Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-42/2024 02.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X15, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7, İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan–Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X5 nümayəndəsi X16 iştirakları ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 X25 Xidmətinin X5 xx.xx.2023-cü il tarixli MN №1496946 saylı protokolu və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktoru X17 barəsində DƏMX-nin X5 əməkdaşları tərəfindən Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində xx.xx.2023-cü il tarixli MN № ******* protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarla 2000 (bir min) manat miqdarında cərimə olunmuşdur. X17 DƏMX-nin X5 xx.xx.2023-cü il tarixli MN № ******* protokolundan və xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarından şikayət verərək İXM 192.4 və 192.6-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından X5 xx.xx.2023-cü il tarixli MN № ******* protokolunun və xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X17 şikayətini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktoru vəzifəsində işləyir. Məktəbin işçisi X9 müraciətinə əsasən DƏMX-nin X5 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində kiçik xidmətçi vəziəfsində işələyən X19 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi əsası ilə xx.xx.2023-cü il tarixli MN № ******* protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarla 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. Barəsində qərar qəbul edilməsinə səbəb məktəbin işçisi X19 ilə bağlanmış əmək müqaviləsinin onun tərəfindən ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin nəzərə alınmaması və ona görə də DƏMX-nin X13 tərəfindən icrası məcburi olan göstərişlərin verilməsinə baxmayaraq onun tərəfindən yol verilmiş nöqsanların vaxtında aradan qaldırılmaması olmuşdur. Onun inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Ona görə də barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarı təmamilə əsassız hesab edir. Belə ki, qərarda göstərilmiş hüquq pozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuş, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks halda, inzibati cərimənin şərti olaraq olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Günəşli kənd sakini X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətində Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbində əmək müqaviləsinin ləğv ediliməsi ilə bağlı müraciətinə baxılmışdır. Məlum olmuşdur ki, Z.Ağaveva xx.xx.2021-ci ildən məktəbdə kiçik xidmətçi vəzifəsində işləyirdi. Məktəbdə sinif komplektlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarını əsas götürərək kiçik xidmətçinin ştat say tərkibində ixtisar zərurəti yaranmış və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Beləliklə 1 ay müddətində göstərilən hüquq pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verilmişdir.Belə ki, hər il sentyabr ayının 14-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tarifikasiyası Komissiyası tərəfindən tabe olan ümumtəhsil məktəbləri üçün sinif komplektlərinin say tərkibi müəyyənləşdirilir. Biləsuvar rayon Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə 2023-2024-cü tədris ilində 12 sinif komplekti olacağına dair müvafiq qərar qəbul olunmuşdur. Bu ötən ilki sinif komplektlərinin sayından 2 ( iki) vahid azdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “İbtidai əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları” cədvəlinə əsasən məktəbdə 12 sinif komplekti olduqda kiçik xidmətedici (xadimə) ştatı 4.5 vahid olaraq müəyyənləşdirilmişdir. Bu da mövcud vəziyyətdə kiçik xidmətçi (xadimə) ştatının 1.5 vahid azalması deməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 saylı qərarına əsasən, digər xidmətedici heyətin ailə- məişət, sosial vəziyyərləri və buna uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79- cu maddələri əsas götürülərək X10 ştatı 0.5 vahid azaldılmış, həmçinin bununla bağlı məktəb Həmkarlar Təşkilatının rəyi alınmışdır. X19 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi rəhbər tutularaq ləğv edilmişdir. Z.X14 üzvü deyildir. Z.Ağayevaya öncədən əmək müqaviləsinin ləğv ediləcəyi ilə bağlı rəsmi xəbərdarlıq bildirişinin göndərilməməsinin səbəbi isə ŞSRTİ-nin Tarifikasiyası Komissiyasının sinif Komplektlərinin say tərkibinin cari ilin sentyabr ayının 14-də təsdiq edərkən gözlənilmədən 2 (iki) vahid azalması olmuşdur. Ona görə də vətəndaşa bu barədə qabaqcadan bildiriş vermək mümkün olmamışdır.Lakin, ŞSRTİ-nin Tarifikasiya komissiyasının qərarını bildikdən dərhal sora tərəfindən kiçik xidmətedici heyət üzvlərinə xadimə ştatının sinif komplekti sayına uyğunlaşdırılaraq 1.5 ştat vahid azaldılacağını bildirmişdir. Z.Ağayeva narazı qalaraq məhkəməyə müraciət etsə də, faktiki olaraq o, hazırda ŞSRTİ-nə tabe olan və yaşayış yerinə daha yaxın yerləşmiş digər ümumtəhsil məktəbində əmək fəaliyyətini davam etdirir. İnzibati materiala baxılarkən onun inzibati icraatda iştirakının təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən fiziki şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış və material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Çünki ikinci hal olaraq Z.Ağayevanın işə bərpa edilərək yenidən işə qayıtması yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 cı maddəsinin 1-ci bəndində və Azərbaycan Resoublikasını Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 saylı qərarına əsasən mümkün deyildir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin protokol tərtib edilərkən ona heç bir məlumat verilməmiş, vəzifələri barədə heç bir izahat verilməmişdir.xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokol və xx.xx.2023-cü ıl tarixli MN ******* saylı Qərar onun iştirakı olmadan tərtib olunmuşdur. Belə olan halda iş üzrə icraata xitam verilməli olduğu halda onun barəsində şərti cərimə təyin edilməklə qərar çıxarılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 -cı maddəsinin 1-ci bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 saylı qərarına əsasən göstərilən hüquq pozuntularının aradan qaldırılması istiqamətində müvafiq işlər görülərək məhkəməyə təqdim ediləcəkdir.Bununla da inibati xəta aradan qaldırılmış hesab olunmaqla iş üzrə inzibati icraata xitam verilməlidir. Sonda ərizəçi İXM 192.4 və 192.6-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsini və DƏMX-nin X6 tərəfindən qəbul edilmiş və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə Qərarın, xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokolun ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X5 nümayəndəsi X23 şikayəti qəbul etməyərək bildirmişdir ki, Biləsuvar rayonu Günəşli kənd sakini X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktəbdə əmək müqaviləsinə qanunsuz (xəbədarlıq edilməməsi ilə ixtisar olunması) xitam veilməsi və işdənçıxma müavinətini ala bilməməsi ilə bağlı müraciət etmişdir.Daxil olmuş sənədlərə, izahata və X25 Xidmətinin X13ndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin emas.sosial.gov.az portalına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, onun əmək müqaviləsinə 3 yaşınadək uşağının (X24 xx.xx.2022-ci il təvəllüdlü) olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtiar edildikdə) əsasən xitam verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin (əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) 1-ci bəndinin {hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər), 77-ci maddəsinin (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) və 83.2 maddəsinin {Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) tələbləri nəzərə alınmamışıdır. Belə ki, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuşdur. Qeyd edilməlidir ki, məktəbdə kiçik xidmətçi - xadimə vəzifəsində çalışan pensiyaçı həm pensiya, həm də maaş alan 63 yaşlı X20 öz vəzifəsində saxlanılmışdır (əmək müqaviləsi bildirirşi əlavə olunur).Göstərilən qanun pozuntuları ilə əlaqədar inzibati icraata dəvət olunmaq üçün məktəbin direktoru X11 xx.xx.2023-cü il tarixli 3-17-5/2- 48809/2023 nömrəli məktub göndəilmiş, lakin o, gələ bilməyəcəyini vatşap yazışması vasitəsilə bildirmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalaı Məcəlləsinin 192.4 (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı (İşçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinə uyğun olaraq 11 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə inzibati icraat başlanılmışdır. İnzibati xəta haqqında işə 22 dekabr 2023-cü il tarixdə baxılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozlaraq xitam verildiyinə görə) və 116-cı (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) maddəsinə uyğun olaraq 22 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında Qərar qəbul edilərək 2000 (iki min) manat məbləğində şərti inzibati cərimə təyin edilmişdir.Göstərilən qanun pozuntusunun (işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyinə görə) aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xətanın aradan qaldırıldığı təqdirdə inzibati cərimənin (2000 manat) ödənilməsindən azad olunacağı ona izah olunmuşdur.Azərbayvan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinin (İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur) tələblərinə uyğun olaraq göstərilən müddət ərzində inzibati xətanı aradan qaldırıb Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinə (Elektron ünvan 1) və DƏMX-nin X13nə (Elektron ünvan 2) məlumat verməyi xahiş olunmuşdur. “Vətəndaşların Qəbulu” alt sistemi vasitəsilə qəbul edilən zaman ona hüquq və vəzifələri izah olunmuşdur.Göstərilən qanun pozuntusunun aradan qaldırılması (İşçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsinə görə) üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xətanın aradan qaldırıldığı təqdirdə inzibati cərimənin (2000 manat) ödənilməsindən azad olunacağı ona izah olunmuşdur. Qərar tərtib olunduğu gün elektron qaydada və poçt vasitəsi ilə (məktəbin emaili işləmədiyindən) N.Nəbiyevaya göndərilmiş və qəbul edilimişdir.Ona görə də X25 Xidmətinin X5 22 dekabr 2023-cü il tarixli ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. X8 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X5 nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edirəm ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin MN 22 dekabr 2023-cü il tarixli ******* qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin MN 11 dekabr 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoluna əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə X8 barəsində İXM-in 192.4-cü maddəsi və işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Şirvan-Salyan Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında 22 dekabr 2023-cü il tarixli ******* qərarı qərarından görünür ki, məktəbin işçisi X9 əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 77, 79, 83-cü maddələrinin tələbləri pozulmuşdur. Buna görə də X17 Azərbaycan Respublikası İXM-nin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən:
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır Həmin Məcəllənin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması zamanı işəgötürənə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşin müəyyən edilmiş hallarından görünür ki, Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən X2 rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktoru X17 tərəfindən xx.xx.2023-cü il tarixdə işdən azad edilərkən (əmr №155) onun himayəsində 3 yaşına çatmamış uşağının ( xx.xx.2022-ci il təvəllüdlü X24) olması nəzərə alınmamış, bununla da ƏM-nin 79-cu maddəsinin üç yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasına dair tələbinə əməl edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X8 İXM-in 192.4 və 192.6-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Ona görə də inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini və X7 təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, X17 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin X5 MN 22 dekabr 2023-cü il tarixli ******* saylı qərarı dəyişdirilməklə X17 barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri müəyyən edilməlidir. Yuxarıda götərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
X17 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin X5 MN 22 dekabr 2023-cü il tarixli ******* saylı qərarı dəyişdirilməklə X17 barəsində İXM-in 192.6-ci maddəsinə əsasən 1500 (min beş yüz) manat cərimə cəzası saxlanılsın. X1 təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
X32