Məhkəmə qərarları › İş №3(022)-434/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-434/2024

11.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-434/2024 11.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 11 may 2024-cü il tarixdə saat 09:00 radələrində Biləsuvar rayonu Əskərabad kəndində YPX-nin baş inspektoru polis baş serjantı Orxan Həsənov xidmətdə olan zaman “VAZ” 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün avtomaşının arxa qeydiyyat nişanlarının standartlara uyğun olmadığı və arxa təhlükəsizlik kəməri olmadığı üçün qaydanı kobud şəkildə pozmuş, Biləsuvar Rayon YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və bu zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X8 göstərmişdir ki, Şəxs 11 may 2024-cü il tarixdə saat 09:00 radələrində Biləsuvar rayonu Əskərabad kəndində YPX-nin baş inspektoru polis baş serjantı Orxan Həsənov xidmətdə olan zaman “VAZ” 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün avtomaşının arxa qeydiyyat nişanlarının standartlara uyğun olmadığı və arxa təhlükəsizlik kəməri olmadığı üçün tərəflərindən saxlanılmışdır. Bu zaman yaxınlaşıb özlərini təqdim etdikdən sonra qayda pozuntusunu sürücüyə izah etmişlər. Qeyd olunan sürücünün sənədlərini yoxladıqdan sonra ona avtomaşının RPŞ-nın mühafizə olunan duracağına yerləşdirilməsi bildirilmişdir. Qeyd olunan avtomaşını duracağa yerləşdirdikdən sonra müvafiq sənədləri DYPB bölməsinə təqdim etmək üçün RPŞ-nin qarşısına gələn zaman vətandaş Şəxs idarə etdiyi avtomobili duracağa yerləşdirdiyi üçün RPŞ-nın qarşısında onların ünvanına və ucadan polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar vətəndaş Şəxs nizam-intizama dəvət edərək RPŞ-nın qarşısının ictimai yer olmasını izah etsələr də o eyni hərəkətləri davam etdirmişdir. Bu zaman RPŞ-nin qapı postunda xidmətdə olan İTB-nin sahənin polis nəfəri polis baş serjantı Mirsahib İbrahimli mübahisəni görüb həmin yerə yaxınlaşaraq Şəxs nizam-intizama dəvət etmiş, lakin onu dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncudan qanunsuz hərəkətlərinə son qoymasını tələb etsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. O, polisin qanuni tələbinə tabe olmadığı üçün ona qarşı fiziki güç tətbiq olunaraq və həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün RPŞ-nə gətirilərək NH-də təhvil verilmişlər. Hazırkı hadisə ilə əlaqədar Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq etməyərək özünü təqsirli bilmədiyini, törətdiyi əməldə inzibati xəta tərkibi olmadığı üçün onun barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 11 may 2024-cü il tarixdə saat 09:00 radələrində Biləsuvar rayonu Əskərabad kəndində YPXnin baş inspektoru polis baş serjantı Orxan Həsənov ilə xidmətdə olan zaman “VAZ” 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs avtomaşının arxa qeydiyyat nişanlarının standartlara uyğun olmadığı və arxa təhlükəsizlik kəməri olmadığı üçün tərəflərindən saxlanılmışdır. Bu zaman yaxınlaşıb özlərini təqdim etdikdən sonra qayda pozuntusunu sürücüyə izah etmişlər. Qeyd olunan sürücünün sənədlərini yoxladıqdan sonra ona avtomaşının RPŞ-nın mühafizə olunan duracağına yerləşdirilməsini ona bildirmişlər. Qeyd olunan avtomaşını duracağa yerləşdirdikdən sonra müvafiq sənədləri DYPB bölməsinə təqdim etmək üçün RPŞ-nin qarşısına gələn zaman vətandaş Şəxs idarə etdiyi avtomobili duracağa yerləşdirdiyi üçün RPŞ-nın qarşısında onların ünvanına və ucadan polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar vətəndaş Şəxs nizam-intizama dəvət edərək RPŞ-nın qarşısının ictimai yer olmasını izah etsələr də o eyni hərəkətləri davam etdirmişdir. Bu zaman RPŞ-nin qapı postunda xidmətdə olan İTB-nin sahənin polis nəfəri polis baş serjantı Mirsahib İbrahimli mübahisəni görüb həmin yerə yaxınlaşaraq Şəxs nizam-intizama dəvət etmiş, lakin onu dəfələrlə nizam intizama dəvət etsələr də, sonuncudan qanunsuz hərəkətlərinə son qoymasını tələb etsələr də həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. O, polisin qanuni tələbinə tabe olmadığı üçün ona qarşı fiziki güç tətbiq olunaraq və həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün RPŞ-nə gətirilərək NH-də təhvil verilmişlər. Məhkəmə iclasında şahid X9 və şahid X4 şahid X1 ifadəsi ilə eyni məzmunu ifadə veərərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 11 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 11 may 2024-cü il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuş və 11 may 2024-cü il tarixdə saat 17:40-da azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin əvvəli 11 may 2024-cü il tarixdən saat 09:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar