Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-411/2025 01.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, İİİ dərəcəli əlil, evli, himayəsində 3 uşağı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(007)- 2412/2024 saylı icra sənədinə əsasən Şəxs 05 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 04 iyul 2024-cü il tarixdən hesablanmaqla, hər ay 235 manat manat sabit pul məbləğində aliment tutulub, Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 01 may 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(007)-2412/2024 saylı qətnaməsi ilə borclu Şəxs tələbkarın xeyrinə 1 uşağa görə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədinə əsasən onun tərəfindən 24 dekabr 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Eyni zamanda borclu Şəxs əlilliyinə görə hər ay 150 manat məbləğində pensiya alması müəyyən edildiyinə görə icra sənədi üzrə tutma həmin pensiyaya yönəldilmişdir və hər ay Şəxs pensiyasından 105 manat tutularaq, tələbkara ödənilir. Eyni zamanda borclu Şəxs aliment borcunun qalan hissəsini ödəmək təklif edilmiş, lakin borclu psixi xəstəliyi ilə əlaqədar heç yerdə işləmədiyini əsas tutaraq, icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, müəyyən edilmişdir ki, Şəxs və icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs arasında əvvəllər də Biləsuvar rayon İcra və probasiya şöbəsinin icraatında alimentə dair icra sənədi olmuş, Zərərçəkmiş şəxs həmin icra sənədi üzrə tələbindan imtina etdiyinə və həmin imtina məhkəmə tərəfindən təsdiq olunduğuna görə icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin 2024-cü ildə Zərərçəkmiş şəxs yenidən məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə borclu Şəxs tələbkarın xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasına dair icra sənədi təkrarən yenidən icraya yönəldilmişdir. Borclu verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam şəkildə ödəməyə imkanı olmadığını və əlilliyi ilə əlaqədar iş tapa bilmədiyini, buna görə də aliment biorcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə tələbkara ödənilməmiş 2.155 manat məbləğində aliment borcu vardır. Hazırda Şəxs aliment borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, E.F.Nəsirov borclu Şəxs barəsində qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, 2005-ci ildə həqiqi hərbi xidmətdə olarkən onda psixi xəstəlik müəyyən edilmiş, o əvvəllcə mərhum psixiatr Ağabəy Sultanovun klinikasında, daha sonra isə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Bundan sonra o, həqiqi hərbi xidmətdən tərxis olunmuş və müalicəsinə Salyan psixatriya xəstəxanasında davam etmişdir. Onunla keçmiş arvadı Zərərçəkmiş şəxs arasında məhz Zərərçəkmiş şəxs təqsirina görə pozulmuşdur. Bundan sonra o, təkrarən nikaha daxil olmuşdur və həmin nikahdan da 2 uşağı vardır. Lakin o, psixi xəstəliyi ilə əlaqədar heç yerdə işləyə bilmədiyinə görə ailəsini arvadı pambıq sahələrində işləməklə saxlayır. Belə ki, o, müxtəlif psixi qüsurlardan və epilepsiya xəstəliyindən əziyyət çəkdiyinə görə tez-tez özündən gedir və buna görə də heç bir müəssisə onu işə götürmək istəmir. O, müxtəlif dərmanlar qəbul etdiyinə görə onun günəş altından işləməsi qadağandır. O, hazırda mütəmadi olaraq Biləsuvar rayon mərkəzi xəstəxanasından psixi müalicə üçün pulsuz dərmanlar alsa da, onun müalicəsi üçün tələb olunan və dəyəri 20 manat təşkil edən bir dərmanı o, öz vəsaiti hesabına alır. Buna görə də 3-cü dərəcə əlilliyinə görə hər ay aldığı pensiyanın cəmi 20 manatını həmin dərmana xərcləməsi üçün onun özünə verilməsi şərti ilə, pensiyanın qalan hissəsinin tam şəkildə aliment borcuna yönəldilməsinə razıdır. Sonda, Şəxs heç yerdə işləyə bilmədiyini, heç bir qazancının olmadığını və buna görə də həbsdə saxlanılma yerində onun müvafiq müalicəsinin təmin ediləcəyi təqdirdə barəsində inzibati həbs tədbirinin tətbiq olunmasına etiraz etmədiyini bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(007)-2412/2024 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 24 dekabr2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. 3-cü qrup əlil olmasını və himayəsində 3 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin əlillik haqqında portalından çıxarışdan görünür ki, Şəxs baş beynin travması, disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, mərkəzi sinir sisteminin üzvi xəstəliyi (travmatik mənşəli – dəfələrlə) nəticəsində üzvi şəxsiyyət və davranış pozuntusu, uzun müddətli təzahür edən psixotik hallar, qıcolma tutmaları, yaddaş və intelektin enməsi növündə xəstəliklərdən əziyyət çəkdiyinə görə ona İİİ dərəcə əlillik təyin edilmişdir və həmin şəxs zehni güc tələb etməyən yüngül işlərdə işləyə bilər. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə həmin Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarlarının” 3.1 və 3.1.1-ci bəndlərinə görə Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz. İşin hallarını və Şəxs şəxsiyyətini, İİİ dərəcəli əlil olmasını və Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsini tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati həbs tətbiq oluna bilməz və həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Şəxs
Məhkəmə qərarları › İş №3(022)-411/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-411/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver