Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-414/2025 16.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 16 mart 2025-ci il Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs (pasport №-si C00703367 verilmə tarixi xx.xx.2025-ci il DİN) gömrük nəzarət zonasına daxil olaraq ona məxsus olan 30 kq ərzaq, 200 ədəd siqaret, 2 ədəd adyal və 1 ədəd kilim bəyan etmiş və bundan əlavə əl yüklərində gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən 4 ədəd qara rəngli sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən Şəxs məxsus əl yükləri yoxlanılmışdır.Yoxlama zamanı Şəxs məxsus 4 ədəd qara rəngli selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin altından gömrük nəzarətindən gizlədilmiş 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər aşkar edilmişdir.Şəxs əl yüklərinin yoxlanılması zamanı aşkar olunan 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər AR Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmışdır. Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X5 24 aprel 2025-ci il tarixli 01200-00183/25 EP № ******* saylı inzibati xəta haqqında protokoluna əsasən, xx.xx.2024-cü il tarixli raporta əsasən, 16 mart 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı X6 (pasport №-si C00703367 verilmə tarixi 20,02,2025-ci il DİN) gömrük nəzarət zonasına daxil olaraq ona məxsus olan 30 kq ərzaq, 200 ədəd siqaret, 2 ədəd adyal və 1 ədəd kilim bəyan etmiş və bundan əlavə əl yüklərində gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən 4 ədəd qara rəngli sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən X3 məxsus əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı X3 məxsus 4 ədəd qara rəngli selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin altından gömrük nəzarətindən gizlədilmiş 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər aşkar edilmişdir. X2 əl yüklərinin yoxlanılması zamanı aşkar olunan 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər AR Gömrük Məcəlləsinin 99.3cü naddəsinə əsasən götürülərək qablaşdırılmışdır. Qeyd olunan faktla bağlı xx.xx.2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində Azərbaycan Respublikası vətəndaşı X6 barəsində İXM-nın 480-ci maddəsi ilə 01200-00183/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-7/471/2025 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlərin tərkibi standart tələblərinə uyğundur. Azərbaycan Respublikası Ticarət və X1 Birliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 8 (B) nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 60 qutu “PARLİAMENT SUPER SLİMS” markalı, 10 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlərin xx.xx.2025-ci il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 490 manatdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 55 qutu “PARLİAMENT SUPER SLİMS 100 s” markalı, 09 qutu “MARLBORO FİLTER PLUS ONE” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-414/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-414/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver