Məhkəmə qərarları › İş №3(022)-413/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-413/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-413/2025 16.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının vətəndaşı Şəxs 16 mart 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələrkən gömrük nəzarət zonasına daxil olaraq ona məxsus olan 30 kq ərzaq, 200 ədəd siqaret, 2 ədəd adyal və 1 ədəd kilim bəyan etmiş və bundan əlavə əl yüklərində gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən 4 ədəd qara rəngli sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən Şəxs məxsus əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı Şəxs məxsus 4 ədəd qara rəngli selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin altından gömrük nəzarətindən gizlədilmiş 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər aşkar edilmişdir. Buna görə də Şəxs barəsində 22 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Malların yoxlanılması haqqında” 16 mart 2025-ci il tarixli protokoldan görünür ki, 16 mart 2025-ci il tarixdə, Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq ona məxsus olan 30 kq ərzaq, 200 ədəd siqaret, 2 ədəd adyal və 1 ədəd kilim bəyan etmiş və bundan əlavə əl yüklərində gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən 4 ədəd qara rəngli sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən Şəxs məxsus əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı Şəxs məxsus 4 ədəd qara rəngli selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin altından gömrük nəzarətindən gizlədilmiş 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər aşkar edilmişdir. Şəxs əl yüklərinin yoxlanılması zamanı aşkar olunan 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər siqaretlər aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 aprel 2025-ci il tarixli, 07 (B) nömrəli rəyindən gorünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan “MARLBORO FİLTER PLUS ONE” markalı İsveçrə istehsalı olan filtrli siqaretlər 10 qutusunun qiyməti 7x10=70 manat, aksiz markası olmayan olmayan “PARLİAMENT SUPER SLİMS” markalı İsveçrə istehsalı olan filtrli siqaretlər, 60 qutusunun qiyməti 7x60=420 manat istifadəyə yararlıdırlar və həmin tütün məmulatlarının 21 aprel 2025-ci il tarixə olan orta bazar qiyməti, ümumilikdə 490 manatdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 02 aprel 2025-ci il tarixli, 7/469 nömrəli rəyindən gorünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan “MARLBORO FİLTER PLUS ONE” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaret, aksiz markası olmayan olmayan “PARLİAMENT SUPER SLİMS” markalı, ştirix koduna görə (ilk üç rəqəmi rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaretləRdir və həmin tütün məmulatlarının tərkibi standart tələblərə uyğundur. “İnzibati xəta haqqında” 22 aprel 2025-ci il tarixli 01200-00184/25 nömrəli protokoldan görünür ki, 16 mart 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində Şəxs məxsus 4 ədəd qara rəngli selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin altından gömrük nəzarətindən gizlədilmiş 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər aşkar edilmişdir.. Bununla da Şəxsnun barəsində 22 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 30 aprel 2025-ci il tarixli 01200/00263 nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində tərtib olunmuş “İnzibati xəta haqqında” 22 aprel 2025-ci il tarixli 01200-00184/25 nömrəli protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Ç.A.Məmmədovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Ç.A.Məmmədovun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən iş üzrə Ç.A.Məmmədovun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə Ç.A.Məmmədovun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Ç.A.Məmmədovun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs hüquqpozma predmeti kimi götürülmüş, araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 55 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 09 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər Şəxs geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 490 (dörd yüz doxsan) manat malların dəyərinin 40 (qırx) faizi miqdarında – 196 (yüz doxsan altı) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs hüquqpozma predmeti kimi götürülmüş, araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 55 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 09 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər Şəxs geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar