Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-43/2024 02.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X9, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X4, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 nümayəndəsi X10 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 X17 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokolu və MN 0023605 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, X17 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokolunun və MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbin direktorudur. DƏMX-nin X3 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbində akt tərtib edilmiş və xx.xx.2023-cü il tarixli MN № ******* protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərarla 1000 (bir min) manat miqdarında cərimə olunmuşdur. Barəsində protokol tərtib edilməsi üçün əsas məktəbin işçisi R.Rəhmanlı ştat vahidinin azaldılmaqla əmək haqqının aşağı salınması olmuşdur. Müəyyən edilmişdir ki, məktəbin işçisi R.Rəhmanlının əmək müqaviləsinə onun razılığı olmadan dəyişiklik edib 0,5 vahid azalmış, xx.xx.2023- cü il tarixli 3-17-5/2- 113220/2023 nömrəli göstərmiş icra edilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir. Belə ki, onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və hər hansı şəkildə inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərar təmamilə əsassızdır. Ona qərarda göstərdiyi törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks halda, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. AR İXM-nin 539.1- 1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokolda qeyd olunur ki, baş yermiş inzibati xəta faktı təsdiq olunur. Onun Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbində əmək haqqının və ştat vahidinin azaldılması ilə bağlı müraciətinə baxılmışdır. Məlum olmuşdur ki, R.Rəhmanlı xx.xx.2019 cu il tarixdən məktəbdə kiçik xidmətçi vəzifəsində işləyir. İşə qəbul olunan zaman onunla yazılı əmək müqaviləsi bağlanmamış , lakin əmək müqaviləsi bildirişi emas.sosial.gov.az portalında qeydiyyata alınaraq hüquqi qüvvəyə minmişdir. Məktəbdə sinif komplektlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarını əsas götürərək kiçik xidmətçinin ştat say tərkibində ixtisar zərurəti yaranmış və işçinin ştat vahidi 0.5 vahid azaldılmışdır. Qeyd edilən vəzifə (peşə) dəyişiklikləri apararkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46- cı maddəsinin 6cı hissəsinin ( əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir) və 44- cü maddəsinin 1 - ci hissəsinin ( əmək müqaviləsi yazılı formädabağlanır) tələbləri pozulmuş, belə ki, əmək müqaviləsində dəyişikliklər aparılarkən R.Rəhmanlmın razılığı alınmamış və işə qəbul olunan zaman onunla yazılı əmək müqaviləsi bağlanmamışdır. Bununla da, işçinin iradəsinin ziddinə aparılmış dəyişikliklər əmək haqqının azalmasına səbəb olmuşdur. Göstərilən hüquq pozuntuları Biləsuvar rayonu Günəşli ümumi kənd ortra məktəbinin sabiq direktoru X19 və hazırki direktor X11 tərfindən törədilmişdir. Beləliklə, 1 ay müddətində göstərilən hüquq pozuntularının aradan qaldırılması, onların arasında yazılı əmək müqaviləsinin bağlanması və həmin andakı vəziyyətə gətirilməsi, yəni Biləsuvar rayonu Günəşli ümumi kənd orta məktəbi ilə X12 arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş 1.0 ştat vahidi üzrə müvafiq (peşə) işlə təmin edilməsi və yaxud əmək müqaviləsində razılığı əsasında dəyişikliyin aparılmasının edilməsi barədə icrası məcburi olan göstəriş verilmişdir. Belə ki, hər il sentyabr ayının 14-də Şirvan - Salyan Regional Təhsil İdarəsinin Tarifikasiyası Komissiyası tərəfindən tabe olan ümumtəhsil məktəbləri üçün sinif komplektlərinin say tərkibi müəyyənləşdirilir. Biləsuvar rayonu Günəşli kənd F.Hökməliyev adına ümumi orta məktəbdə 2023-2024-cü tədris ilində 12 (on iki) sinif komplekti olacağına dair müvafiq qərar qəbul olunmuşdur. Bu ötən ilki sinif komplektlərinin sayından 2 ( iki) vahid azdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “İbtidai əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları” cədvəlinə əsasən məktəbdə 12 (on iki) sinif komplekti olduqda kiçik xidmətediçi (xadimə) ştatı 4.5 vahid olaraq müəyyənləşdirilmişdir. Bu da mövcud vəziyyətdə kiçik xidmətçi (xadimə) ştatında 1.5 vahid azalma deməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 cı maddəsinin 1-ci bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996- cı il tarixli 59 saylı qərarına əsasən, digər xidmətediçi heyətin ailə-məişət, sosial vəziyyərləri və buna uyğun olaraq Azərbaycan Respubılikqsi Əmək Məcəlləsinin 78 və 79cu maddələri əsas götürülərək X5 ştatı 0.5 vahid azaldılmışdır. Həmçinin bununla bağlı məktəb Həmkarlar Təşkilatının rəyi alınmışdır. Vətəndaşla işə götürülən zaman sabiq direktor tərəfindən texniki səbəbdən unudularaq bağlanmamış yazılı əmək müqaviləsi 30 oktyabr 3-17-5/2-43220/2023 nömrəli X17 Xidmətinin X3 məktubu ilə əlaqədar bərpa edilmişdir. R.Rəhmanlıya öncədən əmək müqaviləsində dəyişikliyin aparılması ilə bağlı rəsmi xəbərdarlıq bildirişinin göndərilməməsinin səbəbi isə ŞSRTİ-nin Tarifikasiyası Komissiyasının sinif Komplektlərinin say tərkibinin cari ilin sentyabr ayının 14-də təsdiq edərkən gözlənilmədən 2 (iki) vahid azalması olmuşdur. Ona görə də vətəndaşa bu barədə qabaqcadan bildiriş vermək mümkün olmamışdır. Lakin ŞSRTİ-nin Tarifikasiya komissiyasının qərarını bildikdən dərhal sonra tərəfindən kiçik xidmətedici heyət üzvlərinə xadimə ştatının sinif komplekti sayma uyğunlaşdırılaraq 1.5 ştat vahid azaldılacağını bildirilmişdir. Məktəbin kiçik xidmətçisi (xadimə) X13 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndi rəhbər tutularaq ləğv edilmişdir. Yuxarıda göstərilən səbəblərə görə X5 vəzifəsi üzrə ştatı 0.5 vahid azaldılmasından narazı qalaraq müraciət etsə də, faktiki olaraq o, bununla razılaşmış və əmək fəaliyyətini davam etdirir. İnzibati materiala baxılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud sürətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən fiziki şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Çünki ikinci hal olaraq işçinin işə bərpa edilərək yenidən işə qayıtması yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59-cı maddəsinin 1-ci bəpdinə və Azərbaycan Resoublikasının Nazirlər Kabinetinin 26 may 1996- cı il tarixli 59 saylı qərarına əsasən mümkün deyildir. Lakin protokol tərtib edilərkən ona heç bir məlumat verilməmiş, hüquq və vəzifələri barədə heç bir izahat verilməmişdir. Protokolun mahiyyəti ona izah edilməmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokol və xx.xx.2023-cü il tarixli MN ******* saylı Qərar onun iştirakı olmadan tərtib olunmuşdur. O, geniş şəkildə izahat yazmaqla bununla bağlı məlumat təqdim etmişdir. Belə olan halda iş üzrə icraata xitam verilməli olduğu halda onun barəsində şərti cərimə təyin edilməklə qərar çıxarılmışdır. O, da göstərişdə qeyd olunan halları aradan qaldırdığı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59-cı maddəsinin 1-ci bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 1996- cı il tarixli 59 saylı qərarına əsasən göstərilən hüquq pozuntularının aradan qaldırılması istiqamətində müvafiq işlər görülərək məhkəməyə təqdim ediləcəkdir. Bununla da inzibati xəta aradan qaldırılmış hesab olunmaqla iş üzrə inzibati icraata xitam verilməlidir. Odur ki, DƏMX-nin X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 nümayəndəsi X16 bildirmişdir ki, Biləsuvar rayonu Günəşli kənd orta məktəbin işçisi X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbində ştat vahidinin azaldılması və bunun nəticəsində əmək haqqının az hesablanması ilə bağlı etdiyi müraciətə DƏMX-nin X8ndə baxılmışdır. Məktəbdən daxil olan sənədlərdən məlum olmuşdur ki, X12 xx.xx.2019- ci il tarixdən məktəbdə kiçik xidmətçi vəzifəsində işləyir. İşə qəbul olunan zaman onunla yazılı əmək müqaviləsi bağlanmamış, lakin əmək müqaviləsi bildirişi emas.sosial.gov.az portalında qeydiyyata alınaraq hüquqi qüvvəyə minmişdir. Məktəbdə sinif komplektlərinin azalması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarını əsas götürərək kiçik xidmətçinin ştat say tərkibində ixtisar zərurəti yaranmış və onun ştat vahidi 0.5 vahid azaldılmışdır. İşçinin ştat vahidi azaldılarkən Şirvan-Salyan regional Təhsil İdarəsi tərəfindən müvafiq əmr daxil olmamışdır. Qeyd edilən vəzifə (peşə) dəyişiklikləri aparılarkən Azərbaycan Respublikası Əməl Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinin {əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir) və 44-cü maddəsinin 1-ci hissəsinin {Əmək müqaviləsi yazılı formada bağlanır) tələbləri pozulmuş, belə ki, əmək müqaviləsində dəyişikliklər aparılarkən R.Rəhmanlının razılığ alınmamış və işə qəbul olunan zaman onunla yazılı əmək müqaviləsi bağlanmamışdır. Göstərilən hüquq pozuntuları Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbinin sabk direktoru X19 və hazırkı direktor X14 tərəfindən törədilmişdir.Beləliklə, 1 ay müddətində məktəbin hazırkı direktoru X4 göstərilən hüquq pozuntularının aradan qaldırılması, onların arasında yazılı əmək müqaviləsinin bağlanması və həmin andakı vəziyyətə gətirilməsi, yəni Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbi ilə R.Rəhmanlının arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş 1.0 ştat vahidi üzrə müvafiq vəzifə (peşə) ilə onun təmin edilməsi və yaxud əmək müqaviləsində razılığı əsasında dəyişikliyin aparılmasının təmin edilməsi barədə icrası məcburi olan göstəriş verilmişdir. Biləsuvar rayonu Günəşli kənd orta məktəbinin direktoru X21 qiz tərəfindən daxil olmuş 22 noyabr 2023-cü il tarixli 44 nömrəli məktubdan müəyyən olunmuşdu ki, X17 Xidmətinin Şirvan-Salyan regionl şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli 3-17-5/2-43220/2023 nömrəli göstəriş icra edilməmiş və inzibat xətanın əlamətləri müəyyən olunmuşdur .Ona görə də Biləsuvar rayonu Günəşli kənd orta məktəbinin direktoru X11 barəsində Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 539.1-1 mədəsinə uyğun olaraq (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi) müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin həmin münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə 06 dekabr 2023-cü il tarixi MN ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin (Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) 1-ci bəndində istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir .R.Rəhmanlının isə vəzifəsi saxlanılmamış, əmək haqqı azaldılmışdır. Həmin maddənin 2-ci bəndində işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-cı maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. İnzibati xəta haqqında işə 18 dekabr 2023-cü il tarixdə N.Nəbiyevanın iştiraklı ilə baxılmış və Biləsuvar rayonu Günəşli kənd ümumi orta məktəbinin direktoru X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci və 116-cı (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) maddəsinə uyğun olaraq 18 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilərək 1000 (bir min) manat məbləğində inzibati cərimə təyin edilmişdir.Göstərilən qanun pozuntusunun aradan qaldırılması ( Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xətanın aradan qaldırıldığı təqdirdə inzibati cərimənin (1000 manat) ödənilməsindən azad olunacağı ona izah olunmuşdur.Odur ki, DƏMX-nin X3 18 dekabr 2023-cü il tarixli ******* nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə 18 dekabr 2023-cü il tarixli ******* saylı qərardan şikayət vermiş X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 nümayəndəsini dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 rəisi X25 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18 dekabr 2023-cü il tarixli ******* saylı qərarının ləğv edilməsinə dair X11 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 rəisi X25 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18 dekabr 2023-cü il tarixli ******* saylı qərardan görünür ki, X11 İXM-nin 539.1-1-ci maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərədə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18 dekabr 2023-cü il tarixli ******* saylı qərarın qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 inzibati tənbeh vermə haqqında 18 dekabr 2023-cü il tarixli ******* saylı qərarı qanuni hesab edilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 inzibati tənbeh vermə haqqında 18 dekabr 2023-cü il tarixli ******* saylı qərarı qanuni hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X26
Məhkəmə qərarları › İş №3(022)-43/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-43/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver