Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-437/2024 07.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X5 vəkili X6 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP № ******* saylı qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 3.895.28 Avro məbləğdə cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X9 barəsində olan Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən 3.895.28 Avro cərimə edilmişsir.O, həmin qərarı poçt vasitəsi ilə 10 may 2024-cü il tarixdə almışdır. Hesab edir ki, adı şəkilən qərar qanunsuz və əsassızdır. Belə kı, o, sahibi olduğu fabrikə xammal almaq üçün 2018-ci ildən Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən "Starvood" şirkətinə pul göndərmişdir. Həmin şirkət də pulun müqabilində ona materiallar göndərmişdir. Sonuncu dəfə, yəni 16 mart 2022-ci ildə həmin şirkətdən yenə də malmaterial alacağından, şirkətin işçisinin hesabına 3.895.28 Avro pul köçürmüşlər. Bir müddət sonra mal gəlmədiyindən şirkətlə əlaqə saxlamış və şirkət bildirmişdir ki, hesablarına pul daxil olmayıb. Onlar göndəriş sənədlərini şirkətə göndərsələr də məlum olmuşdur ki, şirkətin adından onlara hesab göndərən şəxs beynəlxalq cinayətkar təşkilatın nümayəndəsi olmuş və onları aldadaraq Almaniyada fəaliyyət göstərən saxta bir hesaba pul köçürülmüşdür. Bunu bildikdən sonra onlar dərhal 102 xidmətinə məlumat vermişlər. Biləsuvar RPŞ-də araşdırmadan sonra məhkəməyə müraciət edilməsi bildirilmişdir. Onlar saxta hesabın Almaniya dövlətində olduğunu bildikdən sonra Almaniyada həmin hesabdan şikayətçi olmuşlar. Orada araşdırma aparıldıqdan sonra həmin hesaba həbs qoyulmuşdur. Məlum olmuşdur ki, bu hesabdan pul dərhal çıxarılıb. Lakin həmin hesaba Almaniya hökuməti həbs qoyduğundan, həmin hökümətin prokurorluğunun qərarı ilə 24.339,6 Avro pul vəsaiti şikayətçi kimi onun hesabına köçürülmüşdür. Qalan vəsaitlə bağlı araşdırma davam edir. Qalan vəsait daxil olan kimi onun hesabına köçürüləcəkdir. Göründüyü kimi onun təqsiri olmadan ödənilmiş valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməmiş, lakin ödədiyi vəsaitin müəyyən hissəsi, yəni 24.339,6 Avro məbləği hesabına köçürülmüşdür. Daha sonra ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində İXM-nin 430.4-cü maddəsi ilə 3.895.28 Avro cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarda göstərilir ki, guya o, 2 il müddətinə Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malları idxal etməmişdir. Halbuki, həqiqətən də mal idxal etmək üçün ödədiyi vəsait onun təqsiri olmadan beynəlxalq cinayətkar qrup tərəfindən ələ keçirilmiş və mülkiyyətindən məhrum olmuşdur. Lakin şikayətlərindən sonra Almaniya prokurorluğu vəsaitinin böyük hissəsini, yəni 24.339,6 Avro hissəsini istintaq yolu ilə alıb onun hesabına qaytarmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.Göründüyü kimi qanunun mənasına gərə o, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətmiş sayılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 vəkili X10 şikayəti müdafiə edərək və şikayətin dəlillərinə uyğun izahat verərək X5 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X5 vəkili X6 izahatını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP № ******* saylı qərarı ləğv edilməli, X5 barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X9 38952.84 Avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38952.84 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Ona görə onun barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Münhen İ Respublika Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, «16 mart 2022-ci il tarixindən əvvəl naməlum şəxslər Türkiyədə yerləşən bir şirkətin e-poçt qutusuna daxil olublar. Daha sonra naməlum üçüncü şəxslər zərərçəkmiş Sultanova (Azərbaycan sakini) ünvanlanmış mədaxil qaimə-fakturasını elə dəyişdiriblər ki, ödənilməli olan 38 953,84 avro məbləğində ödəniş 16 mart 2022-ci il tarixdə zərərçəkmiş Sultanov tərəfindən ödənilib. Fidor Bankdakı hesab (DE********************) yönləndirildi. Cinayətkarı müəyyən etmək mümkün olmadığından proses dayandırılmalı olub. Ehtimal ki, zərərli proqram, fişinq və ya sosial mühəndislik vasitəsilə fakturaçının ödəniş məlumatlarının icazəsiz manipulyasiyasına dair predikativ cinayətə gəldikdə, şübhəli şəxsin müəyyən edilməsinə imkan verəcək heç bir sübut yoxdur, xüsusən də bu, sırf xarici cisimdir. Fidor Bank-da hesabın saxta pul köçürməsini almaq üçün əlçatan olması ilə çirkli pulların mənimsənilməsi şübhəsinə gəlincə, heç bir günahkar da müəyyən edilə bİlmədi. Hesab 3 mart 2022-ci ildə Alama Traore adına video şəxsiyyət vasitəsilə açıldı və 5 aprel 2022-ci ildə yenidən bağlandı. Adı çəkilən şəxs hesab açılan zaman Gelzenkirxendə verilən ünvanda qeydiyyatda olmayıb. Verilən telefon nömrəsi Əhməd Kafakihə verilir, o da qeydiyyatda deyil və əlavə məlumat yoxdur. Hesabı qeydiyyatdan keçirərkən yoxlama üçün yenidən Fransız şəxsiyyət vəsiqəsi istifadə edilib.Mövcud tapıntılara əsasən, Alama Traorenin açıq-aşkar saxta və ya sui-istifadə edilmiş şəxsiyyət olduğunu güman etmək mümkün olduğundan, bu şəxsi yoxlamaq üçün Fransaya hüquqi yardım üçün müraciət edilməmişdir.Hazırda başqa perspektivli istintaq yanaşmaları yoxdur». İş materiallarında olan Münhen İ Dövlət Prokurorluğunun xx.xx.2024-cü il tarixli bildirişində göstərilmişdir ki, «yuxarıda qeyd olunan prosesdə cinayət yolu ilə əldə edilmiş 39.107,06 avro məbləğində vəsaitin müsadirə edilməsi qanuni qərara alınıb.Bu prosedur aşağıdakı faktlara əsaslanır: 17 mart 2022-ci il tarixindən əvvəl daha dəqiq müəyyən edilə bilməyən bir anda naməlum cinayətkar Türkiyədəki Starwood şirkətinin internet hesabını və ya e- poçt hesabını sındırmağı bacardı. Zərərçəkmiş şəxs Sultanov Azərbaycandan şirkətə mobil telefonlar sifariş edərkən, naməlum şəxs şəxsiyyətini aldadaraq, Starwood şirkətində fəaliyyət göstərmək səlahiyyətini aldadaraq, əvvəllər naməlum şəxs İBAN tərəfindən yaradılmış Fidor Bank hesabına sifariş üçün əvvəlcədən ödəniş tələb edib. DE74 7002 2200 0077 0789 91 köçürülməlidir. Əslində, Stanwood şirkətinin bu hesaba girişi yox idi. Zərərçəkmiş tərəf cinayətkarın Starwood şirkətini təmsil etmək hüququna və vəsaitin əslində onlara keçəcəyinə inanıb və bu inamla 38.952,84 avro məbləğində vəsaiti göstərilən hesaba köçürüb.Nəticədə sifariş edilən mobil telefonlar çatdırılmayıb, yəni zərərçəkənə müvafiq ziyan dəyib.Cinayət istintaqına görə, cənab Sultanov Füzuli müsadirəsindən zərər çəkmiş şəxsə qarşı təzminat tələbi ola bilər.Bu bildiriş sizə kompensasiya hüquqlarınızdan istifadə etmək imkanı vermək üçün verilir. Bunun üçün lütfən, bu bildirişi aldıqdan sonra ən geci altı ay ərzində yuxarıdakı istinad nömrəsindən istifadə etməklə iddialarınızı Münhen Respublika Prokurorluğuna təqdim edin». İş materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin İB-nin rəisi, polis mayoru X3 rayonu Əsgərabad kəndində yaşayan X5 xx.xx.2022-ci il tarixli HK-1/475 nömrəli müraciətinin araşdırılmasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, «Araşdırma zamanı müəyyən edilmişdir ki, Biləsuvar rayonu Əsgərabad kəndində yaşayan X5 müraciətində göstərilən xüsusat, yəni sahibi olduğu fabrikə xammal almaq üçün 2018-ci ildən alqı-satqı etdiyi Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən "Starvood" adlı şirkətin işçisinin göndərdiyi bank hesabına xx.xx.2022-ci il tarixdə 38952 (otuz səkkiz min doqquz yüz əlli iki) evro pulu Bilsuvar rayon Kapital bankın filialından Almaniyanın Münhen şəhərində yerləşən «Fidor Bank» adlı banka məxsus DE******************** saylı hesab nömrəsinə göndərməsi, lakin sonradan həmin şəxslə əlaqə saxlaya bilməməsi və pulunu da geri qaytara bilməməsi faktı araşdırma zamanı öz təsdiqini tapmışdır». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum qərarında qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. İş materiallarına əlavə edilmiş 10 may 2024-cü il tarixli Kapital Bankda olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 24.339,6 avro pul vəsaiti X7 aid hesaba qatarılmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. ' Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İşin müəyyən edilmiş hallarından və şikayətdə sadalanan hallardan görünür ki, X2 olduğu fabrikə xammal almaq üçün 2018-ci ildən Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən "Starvood" şirkətinə pul göndərmişdir. Həmin şirkət də pulun müqabilində ona materiallar göndərmişdir. Sonuncu dəfə, yəni 16 mart 2022-ci ildə həmin şirkətdən yenə də mal-material alacağından, şirkətin işçisinin hesabına 38 953,84 Avro pul köçürmüşlər. Bir müddət sonra mal gəlmədiyindən şirkətlə əlaqə saxlamış və şirkət bildirmişdir ki, hesablarına pul daxil olmayıb. Onlar göndəriş sənədlərini şirkətə göndərsələr də məlum olmuşdur ki, şirkətin adından onlara hesab göndərən şəxs beynəlxalq cinayətkar təşkilatın nümayəndəsi olmuş və onları aldadaraq Almaniyada fəaliyyət göstərən saxta bir hesaba pul köçürülmüşdür. Daha sonra X5 müraciəti əsasında Biləsuvar Rayon Polis Şöbəsində və Münhen İ Respublika Prokurorluğunda müvafiq araşdırmalar aparılmış və araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, naməlum üçüncü şəxslərin zərərçəkmiş X7 ünvanlanmış mədaxil qaimə-fakturasını elə dəyişdirmişlər ki, ödənilməli olan 38 953,84 avro məbləğində ödəniş 16 mart 2022-ci il tarixdə zərərçəkmiş Sultanov tərəfindən ödənilmişdir. X5 şikayəti əsasında müvafiq araşdırmanın nəticəsi olaraq köçürülmüş 38 953,84 Avro pul vəsaitindən 24.339,6 Avro qaytarılması mümkün olsa da, qalan pul vəsaitinin qaytarılması mümkün olmamışdır. Hesab edirəm ki, işin yuxarıda müəyyən edilmiş halları X5 əməlində inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlməyə əsas verir. Ona görə də X1 Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli hesab edilə bilməz. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Halbuki, İXM-in 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 105-105.1-ci maddələrinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 01 may 2024-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta hadisəsi olmadığından işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda götərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X5 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında 01 may 2024-cü il tarixli EP № ******* saylı qərarı ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-437/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-437/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver