Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-415/2024 20.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X10 oğlunun katibliyi, iş üzrə zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1975-ci ildə Biləsuvar rayonu Əmənkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Əmənkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 21 mart 2024-cü il tarixdə özünə məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobillə Biləsuvar rayon Ağalıkənd kəndi istiqamətində hərəkətdə olan zaman qarşısına qəfildən iribuynuzlu heyvanın çıxması nəticəsində manevr etmə qaydalarını pozaraq, idarəetməni itirib yolun kənarındakı su kanalına düşmüş, Şəxs “sağ qaşüstü nahiyyədə əzilmiş yara və sağ göz altınahiyyədə əzilmiş səhti yara” ilə və Ülvi Kiçikəliyev isə “sağ gözyuvası ətrafı-yanaq nahiyyəsində hematoma, sağ göz almasına yayılmış qansızma sağ çənə nahiyəsində və sol gözyuvası ətrafında qançırla” nəticələnən sağlamlığa qısa müddətli pozulmasına səbəb olunan yüngül xəsarətlər almışdır. Buna görə də Biləsuvar rayon X9 X13 inzibati təcrübə üzrə baş inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, özünə məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı Vaz 2106 markalı avtomobili vardır. 21 mart 2024-cü il tarixdə yaşadıqları kənd ərazisində yerləşən mağazaya özünə məxsus avtomobillə azyaşlı oğlu Ülvi Kiçikəliyevlə getmişdir.Onlar mağazadan yaşadıqları evə qayıdan zaman asfalt yolla hərəkətdə oduqları vaxt yolun hərəkət hissəsinə qəfldən heyvan qaçaraq çıxmışdır.O, hadisəsən yayınmaq üçün avtomobili sol tərəfə qaçırtmışdır.Avtomobilin sol tərəfdəki təkəri yolun torpaq hissəsinə çıxmışdır. Həmin vaxt hava yağışlı olduğu üçün idarəetməni itirərək sol tərəfdə olan su kanalına düşmüşlər. O, azyaşlı oğlu Ülvi Kişikəliyevi avtomobildən çölə çıxartmışdır.Oğlu sağ göz nahiyəsindən xəsarət aldığı üçün onu Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparmışdır.Həkimlər tərəfindən oğluna və ona tibbi yardım göstərilimişdir. Hadisə baş verən zaman spirtli içki qəbul etməmiş və bununla bağlı həkim müayinəsindən keçmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun əri, zərərçəkmiş Zərərçəkmiş şəxs isə oğludir. Oğlu hazırda tam sağalmışdır. Onun və oğlu Zərərçəkmiş şəxs atası Şəxs heç bir iddiası və tələbi yoxdur və buna görə də o, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsini dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İşdə olan Biləsuvar rayon Polis Şöbəsinin İB-nin müstəntiqi baş leytinat X4 20 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Biləsuvar rayon X7 Təhlükəsizlik bölməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 148 saylı ekspert rəyindən görünür ki, Ülvi Kiçikəliyev aldığı xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 21 mart 2024-cüi il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağamlığa yüngül zərər vurmaya aiddir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onu oğlu olmasını və ondan şikayəti olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-415/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-415/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver