Məhkəmə qərarları › İş №3(022)-438/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-438/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-438/2024 15.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Salyan rayonu Xurşud kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 76-85 km-də çəkilmiş dəmir torlardan olan mühafizə çəpərinin qapısının kilidini sındırmaqla özgə əmlakını qəsdən məhv etmişdir. Bununla da Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, o, Salyan rayonunda yaşasa da heyvandarlıqla məşğul olduğuna görə Biləsuvar rayonu ərazisində yerləşən Masallı rayon sakini Ağapaşa adlı şəxsin fermasında çoban işləyir. O, həmin ərazidə xırdabuynuzlu heyvanları otarır. Heyvanların içmək üçün su problemləri olduğuna görə heyvanları digər əraziyə keçirməkdən ötrü Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsinə çəkilmiş dəmir torlardan olan mühafizə çəpərinin bir hissəsini sındırmışdır.Lakin onun həmin mühafizə çəpərini sındırmaqda məqsədi heyvanlarını digər istiqamətdə olan su kanalına aparmaqdan ötrü olmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkib olmadığına görə Biləsuvar Rayon Polis Şöbəsinin icraatında olan materiallar üzrə cinayət işinin başlanması rədd olunmuş, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat açılması məsələsinə baxılması üçün material üzrə qəbul edilmiş qərarın surətinin Biləsuvar Rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs Biləsuvar rayon ərazisindən keçən hissəsinə çəkilmiş dəmir torlardan olan mühafizə çəpərini bir hissəsini sındırmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li X2” MMC-nin 25 aprel 2024-cü il tarixli məktubuna əsasən 1 ədəd qıfıl 10 manat, qoruyucu çəpər 1 m2 24.5=34.5 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, Şəxs tərəfindən dəymiş maddi ziyanın dəyəri ümumilikdə 34.5 manat təşkil edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İşin hallarını və Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göründüyü kimi, Şəxs qeyd edilən əməli törətməsi «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 aprel 2024-cü il tarixli qərarda olan izahatlarla təsdiqini tapsa da, həmin qərar hazırkı vaxta kimi Şəxs tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair“ 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli - 34 (otuz dörd) manat 50 (əlli) qəpik məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar