Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-412/2025 16.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə İran İslam Respublikasının Biləsuvar rayonunda anadan olmuş, (pasport № M********), İran İslam Respublikasının Biləsuvar rayonu, Müəllim prospekti, Şəhid Hüseynzadə küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 16 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşı X1 idarə etdiyi “HOWO” markalı 85AB827/85AB828 qeydiyyat nişanlı yük avtomobilinə 17 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Biləsuvar Gömrük İdarəsində gömrük baxışı keçirilən zaman avtomobilin 85AB828 qeydiyyat nişanlı yarımqoşqusunun ön hissəsində yerləşən yəhərin üstündəki taxta döşəmənin altındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş 48 ədəd qutu “Microrelin 3.75 mg” və 18 ədəd qutu “Rifampin- Hakim” göstəricili dərman preparatlarının aşkar edilərək götürülməsi faktı əsasında Biləsuvar Gömrük İdarəsində materiallar toplanılmış və 18 sentyabr 2024-cü il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Həmin faktla bağlı toplanılmış materiallar aidiyyəti üzrə araşdırılması məqsədi ilə Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinə göndərilmiş, 25 dekabr 2024-cü il tarixdə material üzrə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Rauf Əhmədzadə tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və İran İslam Respublikasının vətəndaşı X1 əməlində AR İXM-nin 480-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati icraat açılması və inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Biləsuvar Gömrük İdarəsinə göndərilmişdir. Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X3 22 aprel 2025-ci il tarixli 01200-00090/25 EP № ******* saylı inzibati xəta haqqında protokoluna əsasən, 16 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşı X1 idarə etdiyi “HQWO” markalı 85AB827/85AB828 qeydiyyat nişanlı yük avtomobilinə 17 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Biləsuvar Gömrük İdarəsində gömrük baxışı keçirilən zaman avtomobilin ** AB *** qeydiyyat nişanlı yarımqoşqusunun ön hissəsində yerləşən yəhərin üstündəki taxta döşəmənin altındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş 48 ədəd qutu “Microrelin 3.75 mg” və 18 ədəd qutu “Rifampin- Hakim” qöstəricili dərman preparatlarının aşkar edilərək götürülməsi faktı əsasında Biləsuvar Gömrük İdarəsində materiallar toplanılmış və 18 sentyabr 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintag Baş İdarəsinə göndərilmişdir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində material üzrə İran İslam Respublikasının vətəndaşı X4 barəsində Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri müəyyən edildiyindən materialdan zəruri sənədlərin surəti hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə aidiyyəti üzrə daxili işlər (polis) orqanlarına göndərilmişdir. Həmin material Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinə göndərilmiş, 25 dekabr 2024-cü il tarixdə material üzrə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Rauf Əhmədzadə tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və İran İslam Respublikasının vətəndaşı X1 əməlində AR İXM-nin 480-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati icraat açılması və inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 07 yanvar 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinə daxil olmuşdur.İran İslam Respublikasının vətəndaşı X4 barəsində daxil olmuş material icraata götürülərək şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə 01200-00090/25 saylı iş üzrə icraat başlanmışdır. Faktla bağlı 07 yanvar 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində müvafiq araşdırma başlanılmış və Şəxs barəsində 22 aprel 2025-ci il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxsın hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin 14 noyabr 2024-cü tarixli ekspert rəyində malların 17 sentyabr 2024-cü il tarixinə orta bazar dəyəri müəyyən edilərək aşağıdakı cədvəldə göstərilmişdir. Malın adı: 1. Microrelin S.R 3.75 mg, miqdarı 48, 1 ölçü vahidinin orta bazar qiyməti 87,5, cəmi 4200, Rifampin-Hakim 300, miqdarı 18, 1 ölçü vahidinin orta bazar qiyməti 4,1, cəmi 73,8, ümumilikdə 4273,8 manat müəyyən edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxsndan götürülmüş 48 qutu “Microrelin S.R 3.75 mg və 18 qutu “Rifampin-Hakim 300" göstərıcili dərman preparatları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-412/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-412/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver