Məhkəmə qərarları › İş №3(022)-419/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-419/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-419/2025 27.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə hüquqi şəxs olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokola və iş materiallarına, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə hüquqi şəxs olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən 29 aprel 2025-ci il tarixdə, EP seriyalı 01807350 saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, 05 mart 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 77FS788/35ZA148 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş “xalça” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Masallı rayonu, Qəriblər kəndidir(VÖEN 6********). Nəzərə alsaq ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. Məhkəmə qeyd edir ki, inzibati xətanın törədilmə yeri Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının olduğu yerdir. Ona görə də inzibati işə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola Biləsuvar Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından, inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110,112,114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI : Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 aprel 2025-ci il tarixli, EP seriyalı 01807350 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar