Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-44/2024 19.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, "xxxx" MMC Biləsuvar şəhəri 1 may küçəsi ev7 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.4 və 215.1-ci maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə saat 11:50-də ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı (növbəti) yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (pediatrik, cərrahi stomatoloji, qastroenteroloji) və sertifikatsız (X3) özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır. Buna görə də, "xxxx" MMC barəsində İXM-in 215.1 və 215.4-ci maddəsi ilə Səhiyyə Nazirliyi Analitik X5 Nəzarət şöbəsinin baş mütəxəssisi X2 tərəfindən 04 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümyəndəsi vəkil X4 xx.xx.2024-cü il tarixdə elektron ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 18 sentyabr 2023cü il tarixli № 1121 saylı qərarından görünür ki, «Sahibarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən "xxxx" MMC Tibb Mərkəzinin fəaliyyətinin yoxlanılması qərara alınmışdır. Qeyd olunan yoxlamanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X5 Nəzarət Şöbəsinin baş mütəxəssisi X2 tərəfindən tərtib edilmiş «Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama»nın nəticələrinə dair 04 oktyabr 2023-cü il tarixli 696 saylı Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə ssat 11:50-də Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 224B ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı (növbəti) yoxlama zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinin bildiriş sənədində həkim-kordinator kimi qeydə alınmış, lakin ixtisası və fəaliyyəti üzrə həkim-pediatr olan X1 VİTA MED” MMC-yə məxsus klinikada sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətlə məşğul olması faktı aşkarlanmışdır(son sertifikasiya tarixi : xx.xx.2017-xx.xx.2022) Beləliklə, toplanmış sübutlarla "xxxx" MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində İXM-in 215.1 və 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: ünvan 2 ünvanı ünvan 3an Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, "xxxx" MMC barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-44/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-44/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver