Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-418/2025 04.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 iştirakı ilə xx.xx.1975-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şirvan şəhəri T.Bağırov küçəsi ev 2-də yaşayan X6 barəsində DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərarından X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərardan şikayət vermiş şəxs X9 bildirmişdir ki, mülkiyyətində olan 2002-ci il buraxılışlı, VAZ 21070 minik markalı **-KU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ələlt-Astara yolunun 130-cu km-də Ələt istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət surətinin 12 km saat həddində aşması əsası ilə İXM-nin 328.1-ci maddəsinin tələblərinin pozulmasını əsas gətirilməklə barəsində 400 manat inzibati cərimə tətbiq edilmişdir.Belə ki, barəsində tərtib edilmiş EQ/ 27461940 nömrəli elektron qərarı əsassız hesab edir.Qeyd edilən elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, bir neçə il bundan qabaq etibarnamə ilə QAZ 3110 minik markalı 10- UJ-431 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, qeyd edilən nəqliyyat vasitəsi hazırda mülkiyyətçidə olmaqla idarə edilir. QAZ 3110 minik markalı nəqliyyat vasitəsinə yazılan cərimələr onun adına gəldiyindən bu barədə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət etməklə onun adına yazılan cərimələrin nəqliyyayt vasitəsinin mülkiyyətçisinin adına tətbiq edilməsini xahiş etmiş, lakin bu günədək qeyd edilən cərimələr onun adından silinməmiş, bu səbəbdən adında ödənilməmiş cərimələr qalmışdır.Bundan əlavə, barəsində tərtib edilmiş cərimənin ödənilməməsi ilə əlaqədar Şirvan Şəhər Məhkəməsinin 3(032)-228/2025 saylı qərarı qəbul edilməklə onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Daha sonra qeyd edilən cərimələr ödənilməklə, ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında tərtib edilmiş EQ/ 27461940 nömrəli elektron qərar əsassız olmaqla qəbul edilmişdir.Bu səbəbdən qanun pozuntusu ilə tərtib edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır.Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür.Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. X3 DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş DİN BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və inzibati qərardan şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərarının ləğv edilməsinə dair X9 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, işdə olan DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X9 İXM-in 328.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-228/2025 saylı qərarından görünür ki, X9 İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 7 (yeddi) ay müddətə məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, X2 Şəhər məhkəməsinin 14 mart 2025-ci il tarixli 3(032)-228/2025 saylı qərarını xx.xx.2025-ci il tarixdə almışdır. Göründüyü kimi X2 Şəhər məhkəməsinin 14 mart 2025-ci il tarixli 3(032)-228/2025 saylı qərarını xx.xx.2025-ci il tarixdə aldıqdan sonra məlumatlı olmuşdur. X9 barəsində DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli inzibati xəta haqqında qərar isə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-228/2025 saylı qərarını almaşından daha əvvəl qəbul olmuşdur.X4 xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərarla 400 manat cərimə olunarkən Şirvan Şəhər məhkəməsinin 14 mart 2025-ci il tarixli 3(032)- 228/2025 saylı qərarı barədə məlumatlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1 və 31.2-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslardandır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərarın ləğv edilməsinə dair X9 tərəfindən verilmiş şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərar ləğv edilməlidir. İXM-in 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X6 şikayəti təmin olunsun. X6 barəsində DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27461940 nömrəli qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-418/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-418/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver