4 izahatında bildirdi ki, səhər saatlarında yuxudan oyandığı zaman səs-küy eşitmişdir. Binanın dəhlizinə çıxan zaman tanımadığı bir şəxsin anasını döydüyünü görmüş, bu vaxt anasına kömək etmək məqsədi ilə yaxınlaşdıqda Şəxs onu da döymüşdür. Sonda R.F.Abdullayeva Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində ifadə verən X12 izahatında bildirdi ki, işə getdiyi zaman inzibati binanın 2-ci mərtəbəsinə qalxmışdır ki, oradan bəzi əşyaları götürsün. Bu zaman Zərərçəkmiş şəxs ilə Şəxs mübahisə etdiyini görmüşdür. Orada olan digər şəxs onları aralamış, daha sonra isə aşağı düşmüşlər. Şahid qismində ifadə verən X6 izahatında bildirdi ki, səs-küy olduğunu eşitdiyi zaman yuxarı mərtəbəyə qalxmış orada Zərərçəkmiş şəxs F.S.Məmmədov və Şəxs mübahisə etdiyini görmüşdür. Ancaq mübahisənin mahiyyətini bilməmiş, Nicatı oradan uzaqlaşdıraraq aşağı düşürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, qəbul edilmiş qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından, barəsində qeyd edilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə rayon polis şöbəsinə göndərilmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 29 aprel 2025 il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” 21 aprel 2025 il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 03 aprel 2025-ci il tarixdə, Nuriyev X10 şəhəri, H.Əliyev küçəsində yerləşən Peşə litseyinin inzibati binasında Zərərçəkmiş şəxs və X2 döyərək ona bədən xəsarəti yetirdiyi üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 Cəlilabad rayon şöbəsinin 08 aprel 2023-cü il tarixli, 110 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs başın ənsə-təpə nahiyəsində, burun, sağ yanaq, üst dodaq və alt çənə nahiyəsində əzilmiş səthi yaralar, boyunun sağ yan səthində və sağ said nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 03 aprel 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X17 Cəlilabad rayon şöbəsinin 08 aprel 2023-cü il tarixli, 111 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X1 üst dodaq nahiyəsində əzilmiş səthi yaralar, sol çənə nahiyəsində şişkinlik və sağ əlin arxa səthində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 03 aprel 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. X3 aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar