Məhkəmə qərarları › İş №3(022)-411/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-411/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-411/2024 07.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X9, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1965-ci ildə Biləsuvar rayonu Dəvrişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətmiş, Biləsuvar rayonu Dəvrişli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbinin dəhlizində Lalə İbrahimova ilə mübahisə edərək, sonuncunu təhqir etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı göstərmişdir ki, 2017-ci ildə Biləsuvar rayonu İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə öz ərizəsinə əsasən məktəbin direktoru vəzifəsindən azad edilmişdir.Həmin vaxtdan məktəbin fiziki tərbiyə müəllimi işləyir. O, 2023-cü ilin sentyabr ayında dərs saatlarının bölgüsü vaxtı Lalə İbrahimova ilə məktəbin tədris üzrə direktor müavini İlhamə Əsədova arasında narazılıq yarandığı üçün onların hər ikisinə bır kollektivdə işlədiklərini və razılığa gəlmələrini bildirmişdir. Sonradan dərs saatlarında bölgü aparıldığdan sonra münasibətləri düzəlmişdir. Son vaxtlar Lalə İbarhimovanın onun barəsində müxtəlif orqanalara müraciətinə görə aralarında soyuqluq yaranmışdır. 10 fevral 2024-cü il tarixdə məktəbin tədris üzrə direktor müavini İlhamə Əsədova ilə rus dili müəlliməsi Lalə İbrahimova arasında dərsə vaxtında girməməsi üstündə məktəbin dəhlizində sözlə mübahisə yaranmışdır. O, yaşca onlardan böyük olduğuna görə hər iki müəlliməyə irad bildirərək öz dərs otaqlarına keçmələrini demişdir.Bundan sonra hər iki müəllimə öz sinif otaqlarına getmişlər.O, Lalə İbrahimovanı təhqir etmədiyini, onun barəsində müraciətdə göstərilənlərin yalan və böhtan olmasını qeyd etmişdir. Zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, 22 ildir ki, Biləsuvar rayonu İ.İsmayılov adına Ovçubərə adına tam orta məktəbində rus dili müəlliməsi işləyir. İşlədiyi məktəbədə öz əxlaqsızlıq hərəkətlərinə görə məktəbin direktoru vəzifəsindən çıxarılan Şəxs və hazırda tədris üzrə direktor müavini vəzifəsində işləyən İlhamə Əsədova dəfələrlə onu təhqir etmişlər.O, Şəxs və İlhamə Əsədovanın onu təhqir etməsi üstündə Biləsuvar təhsil idarəsinə və Şirvan-Salyan regional tədris idarəsinə müraciət etmişdir.Lakin onun müraciətlərinin heç birinə baxılmayaraq Şəxs və İlhamə Əsədovanın ona qarşı etdikləri təhqirlər davam etmişdir.O, 10 fevral 2024-cü il tarixdə işlədiyi İsmayılov adına tam orta məktəbində tənəffüs vaxtı olan zaman məktəbin dəhlizində Şəxs onu nəlayiq ifadələrlə təhqir etməyə başlamışdır.O, Şəxs danışığına fikir verməsini və məktəbin nizam intizam qaydalarına riyaət etməsini deyəndə Əhəd Şərəbtovla yaxın münasibətləri olan İlhamə Əsədova da onu təhqir etməyə başlamışdır.Həmin vaxt məktəbin direktor əvəzi işləyən Üzeyir Eyvazov, coğrafiya müəllimi Namiq Qəhrəmanov, Aytən Rəhmanova, Rasim Nəzərov və Mənsurə Şahverənova orada olmuşlar. O, təhqir olunaması ilə bağlı məktəbin direktor əvəz işləyən Üzeyir Eyvazovdan tədbir görməsini bildirsə də, X23 Şərbətov və İlhamə Əsədova haqqında tədbir görməkdən ehtiyat etmişdir. Beəl ki, İlhamə Əsədova dəfələrlə özünə xəsarət yetirib məktəbin kollektivini qorxutmuşdur.O, heç kim tərəfindən ona qarşı olunan haqsızlığa görə tədbir görülmədiyindən Daxili İşlər Nazirliyənə müraciət etmişdir. 8 fevral 2024-cü il tarixdə Şəxs məktəbdə tarix müəlliməsi Mənsurə Şahverənovanı təhqir etdiyinə görə barəsində tədbir görülmüşdür. O, Əhəd Şərəbətovun İ.İsmayılov adına Ovçubərə tam orta məktəbinin direktoru işləyən zaman direktor müavini işləyən İlhamə Əsədova ilə olan münasibətləri üstündə 2022-ci ildə müqaviləsinə xitam verilmiş, həmin vaxtdan İlhamə rus dili müəlliməsi işlədiyinə görə Şəxs və ilhamə Əsədova hazırda direktor əvəzi işləyən Üzeyir Eyvazova onun dərs saatlarının ilhamə Əsədovaya verilməsinə məcbur edilməsini göstərmişdir.O, həmçinin Şəxs onun dərs cədvəlinə və dərs bölgüsünə müdaxilə etdiyinə görə Şəxs ona qarşı haqsızlıq etməməsini bildirdikdə həmin vaxt Şəxs onu təhdid və təhqir etməyə başlamışdır. X2 izahat verərək bildirmişdir ki, 24 ildir Biləsuvar rayonu İ.İsmayılov adına Ovçubərə adına tam orta məktəbində coğrafiya müəllimi işləyir, işlədiyi məktəbədə öz əxlaqsızlıq hərəkətlərinə görə məktəbin direktoru vəzifəsindən çıxarılan Şəxs dəfələrlə məktəbin müxətlif müəllimləri ilə ilə aralarında narazılıqlar yaranmışdır. 10 fevral 2024-cü il tarixdə işlədiyi İ.İsmayılov adına tam orta məktəbində tənəffüs vaxtı olan zaman məktəbin dəhlizində Şəxs məktəbin rus dili müəlliməsi Lalə İbrahimovanı nəlayiq ifadələrlə təhqir etməyə başlamışdır. Həmin vaxt X21 Şərbətova danışığına fikir verməsini və məktəbin nizam intizam qaydalarına riayət etməsini deyəndə Şəxsla yaxın münasibətləri olan X18 İbrahimovanın üzərinə yüksək səslə qışqırmağa başlamışdır.Həmin vaxt məktəbin direktor əvəzi işləyən Üzeyir Eyvazov, coğrafiya müəllimi Rasim Nəzərov, Aytən Rəhmənova, Mənsurə Şahverənova həmin hadisəni görmüşlər. X1 və X14 izahatlarınnda bir daha X6 izahatını təsdiq etdilər. X7 izahat verərək bildirmişdir ki, 33 ildir Biləsuvar rayonu İ.İsmayılov adına Ovçubərə adına tam orta məktəbində rus dili müəlliməsi işləyir. 2016-cı ildən məktəbin tədris üzrə direktor müavini vəzifəsində işləyir.Barəsində edilən şikayətlə tanış olmuşdur. X4 tanıyır, onunla birlikdə İ.İsmayılov adına məktəbdə işləyir. Əvvəllər münasibətiləri normal olmuşdur. Sonradan tədris ilinin başlanğıcında dərs saatının bölgüsü ilə bağlı aralarında narazılıq olmuşdur. 10 fevral 2024-cü il tarixdə dərs saatı başlasa da Lalə İbrahimova sinif otağına getməyib dəhlizdə texniki işçilərlə söhbət eldiyini görüb ona irad bildirərək sinif otağına getməyini demişdir. Bundan sonra Lalə İbrahimova onun ilə sözsöhbət salmaq istəmişdir.Həmin vaxt məktəbin fiziki-tərbıyə müəllimi Şəxs onlara yaxınlaşaraq hər ikisinə sakit olmalarını və öz dərs otaqlarına getməyi bildirmişdir. O, bundan sonra Lalə müəllimə ilə birlikdə öz sinif otaqlarına getmişdir. Həmin vaxt X19 ibrahimovaya heç bir təhqiramiz söz demədiyini, Şəxs barəsində deyilənlərin yalan və böhtan olduğunu bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmişi və şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar